Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə96/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Şəkil 7.9. Konsernin növləri, daxili və inteqrasiya əlaqələri Keçən əsrin 60-cı illərində iqtisadi cəhətdən inkişaf etmiş
ölkələrdə, xüsusilə ABŞ-da böyük sürətlə konqlomeratlar meyda- na gəlmişdir. Onlar bir-birilə əlaqəsi olmayan müəssisələrin bö- yük şirkətlər tərəfindən udulması yolu ilə yaradılmışdır. Konqlo- meratlar sahə xüsusiyyətinə malik olmamaqla yanaşı onlarda

birbaşa inzibati əlaqə sistemi də yoxdur. Bu biznes-qrupunda istehsal və maliyyə əlaqələri zəif olsa da maliyyə özəyinə malik olub, holdinq kompaniyası tərəfindən idarə edilirlər. Lakin yara- dılması motivləri strateji baxımdan önəmlidir. Belə ki, məhz konqlomerat biznes-qrupunda maksimum diversifikasiya hesabı- na dayanıqlıq yüksək, gəlirin artma imkanı geniş, resurslar asanlıqla əlçatan olmaqla yanaşı rəhbərliyin və kompaniyanın imici də yüksək olur (şəkil 7.10).
Şəkil 7.10. Konqlomeratın təyinatı, xüsusiyyətləri və yaradılması motivləri

Strateji təyinatlı biznes-qrupların ən geniş yayılmış forma- larından biri konsorsiumdur. Bu forma bir qayda olaraq irimiq- yaslı layihələrin həyata keçirilməsi üçün yaradılır. O, maliyyə, ti- carət, texniki və ya başqa səbəblər üzündən bir neçə iştirakçının


birləşməsini tələb edir. Konsorsium iştirakçıları həm şəxsi, həm də dövlət təşkilatları eləcə də dövlətlər ola bilər. Konsorsium işti- rakçıları tam müstəqillik saxlayır və birgə seçilmiş rəhbərliyə tabe olurlar. Hazırda Azərbaycanda neft müqavilələri üzrə neftin hasili və nəqli ilə əlaqədar Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Şimali Abşeron Əməliyyat Şirkəti yaradılmışdır. Bu konsorsiumların yaradılmasında xarici ölkələrin neft maqnatları da iştirak edir. Başqa sözlə, konsorsium iri məqsədli investisiya layihələri üzrə müvəqqəti birləşən, sərbəst hüquqi statusa malik təsərrüfat subyektlərinin, firmaların, bankların, sığorta və audit təşkilatlarının, həmçinin digər maraqlı tərəflərin birliyidir. Onun müxtəlif növləri mövcuddur və təcrübədə lider və yaxud iştirakçı firmaların direktorlar şurası tərəfindən idarə edilir (şəkil 7.11).
Strateji təyinatlı biznes-qruplar içərisində pul idarəetmə for- ması da geniş yayılmışdır. O, kompaniyaların məqsədli birliyi olub, əldə edilən gəlirləri bir mərkəzdə cəmləşdirərək, əvvəlcədən şərtləşdirən kvotaya uyğun bölüşdürülməsini təmin edir. Təcrübə- də onun birja, kontrakt, patent və ticarət xarakterli (təyinatlı) növlərindən istifadə edilir (şəkil 7.12).
Françayzinq – biznesin təşkili və idarə edilməsi texnologiya- larından istifadə edilməsi hüququnun satılması xüsusiyyətlərini və ticarət markasından istifadə etməklə lisenziya sazişləri əsasında təşkil olunur və inkişaf edir.
Beynəlxalq ticarətdə françayzinqin aşağıdakı növlərini fərq- ləndirirlər:

  • əməliyyatların obyekti üzrə – şirkətin malının və ticarət markasının françayzinqi, habelə biznes-françayzinq;

  • əməliyyatların istiqaməti üzrə – ixrac və idxal françayzinqi.




Şəkil 7.11. Konsorsiumun təyinatı, növləri və idarə edilməsi




Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin