Şəkil 1.5. Təşkilati islahatları şərtləndirən amillər
Şəkil 1.6. Təşkilati islahatlarıın mahiyyəti və məzmunu
Təşkilati davranışın əsasında aşağıdakılar durur:
texnologiya, istehsal avadanlıqları və qurğuları, onların gücü və imkanları;
informasiyanın işlənməsi və ötürülməsi ilə bağlı olan ava- danlıqların gücü və imkanları;
istehsalın təşkili səviyyəsi;
hakimiyyətin strukturu, vəzifə funksiyalarının bölüşdürülmə- si və qərar qəbulu səlahiyyəti;
ayrıca qrup və şəxslərin təşkilati vəzifəlri;
daxili kommunikasiya və prosedurlar;
təşkilati mədəniyyət, norma və dəyərlər.
Beynəlxalq təcrübədə təşkilati dəyişikliyin (islahatın) həyata keçirilməsinin müxtəlif yanaşmalarını fərqləndirirlər. Onlar texni- ki, bazaryönümlü və strateji təyinatları ilə fərqlənirlər (şəkil 1.7).
Şəkil 1.7. Təşkilati islahatlarıın həyata keçirilməsi üzrə yanaşmaların təsnifatı.
Qeyd edilən təsnifatla yanaşı, təcrübədə təşkilati islahatların (dəyişikliyin) tiplərini də fərqləndirirlər. Onlar: intensivlik səviy- yəsi; nüfuzetmə, məqsəd, xarakter, məzmun və həyata keçirilməsi üsulları üzrə bir-birindən seçilir (şəkil 1.8).
Əlbəttə, yuxarıda qeyd edilən yanaşmalar və tiplər üzrə təş- kilatı dəyişikliyin ağırlıq yükü heyətin üzərinə düşür ki, onların da keyfiyyəti aşağıdakılarla müəyyən edilir:
dəyişikliklərə münasibətlə;
bazarın layihələndirilməsində, təhlilində və sairədə peşə bi- likləri və ustalığı ilə;
strateji fəaliyyətə aid olan problemləri həll etmək bacarığı
ilə;
təşkilati dəyişikliklər aparılmasına aid olan məsələləri həll
etmək bacarığı ilə;
strateji fəaliyyətdə iştirakının motivasiyası ilə və müqavi- mətlərini aradan qaldırmaq qabiliyyəti ilə.
Dostları ilə paylaş: |