Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə111/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Şəkil 8.6. Emal sənayesi müəssisələrinin restrukturizasiyasının vacibliyini müəyyən edən iqtisadi və təşkilati-texniki amillərin xarakteristikası
Qeyd edilən faktlar onu göstərir ki, ölkənin emal müəssisə- lərinin perspektiv inkişafı biznes fəaliyyətinin dayanıqlı stra- tegiyasına əsaslanmalıdır. Bu zaman, balanslaşan biznes sistemi- nin yaradılması, diversifikasiya və rəqabət strategiyasının işlənil- məsi və həyata keçirilməsi, eləcə də sahədə mövcud idarəetmə sisteminin əsaslı şəkildə təkmilləşdirilməsi təmin edilməlidir.
Perspektiv inkişafa nail olmaq üçün sinerji təşkiletmə dəyər- lərin zəncirvari idarə edilməsi, lokal və qlobal layihələrin işlənil- məsi və həyata keçirilməsi, korporativ verçur strategiyasının for- malaşması və icrası, elmi tədqiqatların nəticələrinin fasiləsiz is- tehsalata tətbiqi, müştərək fəaliyyətin genişləndirilməsinə üstün- lük verilməlidir.
Bu sahədə uğur qazanmaq üçün Azərbaycanın emal sənayesi müəssisələrində rəqabət qabiliyyətinin yüksəldilməsi, müəssisə- lərin restrukturizasiyası, onların mövcud idarəetmə sisteminin əsaslı şəkildə təkmilləşdirilməsi və inteqrasiya prosesinin dərin- ləşdirilməsi istiqamətində kompleks təşkilati-iqtisadi, texniki-tex- noloji xarakterli tədbirlər həyata keçirilməlidir. Həmin tədbirlər qeyd edilən istiqamətlər üzrə aşağdıakı kimi təsnifləşdirilmişdir.

  1. Rəqabət qabiliyyətinin yüksəldilməsi:

  • mövcud avadanlıqların modernləşdirilməsi və yenilərinin işlənilməsi;

  • yüksək keyfiyyətli məhsullar üzrə qiymət rəqabətinin aparılması;

  • nou-hau üzrə xarici analoqlardan istifadə olunması;

  • müəssisələrdə innovasiya və keyfiyyət menecmentinin geniş tətbiq edilməsi;

  • iri tədarükçülər və istehlakçılar arasında sıx əlaqələrin ya- radılması;

  • logistika sisteminin təkmilləşdirilməsi.

  1. Müəssisələrin restrukturizasiyası:

  • istehsalın idarə edilməsinin təşkilinin təkmilləşdirilməsi;

  • əmlakın restrukturizasiyası və funksional dəyişikliyin təmin edilməsi;

  • istehsalın təyinatının tədricən dəyişdirilməsi;

  • real sifarişlər portfelinin formalaşdırılması;

  • maliyyə restrukturizasiyası;

  • yeni avadanlıqlara və əmək resurslarına daha çox inves- tisiya yönəldilməsi;

  • mülkiyyət formasının restrukturizasiyası.

  1. İdarəetmə sisteminin təkmilləşdirilməsi və inteqrasiyasının dərinləşdirilməsi:

  • emal sənayesinin ayrı-ayrı sahələri üzrə holdinq kompa- niyalarının və maliyyə-sənaye qruplarının yaradılması;

  • maşın, mexanizm və elektrik avadanlıqlarının sertifikat- laşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması;

  • səhmdar cəmiyyətinə çevrilən emal müəssisələrinin baza- sında müştərək müəssisələrin yaradılması;

  • mövcud maşınqayırma müəssisələrində qeyri-neft sektoru üçün avadanlıqların hazırlanması;

  • holdinq və müştərək müəssisələrin vasitəsilə beynəlxalq bazara çıxışın təmin edilməsi.




Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin