Şəkil7.1. Firmaların (müəssisələrin) təsnifatı
Bütün bunların kontekstində hər bir idarəetmə strukturu fir- manın «dəyərlər zənciri» üzrə əməli fəaliyyət növlərində «uğurun əsas amilləri» əsasında qurulur. Strateji menecmentə həsr edilmiş çoxsaylı ədəbiyyatlarda təşkilati strukturu formalaşdırılan stra- tegiyaya uyğunlaşdırmaq üçün aşağıdakılara üstünlük verilməsi məqsədəuyğun hesab edilir:
firmanın əsas fəaliyyət növləri arasında və «dəyərlər zən-ciri»ndə strategiyanın reallaşdırılması üçün ən mühüm olanhəlqənin müəyyən edilməsi və onun strukturun əsas elemen-tinəçevrilməsi;
əgər strateji əhəmiyyətli fəaliyyəti bütünlüklə bir menecerinrəhbərliyinə vermək mümkün olmursa, onda bu fəaliyyətinhissələrinihəyatakeçirəcəkbölmələrarasındaəlaqələrqurulmalı və onlarınfəaliyyətikoordinasiyaedilməlidir;
hər bir struktur vahidinə rəhbərlik etmək üçün səlahiyyətlərmərkəzləşdirmə və qeyri-mərkəzləşdirmənin optimal mütə-nasibliyinitəminetməklə müəyyən olunmalıdır;
köməkçivəyardımçıfəaliyyətinkənardavəyafirmanınözündəhəyatakeçirilməsininsəmərəliliyininmüqayisəsiəsasında onların struktura daxiledilməsi.
Hər bir firmada «dəyərlər zənciri» üzrə fəaliyyətlərdən bir neçəsi strategiyanın reallaşdırılması üçün müxtəlif səviyyədə əhəmiyyət kəsb edir. Strateji perspektiv baxımından bir sıra fəaliyyət növləri cari inzibati-təsərrüfat işlərinin aparılması ilə bağlı olur (ştat cədvəlinin tərtibi, nağd pul vəsaitlərinin hərəkətin idarə edilməsi, müəssisələrin təhlükəsizliyinin təmin edilməsi, səhmdarlarla münasibətlərin idarə edilməsi və s.).
Bazar münasibətlərinin kəskin tələbləri konteksində rəqabət üstünlüyünü əldə etmək üçün «dəyərlər zənciri»ndə əhəmiyyətli rol oynayan fəaliyyət növləri müxtəlif sahələrdə bir-birindən fərqlənir. Firmanın strategiyasının reallaşdırılması üzrə hansı fə- aliyyət növünün daha əhəmiyyətli olmasını müəyyən etmək üçün aşağıdakı iki sualın cavablandırılması vacibdir:
güclü rəqabət üstünlüyünə nail olmaq üçün hansı funksi- yaları daha yaxşı və vaxtında icra etmək lazımdır?
hansı fəaliyyət növünün yerinə yetirilməsi yaxşı olmadıqda şirkətin strateji mövqeyinə və uğur qazanmasına ciddi təhlükə yaranır.
Strateji uyğunlaşdırmada firma üçbucağın bütün elementləri- nin birgə təsirinə hədəflənməlidir. Burada strategiya-struktur- korporativ mədəniyyət üçbucaqda öz əksini tapmalı və firmanın missiyasına uyğun olmalıdır (şəkil 7.2).