Azərbaycanın xarici iqtisadi fəaliyyət strategiyası
Xarici iqtisadi fəaliyyət – dövlətin idxal və ixrac, gömrük rüsumları, tariflər, məhdudiyyətlər, xarici kapitalın cəlb olunması, kapitalın xaricə ixracı, xarici istiqrazlar, digər ölkələrə iqtisadi yardımların göstərilməsi və birgə iqtisadi layihələrin gerçəkləşdi- rilməsi sahəsində dövlət siyasəti deməkdir.
Xarici iqtisadi fəaliyyəti həyata keçirmək üçün Azərbaycanda böyük potensial imkanlar mövcuddur. Onlara zəngin təbii resurs- lar, əlverişli coğrafi mövqe, yüksək demoqrafik potensial, qarşı- lıqlı investisiyalar və birgə müəssisələr vasitəsilə rəqabət qabiliy- yətli məhsullar istehsal etməyə imkan verən güclü istehsal struk- turları, tranzit nəqliyyat marşrutları və s. aiddirlər.
Xarici iqtisad fəaliyyət (XİF) dünya bazarında müəyyən imtiyazlara malik ölkələrin iqtisadiyyatı əldə etmələrinə və daxili bazarı xarici malların rəqabətindən müdafiə etmələrinə yönə- dilmiş tədbirlər sistemidir. Dünya ölkələrinin hər birinin başlıca məqsədi malik olduğu iqtisadi potensialdan maksimum istifadə etməkdir. Bununla yanaşı, hər bir ölkənin beynəlxalq əhəmiyyəti o ölkənin iqtisadi potensialı, dünya əmtəə və xidmətlər istehsalın- da rolu, texnologiyasının, maliyyəsinin dünya iqtisadi sistemində payı ilə müəyyənləşir.
Beynəlxalq əmək bölgüsünə əsaslanan dünya ölkələrinin milli iqtisadiyyatları arasında yaranan elmi-texniki, istehsal, ticarət, maliyyə-valyuta, pul-kredit və informasiya əlaqələrindən ibarət müxtəlif təsərrüfatçılıq münasibətləri sistem şəklində özünü gös- tərir. Xarici iqtisadi fəaliyyət təsərrüfatçılıq həyatının inkişafına dair qanunauyğunluqlar əsasında inkişaf etsə də, aşağıdakı özünə- məxsus xüsusiyyətlərə malikdir:
təsərrüfatçılıq münasibətləri milli sərhədlər çərçivəsindən kənara çıxır və daha geniş əraziləri əhatə edir;
tərkibinə və həcminə görə yeni əlavə ehtiyatlar iqtisadi dövriyyəyə cəlb edilir;
beynəlxalq miqyasda ayrı-ayrı ölkələr tərəfindən istehsal amillərinin və onların nəticələrinin xaricə yerləşdirilməsi baş verir;
belə dünya təsərrüfatçılıq əlaqələrini təmin edən xüsusi (maliy- yə, valyuta, gömrük və s.) alətlər və mexanizmlər fəaliyyət göstərir;
yaradılan beynəlxalq və milli xüsusi təşkilati strukturların iştirakı və köməkliyilə bu ölkələr arasında iqtisadi əlaqələr həyata keçirilir və tənzimlənir.
Deməli, müasir şəraitdə hər hansı ölkə ümumbəşəri nailiyyət- lərə əsaslanaraq öz iqtisadiyyatını sürətlə inkişaf etdirmək, ölkə əhalisinin maddi rifah halını yüksəltmək istəyirsə, onda beynəl- xalq iqtisadi münasibətlərin iştirakçısına çevrilməli və xalqın milli mənafelərini daha yüksək səviyyədə əks etdirən mövqe tutmalıdır. Bu məqsədlə nail olunması ilə XİF daha dərindən tədqiq olunmalıdır.
Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəl- xalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul edilmişdir.
Müstəqillikdən sonra Azərbaycanın iqtisadi inkişafının əsas hədəflərindən biri xarici iqtisadi əlaqələrin düzgün istiqamətdə qurulması olmuşdur. Əgər 1997-ci ildə Azərbaycan dünyanın 84 ölkə ilə qarşılıqlı xarici ticarət əlaqələri həyata keçirmişdirsə, 2015-ci ildə onların sayı 165-ə çatmış, o cümlədən idxal tərəf- daşların sayı 80-dən 147-yə; ixrac tərəfdaşların sayı isə 58-dən 111-ə çatmışdır (cədvəl 9.1).
Cədvəl 9.1.
Dostları ilə paylaş: |