Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə46/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Sahibkarlıq tipli strateji idarəetmə. Gələcək hadisələrin keçmişlə heç bir əlaqəsi olmayacağı fikrinə əsaslanan sahibkarlıq tipli idarəetmə sistemi – layihələrin idarə olunması, strateji plan- laşdırma, strateji mövqelərin planlaşdırılması və strateji məsələlə- rin idarə olunmasını nəzərdə tutan sistemdir.
Sahibkarlıq tipli idarəetmə sisteminin tətbiqinin mühüm mər- hələlərini qeyd edək.

  1. Firmanın məhsullarının bazarda tutduğu mövqe ekstrapol- yasiya edilir.

Firmanı əhatə edən xarici mühitdə onun məhsullarına tələbi müəyyənləşdirən iqtisadi və sosial qüvvələr, bazarda rəqabətin
xarakteri, firmanın özünə və xarici mühitinə təsir edə biləcək perspektiv sosial və siyasi dəyişikliklər təhlil edilir.

  1. Xarici mühitdə əlverişli imkanların və təhlükələrin proqno- zunun nəticələri ilə ekstrapolyasiyanın nəticələri birləşdirilir.

  2. Firmanın potensialı təhlil edilir. Təhlil nəticəsində daxili zəif və güclü cəhətləri müəyyənləşdirilir və gələcək nəticələr ba- xımından qiymətləndirilir.

  3. Məqsədlər formalaşdırılır. Məqsədlərin siyahısına sosial xarakterli məqsədlər əlavə edilir və onların çevikliyinə xüsusi diqqət yetirilir.

  4. Firmanın perspektivləri qiymətləndirilir. Qiymətləndirmə nəticəsində həm məqsədlər və məsələlər arasında uyğunsuzluqla- rın, həm də faktiki nəticələr arasında uyğunsuzluqların olub-ol- maması müəyyənləşdirilir. Uyğunsuzluqlar aşkar edildikdə ya mövcud perspektivlərdən istifadə, ya da alternativlər axtarmaq barədə qərar qəbul edilir. Sonuncu halda hər yeni alternativin ve- rə biləcəyi nəticələr qabaqcadan araşdırılır.

Bütün hallarda firma üzrə formalaşan inkişaf strategiyası reallığa çevrilməlidir. Hər hansı firmanı qısa müddət ərzində yeni istiqamətdə fəaliyyətə sövq etmək üçün aşağıdakılar tələb olunur:

  • strategiyanın reallaşdırılması üçün çoxsaylı idarəetmə vəzi- fələrinin, səlahiyətlərin və məsuliyyətlərin müəyyən edilməsi və bölüşdürülməsi;

  • strategiyanın reallaşdırılması variantlarının müəyyən edil- məsi seçilməsi;

  • işçilərin idarə edilməsi üzrə bacarıqları;

  • başlanan işlərin sona çatdırılmasında inadkarlığın tələb olunması;

  • dəyişikliklərə və yeniliklərə qarşı müqavimətə üstün gəlmək bacarığı.

Strategiyanın reallaşdırılması mühiti də həmişə bir-birindən müxtəlif dərəcədə fərqli olur. Bu müxtəliflik aşağıdakı kimi təza- hür olunur:

  • rəqabət mühitinin müxtəlifliyi;

  • işgüzar təcrübənin müxtəlifliyi;

  • işgüzar mədəniyyət mühitindəki müxtəlifliklər;

  • mükafatlandırma sistemində müxtəliflik;

  • əməkdaşların şəxsi xüsusiyyətləri motivasiyasındakı müxtəlifliklər s.

Bütün bunlar hər bir strategiyanın reallaşdırılması prosesinə xüsusi yanaşmanı tələb edir. Həmin yanaşma təşkilatın bütün xü- susiyyətlərini və icraçının təşkilati dəyişikliklərin idarə edilməsi üzrə bacarıq və imkanlarını nəzərə almalıdır.
Bütün bunlara baxmayaraq, strategiyanın reallaşdırılması pro- sesində bir neçə ümumi tələblərə də riyaət olunmalıdır. Bu tələb- lərə aşağıdakıları aid edirlər:

  • strategiyanı uğurla həyata keçirə biləcək idarəetmənin təşki- lati strukturunun yaradılması;

  • şirkətin strateji uğurunu təmin edən fəaliyyət sahələrinə lazı- mı vəsaitin ayrılması üçün büdcəyə yenidən baxılması;

  • strategiyaya uyğun idarəetmə əməliyyatlarının təyin edilməsi;

  • daimi inkişaf və təkmilləşmənin təmin edilməsi üçün daha yaxşı təcrübənin tətbiq edilməsi;

  • şirkətin heyətinə öz strateji funksiyalarını daha yaxşı icra etmə- ləri üçün imkanlar yaradan təminedici sistemlərin yenidən təşkili;

  • mükafatlandırma və həvəsləndirmə sistemlərini strategiyanın yerinə yetirilməsi və məqsədlərə nail olunması ilə əlaqələndiril- məsini yüksək səviyyədə təşkil etmək;

  • strategiyanın dəstəklənməsi üçün işçi mühiti və korporativ mədəniyyəti yaratmaq;

  • strategiyanın reallaşdırılması üçün tələb olunan rəhbərliyin – liderliyin təmin edilməsi və onun daim təkmilləşdirilməsi.

Bütün bunları ümumiləşdirərək, strategiyanın reallaşdırılması prosesinin elementlərini aşağıdakı kimi formalaşdırmaq olar (şəkil 3.1).


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin