Şəkil 7.5. Biznes-inteqrasiya prosesinin formaları, məqsədi, əlaqələri və alətləri
Şəkil 7.6. Kartelin təyinatı, növləri və xüsusiyyətləri
Şəkil 7.7. Sindikatın məqsədi və xüsusiyyətləri
Beynəlxalq təcrübədə bu gün də geniş vüsət alan biznes-qrup- lardan biri də trestdir. O, sindikata nisbətən yüksək inhisar for- masıdır. Burada istehsal vasitələri üzərində bura daxil olan sahib- karlar qrupunun birgə mülkiyyəti yaradılır. Trestdə müəssisənin sahibləri istehsal vasitələri, texnologiya, patentlər və s. üzərində öz mülkiyyətini birliyə verir. Müəssisə sahibləri qoyduğu kapita- lın miqdarına görə trestin səhmlərini alır və bununla da trestin idarə edilməsi və onun mənfəətindən pay götürmək hüququnu əl- də etmiş olur.
Sindikatdan fərqli olaraq trestdə yekcins məhsullar buraxan müəssisələrin birləşdirilməsi məcburi deyildir. Onun xarakterik xüsusiyyətləri şəkil 7.8-də əks olunmuşdur.
Şəkil 7.8. Trest və onun xarakterik xüsusiyyətləri
Biznes qruplar içərisində konsern özünəməxsus xüsusiyyətlə- rinə, növlərinə, daxili və inteqrasiya əlaqələrinə görə fərqlənirlər. Konsern – formal olaraq müstəqil, üzərlərində maliyyə nəzarəti qoymaqla bir sıra müəssisələri birləşdirən inhisardır. Burada nəzarət baş firmaya məxsusdur. Konsern adətən müxtəlif sənaye sahələrinin müəssisələrini, ticarət firmalarını, bankları, nəqliyyat
və maliyyə kompaniyalarını birləşdirir. Müasir dövrdə trestlərin konsernə çevrilməsi geniş yayılmışdır. Onun daxili əlaqələri maliyyə, texnoloji, birbaşa və dolayı inzibatçılıq yolu ilə həyata keçirilir. İnteqrasiya əlaqələri üfüqi (bir sahəni və ya istehsal əhatəetmə forması üzrə) və şaquli (texnoloji zəncir əlaqəsi olan müxtəlif sahələrin və yaxud firmaların birliyi) formada həyata keçirilir. Konsern ana və qız cəmiyyəti formasında, eləcə də koordinasiyaedici qaydada kapitalda iştirak edir (şəkil 7.9).
Dostları ilə paylaş: |