Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə37/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   166
2015-332

 
                      Azərbaycan ədəbi dilində vurğu 
 
Müasir  Azərbaycan  ədəbi  dilində  vurğunun  başlıca  olaraq  üç 
növü vardır; 1) heca vurğusu; 2) məntiqi vurğu; 3) həyəcanlı vurğu. 
Məntiqi  vurğuda  cümlə  daxilindəki  bir  söz  aktuallaşır.  Ak-
tuallaşan  cümlə  üzvü  informasiyasının  bazasını(nüvəsini)  təşkil 
edir.  Məntiqi  vurğu  ilə  cümlənin  bir  üzvünün  aktuallaşması  əs-
lində, sintaktik aktuallaşmaya aid bir məsələdir. Ancaq cümlədə 
hər  hansı  bir  üzvün  aktuallaşaraq  məna  yükünü  (informasiyanı) 
öz üzərinə götürməsində intonasiya (tonallıq) əsasdır. Tonallığın 
səslənmə  səsə  görə  fərqləndirmə  keyfiyyəti  məntiqi  vurğunu 
fonetik  proseslə  bağlıdır.  Məntiqi  vurğuda  cümlədəki  üzvlər  öz 


 
51 
yerini dəyişmir. Ancaq məntiqi vurğu ilə mənanın hansı üzvə aid 
olduğu təyin edilir: 
1. Mən indi kəndə gedirəm. (Yəni mən gedirəm) 
2. Mən indi şəhərə gedirəm. (Yəni indi gedirəm) 
3. Mən indi şəhərə gedirəm. (Yəni şəhərə gedirəm) 
4. Mən indi şəhərə gedirəm. (Yəni getməyi icra edirəm). 
Sözdə  qonşu  olmayan  səslərin  bir-birinə  təsiri  əsasında 
yaranan  dissimilyasiyaya  uzaq  dissimilyasiya  deyilir.  Məsələn, 
zərər  sözündəki  birinci  r  ilə  ikinci  r  arasında  başqa  səs  vardır. 
Lakin  buna  baxmayaraq,  birinci  səs  öz  həmcinsi  olan  ikinci  r 
səsinə  təsir  edərək  onu  l  səsinə  çevirir  ki,  bunun  da  nəticəsində 
zərər əvəzinə, zərəl tələffüz edilir. 
Sözdə iki eynicinsli səslərdən birinin öz yerini başqasına gü-
zəştə  getməsi  hadisəsi  danışıq  dilində  çox  yayılmışdır.  Bu  ha-
disədən  xalq  poeziyasında,  aşıq  ədəbiyyatında  da  geniş  istifadə 
olunur. Məsələn: 
 
Bir ovçunun ovu getsə yaralı,  
Gəzər dağı, olmaz səbri qərarı,  
Məhəmmədəm düşdüm eldən aralı,  
Çəkdi sinəmə bu dağlar mənim. 
                      (Şair Məhəmməd) 
Burada  başqa  məqsədlə  də  olsa  qərar  əvəzinə  qəral  işlədil-
məsi  dissimilyasiyadır.  Dildə  dissimilyasiyaya  uğrayan  hər  növ 
hadisə ədəbi dil üçün məqbul sayılmır. Məsələn, ədəbi dildə qə-
rar yox, qərar yazılır və tələffüz edilir. Lakin qararmaq sözündə 
baş  verən  dissimilyasiya  hadisəsi  ədəbi  dil  üçün  məqbul  hesab 
olunmuşdur: buna görə də qararmaq əvəzinə qaralmaq yazılır və 
tələffüz edilir. 
 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin