rəhbər işçinin mövcud mövqedən gələcəyə istiqamətlən-dirdiyi inkişaf yolu;
davranışprinsipimodeli;
müəyyən məhsulların konkret bazarlara yönəldilməsi üzrəmüxtəlif yanaşması;
müəssisəninperspektivdövrüçünəsasfəaliyyətüsulu;
rəqiblər üzərində üstünlük əldə etmək üçün xüsusi fəaliy-yət manevri.
Müəssisənin strategiyası özündə strateji vəziyyətin priori- tetlərini, resursları və strateji məqsədlərə nail olunması üzrə atıla- caq addımların ardıcıllığını müəyyənləşdirən əsas fəaliyyət planı- dır. Strategiyanın başlıca vəzifəsi isə müəssisə rəhbələrini gələcək inkişafa həfədləməkdir. Seçilmiş obyektdən asılı olaraq, strateji idarəetmənin aşağıdakı istiqamətlərini fərqləndirirlər:
korporativ strategiya – bütövlükdə təşkilatın strategiyası;
biznes (işgüzar) strategiyası – təşkitlatın ayrı-ayrı strateji bölmələrinin və məhsulların işlənilməsi strategiyası;
funksional (əməliyyat) strategiya – funksilonal təsərrüfat- çılıq zonaları, istehsalın, heyətin, xərclərin və s. idarə edilməsi strategiyası (şəkil 1.3).
Şəkil 1.3. Strateji menecmentin seçim obyektindən asılı olan istiqamətləri
Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan 2020 – gələcəyə baxış» İnkişaf Konsepsiyasında iqtisadiyyatın strateji inkişafının əsas prioritetləri qeyd edilmişdir (şəkil 1.4).
Şəkil 1.4. Azərbaycan iqtisadiyyatının strateji inkişafının əsas prioritetləri
Onların icrası ölkə Prezidentinin 2016-cı il 06 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi» artıq iqtisadi fəaliyyət sahələrində rəhbər sənəd kimi istifadə edilir.
Adı çəkilən Konsepsiyada vurğulanır ki, qloballaşma şəraitin- də innovasiya fəaliyyətinin keyfiyyətcə yeni mərhələdə genişlən- məsi ilə bütün dünyada iqtisadi və təsərrüfat proseslərinin dəyiş- mə tempi, innovativ yeniliklərin yayılması, onların istehsal sahə- sində tətbiqi misli görünməmiş şəkildə sürətlənir. Bu, əslində qlo- ballaşmanın «müsbət yüklü» effektidir və getdikcə daha çox ölkə- nin innovasiya sahəsindəki nailiyyətlərdən, qabaqcıl texniki stan- dartlardan və idarəetmədə yeni metodlardan yararlanmasına im- kan verir. Yaxın və uzaq dövrlərdə dünya iqtisadiyyatında artım məhz həmin amilin təsiri nəticəsində baş verəcəyi, dünya üzrə ti- carətin yüksək sürətlə artacağı qloballaşma ilə birlikdə regional inteqrasiyaların da genişlənəcəyi gözlənilir. Beynəlxalq ticarət, rəqabət, əqli mülkiyyət və ətraf mühitlə bağlı yeni standartların müəyyənləşəcəyi və bu istiqamətdə beynəlxalq təşkilatların rolu- nun güclənəcəyi ehtimal olunur. Beynəlxalq bazarlarda ixtisaslaş- maya üstünlük verən, istehsal texnologiyasını, innovasiya poten- sialını inkişaf etdirən və beləliklə, yüksək əlavə dəyər yaradan sa- hələri təşviq edən ölkələrin qlobal və regional səviyyədə rəqabətə davamlılığının artacağı gözlənilir. Sənayenin innovasiyalar əsa- sında inkişafı elm və texnologiya potensialının gücləndirilməsi və təhsil imkanlarının genişləndirilməsi nəticəsində mümkün olacaq- dır. Azərbaycanın da daxil olduğu, inkişaf etməkdə olan ölkələrdə dayanıqlı iqtisadi artıma nail olmaları və müqayisəli üstünlüyü olan yeni istehsal sahələrinin formalaşdırmaları zərurətə çevril- mişdir.
Belə bir şəraitdə Azərbaycanın qarşısında duran əsas məsələ dünya ölkələrinin inkişaf sürəti ilə müqayisədə geriliyə yol ver- məməkdir. Bu isə ilk növbədə iqtisadiyyatda karbohidrogen ehti- yatların ixracından mövcud asılılığı aradan qaldırmaqla orta və uzunmüddətli perspektivdə dünya iqtisadiyyatının xammal əlavə- sinə və texnoloji “autsayderə” çevrilmək təhlükəsinin qarşısını al-
maq kimi mühüm məsələnin daim diqqət mərkəzində saxlanılma- sını tələb edir. Karbohidrogen ixracı amili son onillikdə iqtisadi artımın əsas aparıcı qüvvəsi olsa da, hazırkı mərhələdə qarşıda duran əsas vəzifə qeyri-neft sektorunun daha sürətli inkişafına nail olmaq, iqtisadiyyatın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq və onun innovasiya əsaslı irəliləyişini təmin etməkdir. Başqa sözlə, artıq indidən ənənəvi iqtisadiyyatdan “bilik iqtisa- diyyatına” keçidin əsası qoyulmalı, bunun üçün həlledici olan insan kapitalının adekvat inkişafı ön plana çəkilməlidir. Konsep- siyada qeyd edilir ki, qeyri-neft sənayesinin inkişaf etdirilməsi məqsədi ilə ölkənin malik olduğu təbii və iqtisadi resursların tə- sərrüfat dövriyyəsinə cəlb edilməsi genişləndiriləcək və onlardan istifadənin səmərəliliyi yüksəldiləcəkdir.
Qeyri-neft sektorunun inkişafına xidmət edən və müasir tələb- lərə cavab verən istehsal, sosial və bazar infrastrukturu şəbəkəsi yaradılacaq, təsərrüfatçılığın və idarəçiliyin mütərəqqi forma- larından istifadə genişləndiriləcəkdir.
Bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fə- aliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəs- sisələrin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcəkdir.
«Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında nəzərədə tutulan strateji hədəflərə nail olmaq üçün strateji idarəetmə metodologiyasının inkişafına nail olmaq lazımdır. Strateji idarəetməyə həsr edilmiş mövcud ədəbiyyatlarda həmin metodologiyanın aşağıdakı mərhələləri fərqləndirilir: