Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə15/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Mahiyyəti,tərkibi

I. Tədqiqat predmetinin müəyyən olunması və onun strukturlaşdırılması

  • Tədqiqat predmetinin müəyyən olunması (məsələn: Azərbaycanda minik avtomobilləri istehsalı);

  • Tədqiqat predmetini xarakterizə etməyə imkan verən göstəricilərin (indikatorların) təyin olunması;

  • Hansı əlavə informasiya vacibdir;

  • Tədqiqat predmetinin faktiki vəziyyətinin təhlili.

II. Tədqiqat predmetinə, onun strukturlaşdırılması- na təsir göstərən amillərin müəyyən olunması

  • Amillərin və alternativlərin seçilməsi (ekspertiza metodu, «beyin hücumu» və s.);

  • Amillərin təsir istiqamətlərinin və qüvvələrinin təyin olunması (pozitiv və neqativ təsir);

  • Tədqiqat predmetinə təsir göstərən amillərin strukturunun müəyyən olunması;

  • Qarşılıqlı əlaqələrin qrafik təsviri.

III. İnkişaf tendensiyala- rının müəyyən olunması

üçün inkişaf alternativlərinin müəyyən olunması və əsaslandırılması.

IV. Gələcəyin alternativ ssenarilərinin işlənib hazırlanması və seçilməsi

- Alternativ ssenarilərin işlənib hazırlan- ması və onların kompleksliliyinin,
məntiqliliyinin, ziddiyyətli olmadığının yoxlanılması.

V. Seçilmiş inkişaf strategiyalarının şərhi. Əks təsir göstərə bilən hadisələrin uçotu

  • Seçilmiş ssenarilərin inkişaf proqnozu (müxtəlif dövr aralıqları üçün çoxlu alternativlərin işlənib hazırlanması – 2020 və yaxud 2025-ci ilə qədər və s.);

  • Götürülmüş ssenarilərin detallı, geniş- ləndirilmiş redaktə olunmasının işlənib




hazırlanması. İnkişaf yoluna təsir edə biləcək müqavimət (əks tsir) hadisələrinin nəticələrinin müəyyən olunması (məsələn: yeni texnologiya – prinsipial yeni
avtomobil konstruksiyası və s.).

VI. Ssenarinin sonuncusu, qəti variantların işlənib hazırlanması və mümkün itkilər riskinin səviyyəsi- nin endirilməsi

  • Bütün yenidən ayrılan amillər və hadisə- lər nəzərə alınmaqla «gələcəyin ssenarisi»- nin formulə edilməsi;

  • Ssenarinin əsas ideyasından kənarlaşma- ların təsirinin qiymətləndirilməsi;

  • Təşkilatın başlanğıc obrazından (surətin- dən) mümkün kənarlaşdırmaların qiymət- ləndirilməsi.

VII. Ssenarinin təcrübi əsasa keçirilməsi

  • Təşkilatın inkişaf strategiyasının formalaşdırılması;

  • Təşkilatın inkişaf planları sisteminin işlənib hazırlanması (strateji plan, inkişaf

planları, cari planlar, proqramlar və layihələr).

Qeyd edilən alqoritmin (ssenarinin) işlənib hazırlanması üzrə mövcud olan çoxsaylı yanaşmaların aşağıdakı üç ümumi aspek- tini formalaşdırmaq olar:



    1. Gələcəyin ssenarilərinin işlənib hazırlanmasının çıxış nöq- təsi həmin təşkilatın əsl strateji vəziyyətinin dəqiq qiymətləndiril- məsi olmalıdır.

    2. Qeyri-müəyyən inkişaf tendensiyaları olan təsir amilləri üçün xüsusi proqnozlar işlənilməli və ekspertlərin daha rasional cəlbedici təkliflərini özündə əks etdirməlidir.

    3. Özündə müəyyən məntiqi şəkili (təsviri) əks etdirən çoxlu alternativ «gələcəyin ssenariləri» işlənib hazırlanmalıdır.

Proqnozlaşdırma ilə uzun müddət məşğul olan ekspertlərin fikrincə «gələcəyin ssenarisi»nin işlənilməsi müəssisəsinin (fir- manın, şirkətin) missiya və məqsədlərinin seçilməsində, növbəti 10-20 il üçün inkişaf strategiyasının (proqnozların) işəlnilməsi və müəyyən edilməsində yeni imkanların aşkara çıxarılmasında ol- duqca faydalıdır.
Qloballaşan dünyada iqtisadi və maliyyə böhranların baş ver- məsi və zaman-zaman təkrarlanması hər bir şirkət üçün «gələcə- yin ssenarisi»nin işlənilməsini aktuallaşdırır. Xarici mühitin şir- kətlərin fəaliyyətinə təsir dərəcəsi artdıqca strategiyaların hazır- lanmasında sosial tələblərin əhəmiyyəti də artmağa başlayır. Bü- tünlükdə şirkətin (firmanın, müəssisənin) strategiyasının sosial tə- ləblərə cavab verməsi aşağıdakı vəzifələrin zəruriliyini şərtlən- dirir:

  • işgüzar fəallığı cəmiyyətin maraqları etik normaları çərçivəsində reallaşdırmaq;

  • cəmiyyətin tələblərinə sosial prioritetlərinə diqqət gös- tərmək;

  • tənzimləyici normalara riayət etmək;

  • səhmdarlar cəmiyyətin maraqları arasında balansın qorunması.

Şirkətdə (firmada) təhlükə və imkanlar xarici mühitin yeddi sahəsində (amilində) əmələ gələ bilər. Onların təsnifatı 1.12 saylı şəkildə əks etdirilmişdir.



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin