Struktur dəyişikliklərinin istiqamətləri və strateji mərkəzin başlıca funksiyaları
«Azərbaycan-2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında neft-kimya sənayesinin əsaslı şəkildə modernləşdirilməsi, qeyri- neft sənayesinin şaxələndirilməsi və inkişaf etdirilməsi, hər bir bölgədə rəqabət üstünlükləri nəzərə alınmaqla, regional inkişaf mərkəzlərinin yaradılması, iqtisadiyyatın klaster əsasında inkişa- fı, xüsusi iqtisadi zonaların, sənaye məhəllələrin yaradılması və inkişafı, sənaye texnologiyalar parkının sayının və əhatə dairə- sinin genişləndirilməsi, strateji təsərrüfat zonalarının yaradılması
və digər institusional dəyişikliklərinin aparılması prioritet istiqa- mətlər kimi qeyd edilmişdir. Onların icra mexanizmi təvsilatı ilə
«Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015- 2020-ci illər üçün Dövlət Proqramı»nda, eləcə də «Milli iqtisa- diyyatın perspektiv üzrə Strateji Yol Xəritələri»ndə öz əksini tap- mışdır. Belə institusional dəyişikliyin bazasını sənaye sahələrində və onun müəssisələrində struktur dəyişikliyi (restrukturizasiya) təşkil edir. Neftdən sonrakı iqtisadiyyatın davamlı inkişafını tə- min etmək üçün qeyri-neft sektorunun hesabına iqtisadiyyatın şaxələndirilməsi prioritet istiqamət kimi davam etdirilir. Lakin bu sahədə uğur qazanmağın əsas yolu sahədaxili və sahələrarası struktur dəyişikliyinin aparılmasıdır. Dövlət mülkiyyətinin özəl- ləşdirilməsi əsasında yaradılan səhmdar cəmiyyətləri, kiçik müəs- sisələr, iri birliklər, eləcə də xarici firmalarla birgə təşkil edilən holdinqlər, alyanslar, texnoparklar, birjalar və digər mütərəqqi menecment formalarının tətbiqi artıq reallığa çevrilmişdir. Bu- nunla belə, struktur dəyişikliyinin mikrosəviyyədə davam etdiril- məsi üçün mütərəqqi metodiki yanaşmaya ehtiyac duyulur. Ba- zarda dəyişən tələb və təklifin səviyyəsi struktur dəyişikliklərini zərurətə çevirmişdir. İKT-nin tətbiqi də həmin dəyişikliyi get- dikcə sürətləndirir. Menecer İnstitutunun geniş tətbiqi daha mobil idarə strukturunun yaradılmasını şərtləndirir. Artıq beynəlxalq təcrübədə transmilli şirkətlərin, maliyyə-sənaye qruplarının yara- dılması geniş vüsət almış və yüksək iqtisadi səmərə verməkdədir. Dünya təcrübəsində struktur dəyişikliyi və yaxud restrukturi- zasiya üzrə çoxsaylı yanaşmalar mövcuddur və onlar ən çox kəmiyyət aspektlərini əhatə edir. Restrukturizasiya özlüyündə ba- ha başa gələn proses olub, istehsalın modernləşdirilməsi, məh- sulun maya dəyərinin aşağı salınması və yeni məhsulun mənim-
sənilməsi üçün böyük məbləğdə investisiya tələb edir.
Restrukturizasiya müəssisənin inkişafının, təsərrüfat siyasəti- nin mühüm elementinin, xarici mühitin dəyişən şəraitinə uyğun- laşmasının bir formasıdır. Bu, müəssisə strukturunun dəyişməsi- dir. Hər bir müəssisə struktur ilə xarakterizə olunan daxili quru-
luşa malikdir. Sistem kimi müəssisə özündə texniki, texnoloji, təşkilati və sosial altsistemləri ehtiva edir.
Restrukturizasiyanın istiqaməti və xarakteri müəssisənin düş- düyü situasiyadan asılıdır. Onun həyata keçirilməsinin vacibliyini şərtləndirən problemlərə aşağıdakıları aid etmək olar:
çevik strategiyanın yoxluğu (və ya zəifliyi) və uzunmüd- dətli məqsədlərin ziyanına olan qısa müddətli məqsədlər, səmə- rəsiz mövcud idarəetmə, bazar haqda informasiyanın yetərsizliyi, idarəetmə aparatı işçilərinin qeyri-peşəkarlığı, işçilərin motivasi- ya sisteminin yoxluğu, maliyyə və marketinq xidmətinin zəif ol- ması, icra və işin gedişatına nəzarət mexanizminin zəifliyi və s. nəticəsində menecmentin qənaətbəxş olması;
qərların qəbulu texnologiyası və həyata keçirilməsi mexa- nizminə görə rəhbərliyinin aşağı səviyyəli cavabdehliyi;
investorlar, tərəfdaşlar, kreditorlar, tədarükçülər və təsərrü- fat fəaliyyətinin başqa iştirakçılarında müəssisə haqda dolğun informasiyanın yoxluğu;
istehsalın həddən artıq diversifikasiyası. Dversifikasiya Spin-off («törəmə» - elmi-texnoloji inkişafın əlavə nəticələrinin istifadəsi) nəzəriyyəsinə uyğun olaraq, güman edilir ki, bazis tex- nologiya avtomatik olaraq biznesin əlavə məhsullarını yaradır. Diversifikasiyanın bu adi modeli praktikada əhəmiyyətli dəyişik- liklərə məruz qala bilər;
təsərrüfat fəaliyyətinin müxtəlif növlərinin, filiallarının təş- kili, törəmə şitkətlərin yaradılmasında kreditdən həddən artıq istifadə;
rentabelliyin zərərinə olaraq ancaq müvəffəqiyyətli məhsul satışına istiqamətlənmə, dövlət himayəçiliyi və müəssisənin təsər- rüfat prosesinin sərt tənzimlənməsi və s.
Restrukturizasiya prosesində reinjinirinqin növbəti prinsipləri qəbul oluna bilər:
təsərrüfat fəaliyyətinin ənənəvi forma və proseslərindən rəd- imtina edilməsi və iş prosesinin «yeni səhifədən» başlanması;
müəssisənin idarə edilməsinin köklü şəkildə dəyişilməsi;
təsərrüfat fəaliyyəti göstəricilərinin əhəmiyyətli dərəcədə dəyişilməsi.
Nəzərə almaq lazımdır ki, restrukturizasiyanın böyük iqtisadi effektivliyi zamanı onun həyata keçirilməsinə əks təsir edən amillər mövcuddur. İlk öncə sosial amilləri qeyd etmək olar. Mü- əssisələrdə qəfil yoxlamalar iş yerlərinin strukturunda neqativ etirazlara səbəb ola bilər ki, bu da nəticədə ictimaiyyətdə sosial gərginliyə səbəb ola bilər.
İkincisi, restrukturizasiya özlüyündə kifayət qədər riskli prosesdir. Qeyri-kafi işləyən təsərrüfat mexanizmi yeni, süni yaradılmış modeli əvəz edir ki, bu da dəyişən bazar mühitində gözlənilənin əksinə olan nəticələrə gətirib çıxara bilər.
Üçüncüsü, müəssisələrdə restrukturizasiyanın aparılması makro səviyyədə dəyişikliklər olmadan mümkün deyil.
Dördüncüsü, restrukturizasiya üzrə ixtisaslı mütəxəssislərin olmaması, müəssisənin pis maliyyə vəziyyəti, yerli müəssisələrin xarici bazar kapitalından təcrid olunmasının saxlanılması kimi belə subyektiv faktorlar restrukturizasiyanın həyata keçirilməsinə imkan vermir.
Fəaliyyət göstərən struktur elementlər və istehsalata yönəldi- lənləri nəzərə alaraq restrukturizasiyanın aşağıdakı növlərini ayırırlar.
Müəssisənin strategiyasına nüfuz dərəcəsindən asılı olaraq aktiv və passiv restrukturizasiyanı fərqləndirirlər.
Aktiv restrukturizasiya strategiyanın aşağıdakı elementlərinin dəyişilməsinə yönəldilir: satış bazarı; fəaliyyət növü; ortaqlar; məhsul; rəqabət; resurslar; innovasiya potensialı; işgüzar «port- feli»; tədarükçülər. Restruktrizasiyanın bu növü konkrt proqram əsadında həyata keçirilir və qeyri-standart tədbirləri əks etdirir. Bu halda restruktrizasiya vasitəsilə müəssisənin hücum strategi- yasını formalaşdıran innovasiya tədbirləri layihələndirilir. Hücum strategiyası aktiv inkişaf kimi yeni məhsulun mənimsənilməsi, mütərəqqi texnologiyanın tətbiqi, məhsulun keyfiyyət və rəqabət qabiliyyətinin artırılması, yeni bazar seqmentlərinin araşdırılması,
heyətin yenidən hazırlığı, nizamnamə kapitalının dəyişdirilməsi və yeni inverstorların axtarışını nəzərdə tutur.
Passiv restrukturizasiya bir çox müəssisələr tərəfindən tətbiq edilən sadə prosedurları özündə ehtiva edir. Onun mahiyyəti müəssisədəki neqativ halları aradan qaldırmaqdan ibarətdir. Restrukturizasiyanın belə konsepsiyalı strategiyası müdafiə xa- rakterli olub, müəssisənin bazarlardakı mövqeyinin saxlanmasına yönəlir və müflisləşmənin qarşısını alır. Passiv restrukturizasiya işçilərin sayının azaldılmasını, müəssisənin təşkilati strukturunun dəyişməsini, istifadəsiz əmlakın satılmasını və ya kirayə verilmə- sini, əməyin motivasiya sisteminin, eləcə də müəssisənin kadr si- yasətinin dəyişdirilməsini nəzərdə tuta bilər. Restrukturizasiyanın bu növləri arasında dəqiq sərhəd mövcud deyil.
Predmetdən asılı olaraq (müəssisənin restrukturizasiya olu- nan hissələri) restrukturizasiyanın predmet, subyekt, eləcə də pro- ses növlərini ayırmaq olar.
Predmet restrukturizasiya texnika, heyət, maliyyə, müəssisə- nin istehsal və təşkilati strukturunu əhatə edir (struktur bölmələr və resursları). Proses restrukturizasiyası – təsərrüfat fəaliyyətinin mərhələləri və prosesləri, həmçinin tədqiqat və işlənmə, istehsal, marketinq, resursların formalaşdırılması və istifadəsini, sosial və ekoloji fəaliyyəti, təhlükəsizliyin təmin edilməsi və s. əhatə edir.
Restrukturizasiyanın predmet və proses növləri innovasiya tədbirlərinin əsaslandırılması və bütövlükdə bu prosesinin idarə olunması məqsədilə ayrılan vahid restrukturizasiya prosesinin tər- kib hissələridir. O, öz növbəsində predmet və prosesin məzmu- nundan asılı olaraq sonrakı təsnifatı nəzərdə tutur. Misal üçün, predmetə heyətin, maliyyənin, ehtiyatların, istehsal və təşkilati strukturun restruktrizasiyasını prosesə isə istehsal texnologiyası- nı, informasiyanın işlənməsini, qərarların qəbulu və həyata keçi- rilməsini, stimullaşdırma və s. aid edirlər.
Subyekt restrukturizasiyası mülkiyyət formasını, təsərrüfat- çılıq subyektinin təşkilati-hüquqi formasını, müəssisənin struktur altbölmələrinin statusunu əhatə edir.
Struktur dəyişikliklərin təsiri və vaxt amili uçotunun xarak- terindən asılı olaraq restrukturizasiya xəbərdaredici və bərpaedici ola bilər.
Xəbərdaredici restrukturizasiya xoşagəlməz hadisəyə dair məlu- mat vermək, bərpaedici restrukturizasiya isə belə hadisənnin nə- ticələrini aradan qaldırmaq məqsədi daşıyır. Xəbəredici restrukturi- zasiya müəssisənin həyat tsiklinin bir hissəsi olub, onun qocalma- sının qarşısının almağa yönəldilmişdir. Bərpaedici restrukturizasi- yaya gəldikdə isə, müəssisənin qeyri-kafi maliyyə vəziyyətinin yaxşılaşdırmağa xidmət edir (misal üçün, sağlamlaşdırmada).
Səviyyəsindən asılı olaraq makro və mikro restrukturi- zasiyanı fərqləndirirlər.
Makro restrukturizasiya vahid məqsəd kimi milli təsərrüfatın strukturunun yenidən qurulması ilə bağlıdır və uzunmüddətli iqtisadi məqsədlərə çatmağa istiqamətlənir. Onun üçün dövlətin aparıcı rolu; iqtisadi inkişafın konkret proqramına struktur dəyi- şikliklərinin tabeçiliyi; restrukturizasiya proseslərinin idarə edilməsi üçün iqtisadi-maliyyə sistemlərinin mexanizmlərindən istifadə xarakterikdir. Mikro restrukturizasiya ayrı-ayrı müəs- sisələrə aid edilir və onların fəaliyyətlərinin bütün sahələrində innovasiyalaşdırmanın yüksəldilməsinə yönəldilmişdir.
Milli iqtisadiyyat səviyyəsində həyata keçirilən makro res- trukturizasiya mikro restrukturizasiyanın müəssisənin təsərrüfat mexanizmini əhatə edən hissəsilə əlaqəlidir. Müəssisəyə milli təsərrüfatın altsistemi kimi baxdıqda onda iki səviyyəni ayırmaq olar. Makrosəviyyə – müəssisənin ətraf mühitlə qarşılıqlı əlaqə- sidir (tədarükçülər, alıcılar, banklar, dövlət, digər müəssisələr). Restrukturizasiyanın vəzifəsi müəssisənin bu subyektlərlə əlaqə- sinin optimal parametrlərinin təyin edilməsindən ibarətdir. Mik- rosəviyyə müəssisədaxili istehsalat əlaqələrini əhatə edir. Bu səviyyələrin qarşılıqlı əlaqəsi restrukturizasiyanın strategiyasını müəyyənləşdirir. Buna görə də müəssisədə həyata keçirilən trans- formasiyaları (makrorestruktrizasiyanı) milli təsərrüfatın makro restrukturizasiyası ilə qarışıq salmaq olmaz. Baxmayaraq ki, kənardan bu iki kateqoriya eyni görünə bilər.
Subyekt nöqteyi-nəzərindən könüllü və məcburi restruktu- rizasiyanı ayırmaq olar.
Könüllü restrukturizasiyaya planlı innovasiya tədbiri kimi müəssisənin rəhbəri təşəbbüs göstərir. O, müəssisənin strategiya- sının bir hissəsi olub müəssisənin mövcud potensialı əsasında həyata keçirilir. Daxili restrukturizasiyaya misal kimi məhsul portfelinin diversifikasiyasını göstərmək olar. Məcburi restruktu- rizasiya müflisləşmənin və ləğv edilmənin alternativləri kimi mü- əssisənin sanasiya prosesində başqa orqanların qərarı ilə, misal üçün iqtisad məhkəməsi, kreditorlar komitəsi, yuxarı təşkilatlar tərəfindən həyata keçirilir.
Məcburi restrukturizasiyaya: özəlləşdirmə və milliləşdirməni aid edirlər.
Restrukturizasiya tədbirlərinin məzmununa görə texniki, təş- kilati, iqtisadi, sosial, informasiya və hüquqi növlərini ayırırlar.
Göstərilən növlər innovasiyaların təsnifatına əsaslanır. Texni- ki restrukturizasiya istehsalın maddi-əşya elementlərinin dəyişil- məsinə yönəldilmiş material, avadanlıq, məhsulun hazırlanma üsulu və s. üzrə tədbirlər kompleksini özündə əks etdirir. Təş- kilati restrukturizasiya istehsalın təşkilinin dəyişilməsinə, iqtisadi restrukturizasiya təsərrüfatçılıq metodlarının dəyişilməsinə, sosial restrukturizasiya informasiyanın toplanması, ötürülməsi və işlən- məsi texnologiyasının dəyişilməsinə istiqamətlənir. Hüquqi re- strukturizasiya insanlar və təsərrüfat subyektləri arasında hüquqi münasibətlərin dəyişilməsi məqsədi daşıyır.
Yerinə yetirilmə müddətindən asılı olaraq uzunmüddətli və qısamüddətli restrukturizasiyanı ayırırlar.
Qısamüddətli restrukturizasiya qısa müddətli perspektivdə (iki ilə qədər) həyata keçirilir, eləcə də maliyyənin, idarəetmənin, müəssisənin aktivlərinin və istehsal strukturunun yenidən təşki- linə istiqamətlənən tədbirləri özündə birləşdirir. Uzunmüddətli restruktrizasiya iki ildən artıq dövrü əhatə edir və fəaliyyətin stra- teji aspektlərinə toxunur: yeni texnologiyalar və məhsullar, bazar- lar və investisiyalar. O, həmçinin ciddi kapital qoyuluşu və peşə- kar heyət tələb edir.
Təcrübədə restruktrizasiyanın qeyd edilən növləri bir-birilə sıx bağlı olur. Misal üçün təşkilati restruktrizasiya hüquqi restruktrizasiyanı doğura bilər. Öz növbəsində hüquqi restruktri- zasiya iqtisadi və sosial növləri şərtləndirə bilir. Buna görə də müəssisənin hər hansı bir sahəsində baş verən dəyişiklik digər sahələrdə də dəyişikliyə səbəb ola bilər. Buna görə də restruktri- zasiya əvvəlcədən işlənmiş proqram əsasında həyata keçirilməli- dir. Restruktrizasiyanın işlənməsi üsulları, strukturu və məzmunu hər bir müəssisə üçün fərqli olur. Lakin, restruktrizasiyanın ümumi cəhəti ondan ibarətdir ki, o, müəssisədə nəyi dəyişməyi və necə dəyişməli iki əsas suala cavab verir.
Mütəxəssislər hesab edirlər ki, MDB məkanında müəssisə- lərin restrukturizasiyasını iki mərhələdə həyata keçirmək məq- sədəuyğundur:
Dostları ilə paylaş: |