Xarici iqtisadi fəaliyyətin formaları
Dünya təcrübəsində xarici iqtisadi fəaliyyətin (XİF) müxtəlif xormalarından istifadə edilir. Məlumdur ki, ayrı-ayrı ölkələr bir- birindən təbii-coğrafi, elmi-texniki, əmək resursları, istehsalın
tarixi inkişaf ənənələri və s. görə fərqlənirlər. Ona görə də hər hansı bir ölkədə bir məhsul nisbətən daha ucuz başa gəldiyi, yaxud daha yüksək texnologiyaya əsaslandığı halda digər ölkədə belə bir məhsul istehsalı yalnız arzu edilə bilər. Odur ki, qarşılıqlı münasibət zəminində bir ölkənin müəyyən təlabatının başqa ölkə- lərdə hazırlanmış məhsullarla təmin olunması zərurəti yaranır. Məhz beynəlxalq əmək bölgüsü istehsalın beynəlmilləşdirilməsi prosesində həlledici rola malikdir.
Bütünlükdə XİF-in ən geniş yayılmış formalarına: xarici tica- rət; texniki-iqtisadi əməkdaşlıq və elmi-texniki əməkdaşlıq aid edilir. Lakin onların hər biri də müvafiq alt proqramlara ayrılır (şəkil 9.1).
Dünya ölkələrinin iqtisadi əməkdaşlığı beynəlxalq əmək böl- güsü (BƏB) əsasında inkişaf edir. BƏB ölkələr arasında ticarət və kapital ixracının, kreditlər verilməsinin, eləcə də elmi-texniki əməkdaşlığın genişlənməsinə əsaslanır. Məhz BƏB dünya bazarı inkişafının obyektiv əsasını təşkil edir.
Beynəlxalq əmək bölgüsü üzrə elmi nəzəriyyədə klassiklərin ən böyük nailiyyətlərindən biri “müqayisəli istehsal xərcləri” nəzəriyyəsinin yaranmasıdır. Bu nəzəriyyə beynəlxalq ticarət haqda iqtisadi təlimin “Klassik” əsası kimi qiymətləndirilir.
Müqayisəli xərclər nəzəriyyəsinin əsasında isə ayrı-ayrı ölkə- lərin istehsal şəraitindəki mövcud fərqlər dayanır. Bu nəzəriyyə hazırki dövrdə istehsal amillərinin nisbəti nəzəriyyəsi kimi yeni şəkil almışdır. Ayrı-ayrı ölkələrin müxtəlif səviyyədə malik ol- duqları əmək, torpaq və kapital kimi istehsal amilləri, həmin öl- kələrdə məhsul istehsalına çəkilən xərclərin də fərqli səviyyələrdə olmasına səbəb olur.
Xarici ticarət xarici iqtisadi əlaqələrin ənənəvi və ən çox inkişaf etmiş formasıdır. Təxmini hesablamalara görə, xarici iqtisadi əlaqələrin 80%-i xarici ticarətin payına düşür. Beynəlxalq ticarət beynəlxalq əməkdaşlığın əksər növlərini əlaqələndirir.
Dostları ilə paylaş: |