Azərbaycanda həyata keçirilən dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texno- logiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndiril- məsini nəzərdə tutur.
Sənaye siyasəti dedikdə, ölkədə iqtisadi artım bazasının yara- dılması, inkişafı və keyfiyyətcə yeniləşdirilməsi, ölkə iqtisadiyya- tının dünya təsərrüfatına səmərəli inteqrasiya olunan rəqabət qabiliyyətli strukturunun formalaşdırılması məqsədilə ölkənin re- surs potensialının iqtisadiyyatın sahələrarası və sahələrdaxili böl- güsünə və yenidən bölgüsünə istiqamətlənmiş məqsədəuyğun və kompleks tədbirlər sistemi başa düşülür.
Sənaye siyasətinin işlənməsi üçün əvvəlcə ölkə iqtisadiyyatı- nın və onun aparıcı sahələrinin mövcud vəziyyəti araşdırılmalı, onun inkişaf potensialı qiymətləndirilməli, ayrı-ayrı sahələrin yerli, regional və qlobal beynəlxalq bazarlarda rəqabət üstünlük- ləri müəyyənləşdirilməli, habelə xarici ölkələrin müvafiq təcrü- bəsi dərindən öyrənilməli və qiymətləndirilməlidir. Bunların əsa- sında siyasətin prinsipləri, məqsəd və vəzifələri, inkişaf istiqa- mətləri və prioritetləri dəqiqləşdirilir. Sonra işlənilmiş siyasətin reallaşdırılması üçün müvafiq inkişaf proqramı hazırlanır, habelə proqramın yerinə yetirilməsi üçün zəruri olan resursların həcmi, mənbələri, əldə edilməsi üsulları və digər məsələlər aydınlaşdırılır.
Dünyada yaradılan əlavə dəyərdə xidmət sektorunun payının sürətli artımına baxmayaraq, sənaye iqtisadiyyatın bütün sahələri- nin inkişafı üçün əsas stimullaşdırıcı amil olaraq qalır. Dünya enerji istehlakında 40 faiz paya malik olan sənaye sektorunun inkişafı bir tərəfdən iqtisadiyyatın resurs sahələrinin, digər tərəf- dən isə sənayeyönümlü xidmətlərin inkişafını şərtləndirir. Bun- dan əlavə, sənaye iş yerlərinin yaradılması üçün vacib mənbədir.
Bütünlükdə, sənayenin artım templəri və inkişaf mərhələləri ölkələrin gəlir səviyyəsinə uyğun olaraq dəyişir. Ölkələr inkişaf etdikcə aşağı texnologiyalı və əməktutumlu yeyinti, yüngül və mebel sənayesi sahələri aparıcı mövqeyini orta texnologiyalı kim-
ya, metallurgiya, gəmiqayırma, maşın və avadanlıq istehsalı sahə- lərinə verir. Sənayeləşmənin ən son mərhələsində elektronika, kompyuter istehsalı, əczaçılıq və kosmik sənaye kimi yüksək tex- nologiyalı sahələr lokomotiv olaraq çıxış edir və qlobal miqyasda sənayenin inkişafında əhəmiyyətli rol oynayır.
Sənayenin inkişafı da bir sıra qlobal çağırışlarla müşayiət olunur. Bu çağırışlar məhsullardan istifadə tsiklinin sürətlənməsi və intensivləşməsi, araşdırma və inkişafda təmərküzləşmə, isteh- lakçı tələbinin coğrafi strukturunun dəyişməsi və istehsal zəncir- lərinin mürəkkəbləşməsi kimi amillərdən ibarətdir.
Qloballaşan dünyada baş verən əsaslı dəyişikliklər bir çox ölkələrin, hökumətlərini iqtisadi tənzimləmə fəaliyyətini artır- mağa sövq etmişdir. Dünya təcrübəsində sənayenin inkişafı aşağı- dakı dörd əsas istiqamət üzrə təşviq edilir. Bu istiqamətlərə dövlətlərin tarif, fiskal imtiyazlar və ya subsidiyalar vasitəsilə tənzimləyici qismində; kredit bazarına təsir göstərərək dövlət və özəl resursları sənaye layihələrinə yönəldən maliyyə tənzimlə- yicisi qismində; iqtisadi aktivlikdə birbaşa iştirak edən istehsalçı qismində; hökumət satınalmaları vasitəsilə strateji sənaye sahə- lərinə bazarı təmin edən istehlakçı qismində fəaliyyətləri daxildir. Həmin istiqamətlər içərisində dövlətlər tərəfindən sənaye müəssi- sələrinin fəaliyyətinin dəstəklənməsi dünya təcrübəsində daha ge- niş yayılmışdır. Onun əsas məqsədi sənaye müəssisələrinin rəqa- bət qabiliyyətini artırmaq və onların beynəlxalq bazarlara çıxışını asanlaşdıracaq potensiala qovuşmalarını təmin etməkdən ibarət- dir. Dünya təcrübəsində sənaye tədbirləri – investisiyaların təşviqi və iş mühitinin yaxşılaşdırılması, beynəlxalq ticarət və ix- racın təşviqi, bacarıqların artırılması və insan resurslarının inkişa- fı, innovasiya infrastrukturunun yaradılması, qeyri-neft sektoru- nun inkişafına xüsusi yanaşma, mütərəqqi menecment formaları- nın tətbiqinə üstünlük verilməsi kimi mühüm məsələlərin təşviqi- ni əhatə edir.
Bir çox ölkələrdə həyata keçirilən innovasiyaların təşviqi üzrə siyasətləri ölkələrin inkişaf səviyyəsi və tədqiqat potensialına uy- ğun olaraq 4 qrupa bölmək mümkündür: texnologiyaların trans-
feri; daxili texnoloji potensialın artırılması; kiçik və orta müəssi- sələrin innovasiya yönümlülüyünün gücləndirilməsi; yüksək və orta texnologiya üzrə yeni şirkətlərin («start-up»lar) inkişafı.
Ümumiyyətlə, sənaye siyasəti hazırlanarkən aşağıdakı prin- siplərə riayət edilməsi məqsədəuyğun hesab edilir (şəkil 8.1).