XİFhərbirfirmanıntəsərrüfatçılığınınüzvütərkibhissə-sinə çevrilir.
Ölkələrin açıq iqtisadiyyata malik olması – beynəlxalq əmək bölgüsü əsasında – dünya təsərrüfat sisteminə inteqrasiya üçün həlledici şərtdir. Ölkələrin beynəlxalq əmək bölgüsündə iştirakı ixtisaslaşmanı dərinləşdirməyə, iqtisadi resurslardan istifadə sə- mərəliliyini və ümumdaxili məhsulun həcmini artırmağa imkan yaradır. Firmanın XİƏ onun digər ölkələrlə ticarət, istehsal və elmi-texniki əməkdaşlığınnın, maliyyə və kredit münasibətlərinin formalaşmasına xidmət edir. Satış həcminin artırılması, resursla-
rın əldə olunması, təchizat və satış mənbələrinin diversifikasiyası firmanın xarici iqtisadi fəaliyyətində əsas məqsəddir. Satış bazarı firmanın məhsul və xidmətlərinə maraqlı olan alıcıların sayı və alıcılıq qabiliyyətlərilə müəyyən olunur. Lakin buna, bir ölkə çərçivəsində deyil, beynəlxalq miqyasda baxılmalıdır. Belə olan halda məhsul və xidmətlərin satışında maraqlı insanların sayı və onların alıcılıq qabiliyyətləri də artar və nəticədə daha yüksək mənfəət səviyyəsi təmin olunar. Firmalar bəzən daxili bazardakı tələbdən daha yüksək istehsal gücünə malik olurlar. Bu, ölkənin öz təlabatından artıq olan zəngin təbii ehtiyatların həcmilə, həm də hər hansı bir məhsul üzrə istehsal güclərinin miqyası ilə əlaqə- dar ola bilər. Qeyd etmək lazımdır ki, kiçik dövlətlər böyüklərə nisbətən xarici ticarətə daha çox meyilli olurlar. Bunun əsas sə- bəblərindən biri firmanın optimal ölçüsü ilə əlaqədardır. Belə ki, firmanın böyük həcmdə istehsal və satış imkanları daxili bazar- dakı təlabatdan çox olarsa bu zaman xarici ticarət ön plana çıxır.
Təcrübə göstərir ki, firmada istehsal həcmi müəyyən həddə qədər davamlı olaraq artdıqca istehsal vərdişlərinin toplanması və məhsul vahidinə düşən şərti sabit xərclər 20-30 faiz azalır. Kiçik ölkələrin firmaları belə şəraitdə əsasən öz məhsullarını xarici bazarlara çıxarmağa üstünlük verirlər.
Dünya təcrübəsində xarici iqtisadi əlaqələrin müxtəlif növlə- rindən istifadə edilir. Bunlardan: a) beynəlxalq texnoloji istehsal üsulunun diversifikasiyası – istehsal mərhələlərinin müxtəlif öl- kələrdə yerləşdirilməsi; b) sənaye məhsulları üzrə idxal və ixrac- beynəlxalq ticarət; c) əcnəbi hüquqi şəxslər və iş adamları ilə müştərək müəssisələrin yaradılması; d) investisiya qoyuluşu üzrə əməkdaşlıq; e) turizm, bank və sığorta işləri üzrə xidmətlər; f) el- mi-texniki işləmələr üzrə əlaqələr və s.-ni qeyd etmək olar.
Bazar iqtisadiyyatlı ölkələrdə xarici iqtisadi əlaqələrin əsas yükü firmaların üzərinə düşdüyü üçün o, xarici iqtisadi fəaliy- yətin əsas həlqəsinə çevrilir və bu istiqamətdə fəaliyyət növləri firmalar miqyasında daha da konkretləşir. Firmalar xarici iqtisadi məqsədlərini həyata keçirmək üçün bu fəaliyyətin müxtəlif növ- lərindən istifadə edirlər. Bu zaman firma malik olduğu resursları
və öz məqsədinin reallaşması şərtlərini dəqiqi qiymətləndir- məlidir. Firmanın xarici iqtisadi fəaliyyət növlərinə idxal-ixrac əməliyyatları, nəqliyyat, lisenziyalaşdırma, françayzinq, idarəet- mə müqavilələri, «qıfıl altı» müqavilələri, birbaşa və portfel in- vestisiyaları və s. əməliyyatlar daxildir. İdxal-ixrac əməliyyatları ayrı-ayrı ölkələrin beynəlxalq sövdələşmələrində əsas yer tutur. İdxal-ixrac əməliyyatı adətən firmaların ilk və daha geniş yayılmış xarici iqtisadi əlaqələri olur. Belə ki, digər formalara nisbətən belə əməliyyatlarda resurs sərfi az və risk səviyyəsi nisbətən daha aşağı olur.
Xidmətlər üzrə idxal-ixrac əməliyyatları əmtəələrin idxal- ixracından fəqlidir. Bu əməliyyatlardan gəlir götürmək xidmət- lərin ixracı, xidmətlərə görə ödənişlər isə xidmətlərin idxalı hesab edilir. Xarici iqtisadi fəaliyyət çoxlu sayda müxtəlif xidmətləri də əhatə edir. Bunlardan səyahət, turizm, konsultinq və servis xid- məti, həmçinin nəqliyyat xidmətini qeyd etmək olar. Xidmətlərin idxal-ixracından komisyon əməliyyatlar da mühüm yer tutur. Ko- misyon əməliyyatlar xarici ölkələrdə bank əməliyyatlarının, sığorta, icarə və ya kirayə, layihə-konstruktor işləri və xidmətləri ilə əlaqədardır. Layihə-konstruktor işləri adətən «qıfıl altı» əmə- liyyatları çərçivəsində həyata keçirilir ki, bu müqavilə əsasında istehsal güclərinin yaradılmasını və sifarişçiyə təhvil startup verilməsini nəzərdə tutur. İdarəetmə xidmətlərinə görə komisyon ödəmləri əvvəlcədən bağlanmış idarəetmə müqavilələri əsasında və ya əldə edilmiş razılığın nəticəsində həyata keçirilir ki, buna əsasən bir firma digərinə ümumi rəhbərlik və ya ixtisaslaşdırılmış idarəetmə funksiyalarını yerinə yetirmək üçün menecer heyəti təqdim edir.