Şəkil 7.12. Pul idarəetmə formasının məqsədi və növlərinin təsnifatı
Milli françayzinqdən fərqli olaraq ixrac françayzinqi əmtəə nişanından və menecment texnologiyalarından istifadə edilməsi üzrə hüquqların milli şirkətə deyil, xarici şirkətə verilməsini nə- zərdə tutur.
Birinci tipə şirkətin malının və ticarət markasının françay- zinqini həyata keçirən Coca-Cola şirkətini aid etmək olar. O, bey- nəlxalq fəaliyyəti alkoqolsuz işçilərin xarici istehsalçılarına fran- şiz satılması vasitəsilə həyata keçirir, onlara şirkətin ticarət mar- kasından və firma adından istifadə hüququ verməklə xüsusi sirop göndərir.
İkinci tip biznes – françayzinq – franşiz paketinə şirkətin məhsulundan və firma adından əlavə iş, idarəçiliyin təşkili və keyfiyyətə nəzarət metodlarını da daxil edir. Bu tipli françayzinq əsas etibarı ilə xidmət sahəsində (restoranlarda, mehmanxana şəbəkələrində və pərakəndə ticarətdə) tətbiq olunur. Məsələn, Mc.Donalds «təcili mətbəx», Kentucki Fried Chiken restoranlar və Dunkin Donuts ponçikxanalar beynəlxalq şəbəkələri, Marriot mehmanxanalar şəbəkələri, Seven-Elven mağazalar şəbəkələri və
b.k. françayzinq sazişləri əsasında qurulmuşdur. Yalnız Kentucki Fried Chiken şirkətinin franşiz şərtlərilə dünyanın 56 ölkəsində 2700 filialı vardır, bütövlükdə Amerika şirkətləri isə XX əsrin 80- ci illərinin ortalarında həmin şərtlərlə təxminən 32 min xarici filiala malik idilər.
Françayzinq malların və xidmətlərin standartlaşdırılmasına şərait yaradır, biznes miqyasında qənaət verir, eyni zamanda yerli bazarlarda istehlakçıların tələblərinə qismən uyğunlaşmaq imkanını saxlayır.
Françayzinq idarəetmə sistemi çərçivəsində aşağıdakı əlavə faydalar qazanmaq mümkündür. Onlara:
satışbazarınınsürətlə genişləndirilməsi;
heyətüzrə azməsrəflər;
xüsusikapitalqoyuluşununsəviyyəsininaşağıolması;
sürətləndirilmiş templərlə regional və vilayət miqyaslı sis-temlərinişlənib hazırlanması;
firmanınticarətmarkasınınmüştərilərtərəfindənqəbuledilməsinin genişləndirilməsi, keyfiyyətə və həmin müəs-sisəninvahid çeşidliməhsulunainamın artması.
Beynəlxalq təcrübədə biznes qrupların geniş yayılmış formalarından biri strateji alyansdır. Onlar yeni satış bazarlarını qazanmaq, məhsulları və xidmətləri irəlilətmək məqsədilə dəqiq razılaşdırılmış fəaliyyət dairələri çərçivəsində əməkdaşlıq haqqın- da saziş bağlayırlar.
Strateji alyansların müasir xarakteri çoxsaylı tərəfdaşlarının olması ilə, rəqiblərlə əməkdaşlıqla və əksəriyyət halda mövcudlu- ğunun nisbətən qısa müddətləri ilə müəyyən edilir. Alyanslar, bir
qayda olaraq, o hallarda nəticəli və uzunmüddətli olur ki, yalnız iştirakçıların əsas və maliyyə fondları deyil, onların biznes bilik- ləri və idarəçilik bacarıqları da birləşdirilir. Alyansların uğuru onların iştirakçılarının etimad dərəcəsindən, mədəniyyətinin key- fiyyətindən və qarşılıqlı anlaşmalarından daha çox asılıdır.
Beynəlxalq biznesdə strateji alyansların müvəffəqiyyətinin mühüm amilləri :
İntensiv qlobal rəqabət beynəlxalq strateji alyansların əsas hərəkətverici qüvvəsidir. Mövcud resurslardan səmərəli istifadə imkanı beynəlxalq strateji alyansların və sahibkarlıq fəaliyyətinin əsasını təşkil edir. Beynəlxalq strateji alyansların aşağıdakı formalarını ayırmaq olar:
üfüqialyanslar;
şaqulialyanslar;
müştərilər və ya distribütorlar üçün olan alyanslar (payla-maüçün alyanslar);
qohumdiversifikasiyalıalyanslar;
perspektivdiversifikasiyalıalyanslar.
Strateji alyanslar çox zaman elmi-texniki sahə ilə əlaqədar olur və əsas etibarilə inkişaf etmiş ölkələrin şirkətlərini əhatə edir. Elmi-texniki işlər sahəsində strateji alyanslar aşağıdakı xüsusiy- yətlərlə fərqlənir: