Şəkil 6.3. Marketinqin təşkili prosesinin əsas mərhələləri
Həmin mərhələlərin məzmununu aşağıdakı kimi şərh etmək olar:
Məsələnin qoyuluşu. Bu mərhələdə marketinq probleminin mahiyyəti, məzmunu aşkar edilir, onun hansı fəaliyyət sahəsinə aid olduğu müəyyənləşdirilərək qısa xülasəsi verilir və problemin qoyuluşu həyata keçirilir. Problemin düzgün qoyuluşu marketin- qin ətraf mühitini xarakterizə edən informasiyanın dəqiqliyindən, obyektivliyindən, etibarlılığından və həcmindən, həmçinin top- lanmış informasiyanın təhlili və izahedilmə səviyyəsindən asılı- dır.
İnformasiyanın toplanması və təhlili. Bu mərhələdə, proble- min həlli üçün zəruri olan informasiyanın dairəsi, siyahısı, bu informasiyanın hansı dövrləri əhatə edəcəyi, toplanması və təhlili üsulları, metodları və qaydası, kimlər tərəfindən toplanacağı mü- əyyənləşdirilir və toplanır, həmçinin problemin mahiyyətini izah edən tövsiyələr hazırlanır.
Məqsədin müəyyənləşdirilməsi. Məqsədin müəyyənləşdiril- məsi mərhələsində həll ediləcək məsələnin qoyuluşu dəqiqləşdi- rilir, əsas və lokal məqsədlər, spesifik vəzifələr bir-birindən ayrı- lır, onların iyerarxiyası müəyyənləşdirilir.
Marketinq strategiyasının hazırlanması. Bu mərhələ mar- ketinq probleminin həllinin ən vacib mərhələsidir. Bu mərhələdə qarşıya qoyulmuş məqsədə (məqsədlərə) nail olunması üçün mar- ketinq strategiyası və kompleksi hazırlanır, hansı marketinq vasi- tələrindən istifadə ediləcəyi müəyyən edilir, marketinqin planlaş- dırılması həyata keçirilir və marketinq proqramları tərtib edilir.
Marketinq strategiyasının həyata keçirilməsi. Strategiyanın realizasiyası prosesində tərtib edilmiş marketinq planlarının və proqramlarının həyata keçirilməsi üçün zəruri olan tədbirlər, onların icraçıları, həyata keçiriləcəyi vaxt (müddət) müəyyənləş- dirilərək nəzərdə tutulan tədbirlər həyata keçirilir.
Marketinq fəaliyyətinə nəzarət və onun qiymətləndirilməsi. Bu mərhələdə hazırlanmış strategiyanın və marketinq planlarının yerinə yetirilməsinə nəzarət metodları və qaydası seçilir, onlara nəzarət edilir, faktiki göstəricilərlə plan göstəriciləri müqayisə edilir, kənarlaşmaların səbəbləri aşkar edilərək həyata keçirilmiş tədbirlərin effektivliyi və marketinq probleminin həll edilmə sə- viyyəsi qiymətləndirilir. Bunların əsasında isə məsələnin qoyulu- şuna və qarşıya qoyulan məqsədlərə yenidən baxılır. Beləliklə, proses yenidən başlanır və təkrar edilir.
Təcrübədə, marketinqə firmanın resurslarının bazarın tələba- tına uyğunlaşdırılması prosesi kimi də baxılır. Deməli, marketinq prsosesini tələbatı ödəyən və müəssisəyə mənfəət gətirən məhsul- ların istehsalı və satışının bütün mərhələlərinin qarşılıqlı əlaqəsi kimi xarakterizə etmək olar.
Strateji marketinqin formalaşması prosesində bir sıra əməliy- yatlar həyata keçirilir. Onlara: analitik informasiya, plan üzrə əməliyyat, təşkilati-bölüşdürücü və nəzarət-uçot əməliyyatları da- xildir. Lakin həmin əməliyyatlar müvafiq texnologiyalar əsasında idarəetmə obyektləri üzrə həyata keçirilir (şəkil 6.4).
Şəkil 6.4. Strateji marketinq prosesinin məzmunu və texnologiyası
Strateji marketinq prosesinin əməliyyatları içində planlaşdır- ma texnologiyası mühüm rol oynayır. Onun işlənilməsi ardıcıllığı
saylı şəkildə əks etdirilmişdir.
Dostları ilə paylaş: |