Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə8/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Şəkil 1.8. Firmada həyata keçiriləcək təşkilati islahatların
tipləri
Uzun müddət fəaliyyət göstərən sənaye müəssisələrində yenidənqurma prosesi iki mərhələdə həyata keçirilməlidir. Birinci mərhələdə, müəssisədə, mövcud olan gərginlik azaldılmalı, ikinci mərhələdə isə strateji idarəetmənin mütərəqqi forma və metodla- rının tətbiqi əsasında fəaliyyət təkmilləşdirilməlidir. Həmin mər- hələlər üzrə icrası vacib olan tədbirlərin təsnifatı 1.9 saylı şəkildə verilmişdir.
Qeyd edilən tədbirlərin daha az xərclə və məqsədyönlü şəkildə icrası üçün müəssisədə strateji problemlərlə məşğul olan rəhbərliyin üzərinə aşağıdakı vəzifələr düşür:

  • təşkilatda strateji dəyişikliklərin zəruri olduğunu aşkara çı- xarmaq və onu həyata keçirmək;

  • strateji dəyişikliklərə kömək edən təşkilati arxitektonika (ahəng) yaratmaq;

  • strateji dəyişiklikləri həyata keçirməyə qadir olan kadrlar seçmək və tərbiyə etmək.

Strateji idarəetmənin başlıca məqsədi istehlakçıya yönüm- lülük, istehlakçının və cəmiyyətin tələbatının ödənilməsi şərtilə mənfəət əldə etmək, daha effektli marketinq tədbirləri həyata ke- çirməklə müəssisənin başlıca məqsədinə nail olmaqdır. Bu məq- sədə uyğun olaraq, marketinqin strateji və taktiki məqsədləri for- malaşdırılır. Yeni iqtisadi şəraitdə müəssisənin və marketinqin uzunmüddətli strateji məqsədi istehlakçıların tələbatının ödənil- məsi və digər bazar subyektlərinin maraqlarının nəzərə alınması şərtilə mənfəət əldə edilməsidir. Lakin, müəyyən dövr üçün müəssisə və onun marketinq fəaliyyəti qarşısında digər strateji məqsədlər, məsələn, mümkün qədər yüksək istehlaka nail olun- ması, yüksək istehlakçı razılığına nail olunması, geniş çeşiddə məhsul təklif edilməsi və ya həyat keyfiyyətini yüksək həddə çat- dırmaq məqsədi qoyula bilər.




Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin