Xaricimühitməktəbi – strageiyanı reaktiv (geçikən) proses kimi qəbul edir;
Konfiqurasiya məktəbi – stategiyanın hazırlanmasını transformasiya (daima dəyişən) prosesi kimi tədqiq edir.
XX əsrin son rübündən başlayaraq bu anlayış mütəxəssislərin gündəlik fəaliyyətinə, menecment nəzəriyyə və praktikasına geniş daxil olmuşdur. Strategiya qərar qəbul edərkən təşkilat rəhbərlə- rinin öz əllərində cəmləşdirdiyi qaydaların məcmusunu əks etdirir. Eyni zamanda strategiyaya təşkilatın misiyası və təsər- rüfatçılıq məqsədlərinə nail olmasını təmin edən ümumi kom- pleks plan kimi də baxılır. Strategiya təşkilatın məqsədini və ona nail olmağın əsas yollarını müəyyən edərək vahid hərəkət isti- qaətinin seçilməsində müstəqil rol oynayır. Beləliklə, strategiya təşkilatın mümkün hərəkətlərinin və qəbul edilən idarəçilik qərar- larının sərhədlərini müəyən edir.
İqtisadi ədəbiyatlarda strategiya məfhumuna müxtəlif yanaş- malar şərh edilir. Onların əhəmiyyətini azaltmadan fikrimizcə: Strategiya ölkənin (sənaye sahəsinin, müəssisənin, təşkilatın) uzunmüddətli dövr üçün dayanıqlı inkişafına hədəflənən kom- pleks təşkilati-iqtisadi, sosial-ekoloji, innovativ tədbirlər sistemi- nin məcmusudur.
Strategiyanın işlənilməsinin ümumi sxemi 1.1 saylı şəkildə əks etdirilmişdir.
Strategiya məfhumunun təzahür forması, xarakteristikası, üstünlüyü, idarə edilməsi və qüsurlarının təsnifatı tərəfmizdən aşağıdakı kimi sistemləşdirilmişdir (şəkil 1.2).
Şəkil1.1. Strategiyanın işlənilməsinin ümumi sxemi