Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə110/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Şəkil 8.4. Biznes-proseslərin reinjinirinqinin prinsipial sxemi



Şəkil 8.5. Reinjinirinqin təşkilinin əsas mərhələləri

İlkin mərhələdə firmanın arzu olunan obrazı formalaşdırılır. Belə ki, həmin obraz firmanın strategiyasının, əsas istiqamətləri- nin və onlara nail olma üsullarının hazırlanması çərçivəsində hə- yata keçirilir. İstehlakçıya orientasiya (yəni istehlakçı amilinin əsas götürülməsi) strateji hədəflər içərisində əsas yeri tutur. Reinjinirinq hədəflərinin düzgün seçilməsi biznes üçün həyati əhəmiyyət kəsb edən və əhəmiyyətli dərəcədə təkmilləşdirilə və ya yaxşılaşdırıla bilən istiqamətlərin tapılması deməkdir.


Növbəti mərhələdə firmanın real biznes-modeli yaradılır ki, onların köməyilə kompaniya mövcud məqsədlərini həyata keçirir və səmərəliliyini qiymətləndirir. Mövcud biznesin modelinin ya- radılması üçün təşkilati mühitin təhlilinin nəticələrindən, kontro- linqin göstəricilərindən istifadə edilir və köklü dəyişikliyə ehti- yacı olan proseslər konkretləşdirilir.
Üçüncü mərhələdə biznes fəaliyyətin yenidən layihələndiril- məsi prosesi həyata keçirilir və bu zaman aşağıdakılara xüsusi diqqət yetirilir:

  • seçilmiş təsərrüfat əməliyyatları yenidən layihələndirilir. Daha effektiv iş proseduraları (biznes-prosesləri təşkil edən tapşı-

rıqlar) yaradılır. Onların tətbiqinin texnologiya (həmçinin infor- masiya texnologiyaları) və üsulları müəyyənləşdirilir;

  • heyətin yeni funksiyaları formalaşdırılır. Vəzifə təlimatları yenidən işlənib hazırlanır, motivasiyanın optimal sistemi müəy- yənləşdirilir, işçi komandaları təşkil edilir, mütəxəssislərin hazır- lanması və yenidən hazırlanması proqramları hazırlanır;

  • reinjinirinqin həyata keçirilməsi üçün lazım olan informa- siya sistemləri yaradılır, avadanlıqlar və proqram təminatı müəy- yən olunur, biznesin xüsusiləşmiş informasiya sistemi formalaş- dırılır;

  • yeni modelin yoxlanılması onun əvvəlcədən məhdudlaşdı- rılmış miqyasda tətbiqi ilə həyata keçirilir.

Sonuncu mərhələdə seçilmiş modelin bütün ünsürləri təcrübə- də tətbiq edilir.
Reinjinirinqdə bir-birindən fərqli iki fəaliyyət istiqamətini fərqləndirirlər:

  • böhranlı reinjinirinq – təşkilatın əlahiddə mürəkkəb prob- lemlərinin həllində tətbiq olunur. Yəni bu, o zaman istifadə edilir ki, işlər həddindən artıq arzuolunmaz məcradadır və aşkarlanan problemlərin həlli üçün kompleks tədbirlər lazımdır;

  • inkişafın reinjinirinqi. Bu, o zaman tətbiq edilir ki, ümumi- likdə firmanın işləri qənaətbəxşdir, lakin, inkişafın dinamikası pisləşib və rəqiblər daha irəli gediblər.

Texnologiyadakı daimi dəyişikliklər bazarda rəqabət qabiliy- yətini saxlamağa çalışan kompaniyaları öz strategiyalarını yeni- dən qurmağa məcbur edir. Ona görə də, reinjinirinq bir çox kom- paniyaların gündəlik fəaliyyətinin vacib elementinə çevrilmişdir. Bu gün, mütəxəssislər menecmentin bütün alətləri içərisindən məhz reinjinirinqi daha effektiv hesab edirlər. M.Xammerə görə reinjinirinq biznesin təşkilini mühəndis fəaliyyətinə çevirən bir inqilabdır. Bu yanaşmanı prinsipial hesab etmək lazımdır. O, çox vaxt imitasiya modelləşdirilməsi kimi verilmiş və külli miqdarda birbaşa və dolayı əlaqələrə malik mürəkkəb sistemlərin qiymət- ləndirilməsi ilə bağlı məsələlərdə istifadə edilmişdir.
Reinjinirinq fəaliyyətinin reallığa çevrilməsi müəssisələrdə restrukturizasiya prosesini sürətləndirir.
Azərbaycanın bir çox emal sənayesi müəssisələrində restruk- turizasiyanın aparılmasının zəruriliyi aşağıdakı bir sıra təşkilati- iqtisadi və texniki-texnoloji amillərin təsiri altında şərtləşmişdir.
Təşkilati-iqtisadi amillərə aşağıdakıları aid etmək olar:

  • innovasiyanın ləng tətbiq edilməsi;

  • mütərəqqi idarəetmə formalarından tam istifadə edilməməsi;

  • mövcud idarəetmə strukturunun qeyri-təkmil olması;

  • sahədə innovasiya sisteminin funksional ierarxiya modelinin qurulmaması;

  • uzunmüddətli dövr üçün innovasiya proqramının işlənilmə- məsi;

  • innovasiya fəaliyyəti üzrə strateji planların olmaması;

  • 1 manat innovasiya məhsuluna çəkilən xərclərin minimum həddə çatması.

Texniki-texnoloji amillər sırasında aşağıdakılar fərqləndirilir:

  • əsas istehsal fondlarının aşınma dərəcəsinin yüksək olması;

  • əsas istehsal fondlarının aktiv hissəsinin ləng yenilənməsi;

  • proses innovasiyasının zəif tətbiqi;

  • istehsalın ixtisaslaşması və diversifikasiyası arasında opti- mal nisbətin pozulması;

  • məhsulun təkmilləşdirilməsi konsepsiyasının işlənilməməsi;

  • innovasiya və rəqabət qabiliyyətli məhsulların istehsalı üçün texnoloji prosesin təşkil edilməməsi;

  • texnoloji innovasiyalara vəsaitlərin qeyri-bərabər yönəldil- məsi.

Ölkənin emal müəssisələrində qeyd edilən nöqsanların aradan qaldırılması orada əsaslı şəkildə restrukturizasiyaya ehtiyac du- yulduğunu göstərir. Onun vacibliyini müəyyən edən amillərin təs- nifatı 8.6 saylı şəkildə əks etdirilmişdir.






Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin