Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci


Strateji menecmentin genezisi və inkişafı



Yüklə 3,22 Mb.
səhifə6/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Strateji menecmentin genezisi və inkişafı


Strateji idarəetmə – strategiyanın işlənib hazırlanması və real- laşdırılması üzrə təşkilatın fəaliyyətləri ardıcıllığını müəyyən edən prosesi əks etdirir. O, məqsədlərin qoyuluşunu, strategiyanın iş- lənib hazırlanmasını, lazımi resursların müəyyən olunması və təş- kilata qarşıya qoulmuş vəzifələrə nail olmağa imkan verən xarici mühitlə qarşılıqlı əlaqələrin saxlanılmasını da özündə birləşdirir.


«Strateji idarəetmə» termini XX əsrin ortalarında ali səviy- yədə həyata keçirilən istehsalat və idarəetmə səviyyəsindəki cari idarəetmə arasındakı fərqi göstərmək məqsədilə iqtisadi leksikona daxil edilmişdir. Bu cürə fərqin təsbit edilməsi zəruriliyi ilk növ- bədə, biznesin aparılması şəraitindəki dəyişikliklərdən yaranmış- dır. Bu mövzu ilə bağlı ilk əsəri 1951-ci ildə Ulyam Nyuman yaz-
mışdır. Daha sonra stateji idarəetmə ideyalarının işlənməsinə dair əsərləri Frankenhof və Qranqer (1971), Ansoff (1972), Şendel və Hatten (1972), Irvin (1974) kimi müəlliflərin və başqalarının əsərlərində öz əksini tapmışdır. Operativ idarəetmədən strateji idarəetməyə keçidin mahiyyətini əks etdirən aparıcı ideya ali rəh- bərliyin müvafiq şəkildə və vaxtında ətraf mühitdə baş verən dəyişikliklərə reaksiya verməsi üçün diqqət mərkəzinin oraya yönəldilməsi zərurətindən ibarət olmuşdur.
Strateji idarəetmə nəzəriyyəsinin tanınmış baniləri tərəfindən təklif edilmiş bir neçə konstruktiv tərifləri göstərmək olar. Şendel və Hatten onu «təşkilatın və onun yarımbölmələrinin səmərəli fəaliyyətinə imkan verən ehtiyatların bölüşdürülməsi vasitəsilə seçilmiş məqsədlərin reallaşdırılması və xarici mühitlə qarşılıqlı münasibətlərin arzuedilən durumuna nailolma cəhdinin əlaqəsinin müəyyənləşdirilməsi prosesi» kimi izah edirlər. Higgensə görə
«strateji idarəetmə - təşkilatın xarici mühitlə qarşılıqlı fəaliyyəti- nin idarə edilməsi vasitəsilə öz missiyasının (niyyətinin) reallaş- ması üzrə idarəetmə prosesidir. Pirs və Robinson strateji idarəet- məni «təşkilatın məqsədlərə nail olmaq üçün işləyib hazırladığı strategiyaların hazırlanması və yerinə yetirilməsi üzrə qərarların və fəaliyyətlərin toplusu kimi» izah edir. Bir sıra təriflər də vardır ki, onlar strateji idarəetmənin bu və ya digər aspektlərini və xüsu- siyyətlərini yaxud da onun «adi» idarəetmədən fərqlərini xüsusi olaraq vurğulayır.
Təcrübə göstərir ki, kompleks strateji planlaşdırma və idarəet- məni həyata keçirən təşkilatlar daha uğurla işləyir və sahə üzrə orta gəlirdən daha yüksək gəlir əldə edir. Planlaşdırma təcrübəsi- nə malik bir çox rəhbərlər arzu etdikləri uğura ona görə nail ol- murlar ki, onlar çoxlu sayda bazarları əhatə etmək və daha müx- təlif məhsul istehsalı, eləcə də fərqli qrup müştərilərin tələblərini ödəməyə çalışırlar. Uğur üçün isə qüvvələrin məqsədəyönümlü təmərküzləşməsi və düzgün seçilmiş strategiya lazımdır. Başqa sözlə desək, öz strategiyasını daha yaxşı planlaşdıran uğura daha tez nail olur.
Strategiyanın əsas məsələsi təşkilatı hazırki vəziyyətdən rəh-
bərliyin arzuladığı gələcək duruma çatdırmaqdır.
Strateji idarəetmənin iki əsas son məhsulunu bir-birindən fərqləndirirlər. Onlardan biri gələcəkdə məqsədlərə çatmağı tə- min edən təşkilatın potensialı digər son məhsulu isə xarici mühit- də təşkilatın dəyişikliklərə olan həssaslığın təmin edən daxili stru- ktur və təşkilati dəyişikliklərdir.
Akademik Z.Ə.Səmədzadənin ideya müəllifi və baş redaktoru olduğu «Böyük İqtisadi Ensiklopediya»nın IV cildində qeyd edi- lir ki, strateji idarəetmə sisteminin yaradılması aşağıdakı istiqa- mətlərdə şirkətin idarəetmə sisteminin əhəmiyyətli dərəcədə yenidən qurulmasını tələb edir:

