Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə44/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

III.


MÜƏSSİSƏNİN İNKİŞAF STRATEGİYASININ HAZIRLANMASI MƏSƏLƏLƏRİ
    1. İnkişaf strategiyalarının təsnifatı və xüsusiyyətləri


Strategiya çoxcəhətli anlayış olub, firmanın qarşısında duran məqsəd və vəzifələrin həyata keçirilməsinə yönəldilən dəqiqləşdi- rilmiş kompleks-plandır. Şirkətin (firmanın, müəssisənin) strate- giyası bazarda onun mövqeyini möhkəmləndirən, eləcə də isteh- lakçıların cəlb olunması və tələblərinin ödənilməsi üzrə uğurlu rə- qabət üstünlüyünü təmin edəcək idarəetmə planıdır. Başqa sözlə, strategiya şirkətin inkişaf yollarının, bazarların, rəqabət metodla- rının və biznesin aparılmasını bildirir.


Strategiyanın ən mühüm xüsusiyyətləri kimi ona verilən tərif- ləri aşağıdakı məzmunda təsnifləşdirmək olar:

  • son nəticənin əldə edilməsi vasitəsi;

  • təşkilatın bütün hissələrinin vahid tamda birləşməsi;

  • firma fəaliyyətinin bütün vacib aspektlərinin əhatə edilməsi;

  • firmanın bütün planlarının bir-birinə uyğunluğunun təmin edilməsi;

  • hərəkət planı;

  • rəqabət mübarizəsində qələbəyə yönəldilmiş hərəkətlər;

  • hərəkətlərin ardıcıllığı. Plan reallaşmaya bilər, lakin hərəkət- lərin ardıcıllığı təmin edilməlidir;

  • ətraf mühitdəki mövqe. Bu, öz əhatəsi ilə əlaqə deməkdir;

  • perspektiv, cəhd etdiyi vəziyyəti qabaqcadan görmək;

  • firmada işin təşkilinin güclü və zəif tərəflərinin təhlilinin nəti- cəsi və onun inkişafının imkan və maneələrinin müəyyən edilməsi;

  • ətraf mühitin dəyişikliklərinə qarşı firmanın qabaqlayıcı reak- siyası.

Firmanın inkişaf strategiyasını hazırlayarkən, onun bir sıra tələblərə cavab verməsinə nail olmaq vacibdir:

    • nail olunmalı ümumi iş, həlledici əsas məqsədlər olmalı;

    • koordinasiya edilmiş rəhbərlik bildirilməli;

    • mütərəqqi təşəbbüsə kömək olmalı;

    • başlıca qüvvələr lazımi yerdə zamanında cəmləşməli;

    • zəmanətli resursları təmin etməli;

    • maksimum nəticə əldə edilməsi zamanı resurslardan minimum istifadə üçün taktiki hərəkətlərin çevikliyini nəzərdə tutmalıdır.

P.Druker inkişaf strategiyasını məqsədinə görə 4 qrupa bölür:

  • ilk daxil olmaq kütləvi zərbə endirmək;

  • cəld gözlənilmədən hücum etmək;

  • ekoloji boşluqları tapmaq və zəbt etmək;

  • əmtəənin, bazarın yaxud sahənin iqtisadi xarakteristikasını dəyişmək.

Əlamətlərinə görə, inkişaf strategiyasını aşağıdakı kimi qrup- laşdırmaq olar:

  • Hücum yaxud Sıçrayış Strategiyası;

  • Müdafiə yaxud Sağlamlaşdırma Strategiyası;

  • Təşkilatın Fəaliyyətinin Azalması Dəyişməsi Strategiyası.

Qarşıya qoyulan məqsədlərin üstünlük dərəcəsindən asılı ola- raq strategiyanın müxtəlif növləri mövcuddur və təşkilat öz fə- aliyyətini həmin strategiyalar əsasında istiqamətləndirməlidir. Strategiyaları aşağıdakı kimi təsnifləşdirmək olar:

  1. Məhsul-bazar strategiyası;

  2. Marketinq strategiyası;

  3. Rəqabət strategiyası;

  4. Sahələr yığınının idarə edilməsi strategiyası;

  5. Yeniliklər strategiyası;

  6. Kapital qoyuluşları strategiyası;

  7. İnkişaf strategiyası;

  8. Udma strategiyası;

  9. Xarici investisiya strategiyası;

  10. İxrac fəaliyyətinin genişləndirilməsinə istiqamətləndirmə strategiyası;

  11. Xarici iqtisadi müdaxilə strategiyası.

Strategiyanın hazırlanması prosesində aparılan təhlil əsasında strateji təfəkkür, yeni inkişaf strategiyası üzrə təkliflər və s. for- malaşır. Firmanın fəaliyyət səmərəliliyini göstərmək üçün strateji təhlil aparılır ki, bu da təşkilatın hal-hazırkı və perspektiv vəziy- yətini təhlil etməyə şərait yaradır. Firmanın vəziyyətini müəyyən-
ləşdirməyin əsasən aşağıdakı 5 sual ətrafında aparılması tövsyiə edilir:

  • mövcud strategiya dərəcədə əlverişli işləyir;

  • müəssisənin güclü və zəif cəhətləri hansılardır və onun qarşı- sında nə kimi sevindirici imkanlar və nə kimi təhlükələr dura bilər;

  • müəssisənin məsrəfləri buraxılan məhsula qoyulan qiymət rəqabət qabiliyyətlidirmi;

  • müəssisənin rəqabət gücü möhkəmdirmi;

  • müəssisənin qarşısında kimi strateji problemlər durur.

Bu suallara cavab verməni dörd analitik təhlil üsulu ilə apar- maq məsləhət bilinir. Bunlardan birincisi, müəssisənin zəif və güclü tərəfləri, imkanları və təhlükələri, ikincisi, məsrəflər zənci- rini ardıcıllıqla təhlil etmə, üçüncüsü, xərcləri strateji təhlil etmə, dördüncüsü, rəqabət qabiliyyətliliyini müəyyənləşdirir.
İnkişaf strategiyasının tərkib hissələri müxtəlif səpkidə təsnif- ləşir. Bu baxımdan İ.Ansoff strateji idarəetmə sistemlərini aşa- ğıdakı üç tipə ayırır: nəzarət sistemləri, ekstrapolyasiya sistem- ləri, sahibkarlıq sistemləri.

Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin