Nəzarət əsasında strateji idarəetmə. Nəzarət əsasında ida- rəetmə sistemi icranın həm kəmiyyət, həm də keyfiyyətcə qiy- mətləndirilməsinin nəticəsi olan informasiyalar əsasında idarəet- mədir. Qiymətləndirmə nəticəsində normalardan, standartlardan və s. kənarlaşma üzə çıxdıqda kənarlaşmanın aradan qaldırılması rəhbərin sərəncamları əsasında həyata keçirilir. Bu idarəetmə sis- teminin əsas xarakterik cəhətləri aşağıdakılardır:
nəzarət ənənəvi xarakter daşıyır və bölmələr səviyyəsində həyata keçirilir;
qərarların qəbulu düzəlişvermə xarakterli olduğundan nəza- rət mərhələsi qərarların reallaşdırılmasını tamamlayır;
nəzarət əsasında idarəetmə – idarəetmə sisteminin mürək- kəbləşməsinə gətirib çıxarır;
Nəzarət informasiyalarının formalaşması zamanı istifadə olunan standartlar, normalar, etalonlar və s. keçmiş təcrübələr əsasında müəyyənləşdiyindən, nəzarət əsasında idarəetmə sistemi
gələcək imkanlardan istifadə olunması və gələcək təhlükələrə qarşı qabaqcadan hazırlıq baxımından əlverişsizdir.
Ekstrapolyasiya əsasında strateji idarəetmə.Ekstrapolyasi- ya sistemi – müəssisənin keçmişinin gələcəyinə ekstrapolyasiyası vasitəsilə idarə edilməsi sistemidir. Ekstrapolyasiya əsasında ida- rəetmə əsasən aşağıdakı ardıcıllıqla həyata keçirilir.
Firmanı əhatə edən xarici mühitə gələcək meylləri proq- nozlaşdırmaq üçün həmin mühitdəki keçmiş meyllərdən istifadə olunur və proqnozlaşdırılan səmərəlilik əsasında müəssisənin mənfəətliliyinin dəyişmə meylləri müəyyənləşdirilir;
Xarici mühitdəki meyllər və firmanın səmərəliliyi müqa- yisə edilir, eləcə də onun məqsədləri müəyyənləşdirilir. Əldə olunmuş nəticələri stimullaşdırmaq üçün məqsədlər səmərəlilik meyllərindən görünən məqsədlərdən daha yüksək səviyyədə nə- zərdə tutulur;
Məqsədlərə əsasən firmanın müxtəlif bölmələri üçün təd- birlərin qrafiki və nəzarət müddətləri göstərilməklə əlaqələndiril- miş fəaliyyət proqramları tərtib olunur;
Ehtiyatların bölüşdürülməsinin maliyyə planı tərtib olunur;
Tədbirlər proqramı və ehtiyatların bölüşdürülmə planı əsa- sında gəlirlərin planı tərtib edilir;
Planlaşdırılan nəticələrin rəhbərliyi qane etməsi və firma- nın müxtəlif bölmələri üçün zəruri olan ehtiyatların mövcudluğu yoxlanılır.