  1. İşgüzar proseslər (idarəetmə prosedurları);

  2. Təşkilati strukturlar (səlahiyyətlərin bölüşdürülməsi);

  3. Düşüncə tərzi, rəhbər əməkdaşların davranışı.

Strateji idarəetmə sisteminin yaradılması dərin təşkilati dəyəşikliklərə səbəb olur. Strateji idarəetmə sisteminin tətbiqi di- gər dəyişikliklərin aparılmasına nisbətən, əsasən, əmək tutumlu və problemlidir. Belə ki, strateji davranışa keçid müqaviməti ya- rada bilər, amma bu, şirkətin fəaliyyətinin burada işləyənlərin ha- mısı tərəfindən yenidən dərkini tələb edir. Şirkətin rəhbəri və əməkdaşları tərəfindən təşkilati dəyişikliklərin aparılması üçün müvafiq tədbirlərin zərurəti və onların olmamasının kifayət qədər dərk edilməməsi müəssisənin idarəetmə prosesinin təkmilləşdiril- məsi üzrə istənilən niyyətləri heçə endirə bilər.
Müəssisədə həyata keçirilən təşkilati islahatları şərtləndirən amillərə: material təşkilati, sosial-psixoloji, informasiya və intel- lektual aspektlər aiddir. Onların içərisində müasir İKT-dən isti- fadə etməklə müəssisədə sosial-psixoloji və intellektual mühitin formalaşması daim diqqəti mərkəzində saxlanılmalıdır. İnnovasi- yayönümlü iqtisadiyyatın formalaşması və inkişafı baxımından təşkilati islahatların intellektual amilinin şərtlərini nəzərə almaq vacibdir. Onlara: maksimal sayda insanların istehsal və idarəetmə prosesinə cəlb edilməsi; məşğulluğa zəmanət; işçilərin uçota alınması; heyətin fasiləsiz öyrədilməsi; haqsız rəqabətdən yaxa qurtarmaq; güclü lideri formallaşdırmaq və s. daxildir. Bütün
bunlara nail olmaq üçün sosial-psixoloji və təşkilati amilləri şərt- ləşdirən aşağıdakıların icrasına nail olmaq lazımdır:

  • bürokratizmlə daimi mübarizə aparmaq;

  • səmərəli motivasiya sistemi tətbiq etmək;

  • münbit sosial-psixoloji mühit yaratmaq;

  • yeni qiymətləndirmə sistemini formalaşdırmaq;

  • işçilərin yaradıcılıq təşəbbüsünün dəstəkləmək.

Təşkilati islahatları şərtləndirən amillərin təsnifatı və tərkib elementləri 1.5 saylı şəkildə əks etdirilmişdir. Təşkilati islahatla- rın mahiyyəti və məzmunu, onu şərtləndirən səbəblər, məqsədlər və əldə ediləcək dəyişiklikləri özündə əks etdirir (şəkil 1.6).

Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin