Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci


Cari Strategiyanın Müəyyənləşdirilməsi



Yüklə 3,22 Mb.
səhifə12/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Cari Strategiyanın Müəyyənləşdirilməsi


Bu mərhələnin mahiyyəti ondan ibarətdir ki, təşkilata dair strateji əhəmiyyət kəsb edən qərarlar qəbul edən zaman menecer- lər təşkilatın hansı vəziyyətdə olduğu və hansı strategiyaları real- laşdırdığı barədə dəqiq təsəvvürə malik olsunlar.

Məhsul Portfelinin Təhlili


Bu, strateji idarəetmənin vacib elementlərindən biridir. Məh- sul portfelinin təhlili firmanın ayrı-ayrı bölmələri arasında qar- şılıqlı əlaqələrə dair aydın təsəvvür yaradır. Bu təhlilin köməyi ilə pul vəsaitlərinin daxil olması, risk, təzələnmə və köhnəlmə kimi vacib biznes amilləri arasında tarazlıq əldə etmək mümkündür. Məhsul portfelinin təhlili aşaqıdakı mərhələlərdən ibarətdir:

  1. Təşkilatda məhsul portfelinin təhlilini həyata kecirmək ücün səviyyələrin secilməsi. Ayrıca məhsul səviyyəsindən başla- yan və təşkilatın yüksək səviyyəsində tamamlanan məhsul port- felinin təhlili səviyyəsini, iyerarxiyanı müəyyən etmək olduqca zəruridir;

  2. Məhsul portfelinin təhlili matrisinin mövqeləşdirilməsində istifadə edilən, strateji biznes bölmələri adlanan təhlil vahidləri- nin fiksasiyası. Bir sıra oxşar tələbləri ödəyən strateji biznes böl- mələri bir və ya bir neçə məhsulu əhatə edə bilər. Bir sıra firmalar strateji biznes bölmələrini məhsul-bazar seqmenti kimi nəzərdə tuturlar;

  3. Lazım olan informasiya toplanmasında aydın təsəvvürə malik olması və təhlilin həyata kecirilməsi ücün matris parametr- lərinin müəyyənləşdirilməsi. Məsələn, sahənin cəzbediciliyini öy- rənərkən belə dəyişikliklər kimi bazarın ölcüsü, inflyasiyadan qorunmaq dərəcəsi, rentabellik, bazarın inkişaf tempi, dünya üzrə bazarın yayılma dərəcəsi çıxış edə bilər;

  4. Biznesin gücünün müəyyənləşdirilməsi məqsədilə bazar konyukturası, bazar payının yüksəldilməsi, aparıcı markaya mü- nasibətdə bazarın payı, keyfiyyətdə liderlik kimi göstəricilərdən istifadə etmək olar;

  5. Bir neçə istiqamət üzrə verilənlərin toplanması və təhlili daha cox dörd vacib istiqaməti qeyd edir:mənfi və müsbət aspekt- lər baxımından sahənin cəzbediciliyi; firmanın rəqabət mövqeyi; firmanın imkanları və təhlükələri, hanslar ki, sahəyə deyil, bilava- sitə firmaya təsir göstərir; müəyyən sahədə rəqabət mübarizəsinin həyata kecirilməsi ücün firmanın potensialına əsasən kadrların ixtisarı və ehtiyatı;

  6. Firmanın məhsul portfelinin cari vəziyyəti haqqında təsəv- vürə malik olmaq məqsədilə məhsul portfelinin matrisinin qurul- ması və təhlili həyata kecirilir. Onun əsasında rəhbərlik matrisin gələcək vəziyyəti və eyni zamanda firmanın gözlənilən məhsul portfeli barədə proqnozlar verə bilər.

  7. Matris dəyişikliklərinin dinamikasının işlənib hazırlanması ona görə həyata kecirilir ki, məhsul portfelinin yeni vəziyyətə keçməsi firmanın qarşıya qoyduğu məqsədlərə nail olmasını ay- dınlaşdırsın. Bunun ücün məhsul portfelinin vəziyyətinin proq- nozlaşdırılmasında aşağıda verilən xarakteristika müəyyənləşdi- rilməlidir:

    • cəzbedici sahədə portfel kifayət qədər biznesə malikdirmi;

    • ulduzlari” becərmək və “sual işarələrini” müəyyənləşdir- mək ücün kifayət qədər “sağmal inək” mövcuddurmu;

    • portfel kifayət qədər gəlirlərin əldə olunmasını təmin edirmi;

    • mənfi tendensiyalarin mövcud olması portfelə nə dərəcədə təsir göstərir;

    • rəqabət baxımından portfeldə zəif bizneslərin sayı coxdurmu?

  1. Suallara olan cavablardan asılı olaraq yeni məhsul portfeli- nin işlənib hazırlanmasına ehtiyac yarana bilər.

  2. Firmanin qarşıya qoyulmuş məqsədlərə nail olmağa şərait yaradan müxtəlif variantlardan asılı olaraq arzu olunan portfelin müəyyənləşdirilməsi.

Bu deyilənlərə yekun olaraq bir daha qeyd etmək lazımdır ki, məhsul portfelinin təhlili matrisası özü-özlüyündə qərarların qə- bul edilməsi aləti kimi çıxış etmir. Onlar yalnız rəhbərlər tərəfin- dən qərarların qəbul edilməsi zamanı məhsul portfelinin vəziy- yətini aşkar edirlər.

Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin