Hər bir sənaye müəssisəsi (birlik, firma), mülkiyyət formasın- dan asılı olmayaraq, mürəkkəb sosial-iqtisadi sistemdir və onun fəaliyyətinə müxtəlif xarakterli (tək və ya qrup şəklində) xarici amillər təsir göstərir. Lakin həmin amillər müəssisə tərəfindən idarə olunmur, odur ki, həmin mühitin təsirinə uyğunlaşmaq üçün onun yaratdığı problemləri araşdırıb, düzgün qiymətləndirmək la- zımdır. Xarici mühitin yaratdığı hər hansı bir problemin həlli və yaxud imkanlardan istifadə üzrə qərarlar nəticədə, müəssisənin (birliyin, şirkətin, firmanın) daxili mühit amilləri nəzərə alın- maqla qəbul edildir. Odur ki, xarici və daxili mühitin təsiri nəzərə alınmaqla, müəssisə üzrə müvafiq inkişaf strategiyası – «gələcə- yin ssenariləri» işlənib hazırlanır. Bu zaman əsas məqsəd gələcə- yi təsvir etmək və inkişaf variantlarını işləyib hazırlamaqdan iba- rətdir. Qabaqcıl firmaların iş təcrübəsində belə ssenarilərin adətən iki tipinin hazırlanmasına üstünlük verilir.
Birinci tip ssenarilər təşkilatın proqnozlaşdırılan vəziyyətinə aparan addımlar ardıcıllığının, eləcə də bu prosesə həlledici təsir göstərən amillərin və hadisələrin təsvirindən ibarətdir, ikinci tip ssenarilər təşkilatın proqnozlaşdırılan, arzuolunun obrazına nail olduqda onun üçün mümkün nəticələrin təsvirini özündə əks et- dirir. Təcrübədə belə təsvir alqoritm formasında çıxış edir. İqti- sadi cəhətdən inkişaf etmiş ölkələrin (ABŞ, Almaniya, Yaponiya və s.) qabaqcıl firmalarının strateji idarəetmə üzrə təcrübədə isti- fadə etdikləri iş üslubunun öyrənilib ümumiləşdirilməsi əsasında
«gələcəyin ssenariləri» alqoritminin mərhələlərini, onların ma- hiyyəti və tərkibini aşağıdakı kimi təsvir etmək olar (cədvəl 1.1).
Cədvəl 1.1.
Strateji idarəetmədə «gələcəyin ssenariləri» alqoritminin məzmunu