Firmanın Strategiyasının Seçilməsi
Firmanın strategiyasının secilməsi məhsul portfeli təhlilinin nəticələrinin, həmçinin cari strategiyanın mahiyyətinin və xarak- terinin nəzərə alınması, firmanın vəziyyətini xarakterizə edən əsas amillərin təhlili əsasında rəhbərlik tərəfindən həyata kecirilir. Strategiyanın secilməsi zamanı aşağıdakı kimi bir sıra məsələləri nəzərə almaq vacibdir:
Firmanın malik olduğu güclü tərəflər. Bu məsələ firmanın inkişaf strategiyasının seçilməsində həlledici rol oynaya bilər. Burada firma xarici mühitdə mövcud olan imkanların maksimal istifadəsinə və bazarda mövqeyinin möhkəmləndirilməsinə cəhd göstərməlidir. Lider firmalar sahənin vəziyyətindən asılı olaraq müxtəlif inkişaf strategiyaları seçməlidirlər. Məsələn, əgər sahə enmə ərəfəsindədirsə, onda diversifikasiya strategiyasına keçmək lazımdır. Əksinə əgər sahə gur inkişaf edərsə, onda inkişaf strate- giyası ya mərkəzləşdirilmiş inkişaf strategiyası, ya da inteqrasi- yalı inkişaf strategiyası olmalıdır.
İnkişaf etməkdə olan Azərbaycan kimi ölkələrdə başlıca strateji məqsəd mövcud imkan və resurslar nəzərə alınmaqla da- vamlı iqtisadi artıma və yüksək sosial rifaha nail olmaqdır. Bunun üçün hər bir firma dayanıqlı rəqabət üstünlüklərinə nail olmaqla, sinerji təşkiletmə və «dəyərlər zəncirinin» bazasında inkişaf stra- tegiyasını formalaşdırmaqla yanaşı ən yaxşı məhsul istehsalı ilə innovasiya strategiyası kontekstində öz vençur strategiyasını işləyib hazırlamalıdır. Bunların əsasında firmanın dayanıqlı inki-
şaf strategiyasının prinsipial sxemini aşağıdakı kimi təsvir etmək olar (şəkil 1.11).
Şəkil 1.11. Firmanın dayanıqlı inkişaf strategiyasının
prinsipial sxemi
Şəkildən göründüyü kimi, strateji idarəetmədə özündə aşağı- dakıları cəmləşdirir:
7-S modelindən istifadə;
korporativ inkişaf;
nəticələrdə liderlik;
İnnovasiya sisteminin dəstəklənməsi.
«Dəyər zəncirinin» idarə edilməsinə:
proseslərin idarə edilməsi;
sistemli innovasiya;
daimi yaxşılaşdırmaq (inkişaf).
Ən yaxşı məhsul istehsal etmək üçün aşağıdakıların icrası va- cibdir:
radikal xarakterli layihələrin işlənilməsi;
müəssisədaxili vençurlardan istifadə;
yeni məhsulun mənimsənilməsi üzrə tədqiqatların intensiv- liyinin artması;
kooporativ vençur strategiyasını həyata keçirmək üçün yeni firmanın yaradılması.
Firmanın dayanıqlı inkişaf strategiyasının uğurla həyata keçi- rilməsi üçün vençur vasitəsi ilə investisiyalaşmaya üstünlük verilməli və bu zaman mövcud ehtiyatlardan maksimum istifadə etməklə müştərək müəssisələrin yaradılması müsbət nəticələr əldə etməyə imkan verəcəkdir. Azərbaycanda innovasiya yönümlü iq- tisadiyyatda pozitiv dəyişikliklərə nail olmaq üçün rəqabət- qabiliyyətli emal müəssisələri yaradılmalı və onların investisiya təminatının əsaslı şəkildə yaxşılaşdırılması hesabına innovasiya fəaliyyəti genişləndirilməlidir.
İnnovasiya proseslərinin təşkili və tənzimlənməsində dövlətin rolunun getdikcə artması inkişaf etmiş ölkələrdə dövlətin elmi- texniki və ya innovasiya siyasətinin işlənib hazırlanmasını və ardıcıl həyata keçirilməsini zəruri etmişdir. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi belə nəticəyə gəlməyə əsas verir ki, inno- vasiya siyasəti dövlətin sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasət innovasiya proqramlarının və layihələrinin dövlət tərəfindən dəstəklənməsi mexanizmlərini müəyyənləşdirir. Dövlət innovasiya siyasəti yerli məhsulların rəqabət qabiliyyətli- liyinin artırılması, sabit iqtisadi artımın təmin edilməsi, əhalinin həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi, ölkənin müda- fiə (hərbi), texnoloji və ekoloji təhlükəsizliyinin təmin edilməsi üçün innovasiya fəaliyyətinin prioritetliyinin qəbul edilməsi əsa- sında formalaşmalı və reallaşmalıdır.
Bütün bunların icrası isə sahələrdə həyata keçirilən siyasətin məzmunundan asılıdır. Məsələn, kimya və neft maşınqayırma sənayesində sahə siyasətinin aşağıdakı istiqamətlər üzrə həyata keçirilməsi yüksək nəticələr əldə etməyə imkan verə bilər:
innovasiya fəaliyyəti üzrə cari və perspektiv dövr üçün mü- vafiq plan və proqramların işlənib hazırlanması, işçi qrupunun yaradılması;
yeni növ kimya məhsullarının yaradılması layihələrinin işlə- nib hazırlanması;
yeni növ məhsulların işlənib hazırlanması prosesinin gedi- şinə və onun tətbiqinə nəzarət edilməsi;
sahədə (müəssisədə) vahid innovasiya siyasətinin həyata keçirilməsi (kimya müəssisələrinin kooperasiya və istehsal əlaqə- ləri nəzərə alınmaqla);
sahənin investisiya fəaliyyəti proqramının material və ma- liyyə resursları ilə təmin edilməsi;
innovasiya fəaliyyətinin ixtisaslı kadrla təmin edilməsi;
innovasiya tədbirlərinin istehsalatda həyata keçirilməsi.
Bütün bunlarla yanaşı adı çəkilən sənaye sahələrinin müəssi- sələrində innovasiya strategiyası və investisiya-innovasiya siya- səti formalaşarkən aşağıdakı məsələlərin həlli nəzərə alınmalıdır:
Kimya məhsullarının çeşidlərinin təzələnməsi, onların isteh- sal texnologiyasının təkmilləşdirilməsi, yeni məhsulların və texnoloji proseslərin mənimsənilməsi;
İstehsalın idarə edilməsi prosesinin səmərəli təşkili;
Müəssisələrin marketinq və XİF-in qiymətləndirilməsi əsa- sında inkişaf meylinin müəyyən edilməsi;
ƏMM-in problemlərinin (sahə ilə əlaqədar) həll edilməsi yolu ilə ekoloji tarazlığın qorunması;
İnnovasiya mühitinin tərkib hissəsini təşkil edən element- lərin qarşılıqlı əlaqəsinin təmin edilməsi.
Həmin istiqamətlərin icrası fasiləsiz innovasiya prosesinin korporativ strategiyasına, yəni təkamül yolu ilə radikal inkişafa və məhsuldarlığın yüksəldilməsinə və həmin kontekstdə sistemli sinerji yanaşmaya əsaslanan innovasiya layihələrinin işlənilməsi və həyata keçirilməsinə söykənməlidir.
Dostları ilə paylaş: |