Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə3/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

I.


STRATEJİ MENECMENT KURSUNA GİRİŞ
    1. Strategiyaya dair nəzəri baxışların sistemləşdirilməsi


“Strategiya” termini (yunan dilindəki “stratos” - ordu, “ago”



  • aparıram sözlərindən) hərbi mənşəyə malikdir. Strategiya sözü döyüşdə orduların cəbhə boyu düzülməsi məharəti mənasını verir. Əvvəllər strategiya dedikdə, müharibənin aparılması bacarığı ba- şa düşülürdü. Müharibələr insanların, xalqların, ölkələrin həyatın daha mühüm hadisəsi olduğundan «strategiya» anlyaşı termino- logiyasına «mühüm», «müəyyənləşdirən» mənasında keçmişdir.

Bu terminin hərbi mənşəli olması heç də təəccüb doğurma- malıdır. Çünki, məhz strategiyadan istifadə etməklə bir çox sərkərdələr dünyanı fəth etmiş və döyüşlərdə qalib gəlmişlər. Strategiya dedikdə təşkilatın vəzifəsini həyata kecirməyə və onun məqsədə nail olmasını təmin etməyə yönələn dəqiqləşdirilmiş, hərtərəfli, kompleks plan nəzərdə tutulur.
Qədim Çin filosofu Sun Szi strategiyanı çox yüksək qiymət- ləndirmişdir. O, gostərirdi ki, “rəqibi döyüşsuz ram edin. Budur peşəkarlığın uca nöqtəsi. Bacarırsansa, özünü bacarıqsız kimi göstər. Fəaliyyət göstərirsənsə, özünü fəaliyyət göstərməyən kimi apar. Rəqibi öz ərazinə cəlb et, məğlub olunan kimi göstər və əks zərbə vur”. Bu fikrə rəğmən Qərb dövlətlərinin ötən əsrin 80-90- cı illərində Sosialist ölkələri blokunu və sonradan SSRİ-ni dağıt- masını misal gətirmək olar. Biznesdə isə TMK-lar məhz bu cür strategiyanı üstün tuturlar. Strategiyaya dair onun başqa fikri isə bundan ibarətdir:“Əgər düşməndən on qat üstünsənsə onu mühasi- rəyə al, beş dəfə üstünsənsə hücüm et, iki dəfə üstünsə rəqibi his- sələrə böl, qüvvələr bərabərdirsə düşmənlə döyüşməyi bacar, gü- cün azdırsa geriyə çəkilməyi bacar, əgər hər cəhətdən zəifsənsə, onda döyüşdən yan keçməyi bacar”. Müasir biznesdə “Microsoft” və “Apple” şirkətlərinin fəaliyyəti bu fikirlərlərlə üst-üstə düşür.
Müəyyən olunan strategiya həyata keçirilərkən fikrimizcə, öncə - məkanın qiymətləndirilməsini, ikinci növbə - kəmiyyətin qiymətləndirilməsini, üçüncü – hesablamanın aparılmasını, dör- düncü – müqayisənin aparılmasını və nəhayət beşinci növbə -
qələbəyə şansının müəyyənləşdirilməsi aparılmalıdır.
Sun Szi döyüş aparma strategiyasına dair qeyd edir ki, “döyüş meydanına birinci gələn və rəqibi gözləyən adətən güclüdür və özünə güvənir, geç gəlib və o dəqiqə döyüşə atılan isə özünə inamsızdır”. Fikir verin özünə inanan şirkətlər çəkinmədən yeni məhsullarını bazara birinci olaraq çıxarırlar. Digər şirkətlərin reaksiyası gecikən olur və onlar bazarda lider olan şirkətin ardınca (və çox vaxt liderin məhsuluna oxşar) məhsulu bazarda mövqeləşdirirlər.
K.F.Klazuvis “müharibə haqqında” traktatında strategiyaya prob- lemin həll olunması vasitəsi kimi deyil, qeyri-məhdud yaradıcı fəaliy- yət kimi baxırdı. O, qeyd edirdi ki, stategiya xaosa müəyyən nizam gətirir. Strategiya gəlcəyin hansı formalar almasını görməlidir. Strate- giya hücumdan, müdafiədən və manevrdən ibarətdir. Strategiyanın əsas vəzifəsi bu vasitələrin yeni kombinasiyasını qurmaqdan ibarətdir. Hər bir hərbi əməliyyatın dəqiq məqsədləri olmalıdır:

    • Lazımı yerdə vaxtda say yüksəkliyinə nail olmaq lazımdır;

    • Təkhakimiyyətlilik;

    • Manevr çeviklik;

    • Gözlənilməməzlik;

    • Sadəlik;

    • Hücüm etmək bacarığı;

    • Gücə qənaət.

Son dövrlərdə xarici ölkələrdə strategiya üzrə 10 elmi məktəbin olmasını qeyd edirlər:


  1. Yüklə 3,22 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin