Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci


Azərbaycanın sənaye sahələrində əsas istehsal fondlarının aşınma səviyyəsi (faizlə) *)



Yüklə 3,22 Mb.
səhifə107/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Azərbaycanın sənaye sahələrində əsas istehsal fondlarının aşınma səviyyəsi (faizlə) *)








2010

2011

2012

2013

2014

2015

Sənaye cəmi

34,0

38,3

31,8

30,8

30,7

31,3

Mədənçıxarma sənayesi

29,7

29,4

29,0

29,0

28,9

29,0

Emal sənayesi

56,9

54,8

53,7

54,1

46,8

57,1

Qida məhsullarının istehsalı

66,5

64,4

62,0

62,1

59,9

60,7

İçki istehsalı

69,1

66,7

67,9

70,5

71,0

55,9

Tutun məmulatlarının istehsalı

36,3

33,0

35,6

29,6

30,9

32,7

Toxuculuq sənayesi

49,3

51,4

55,0

51,4

56,1

51,9

Geyim istehsalı

82,1

73,5

72,1

72,3

69,9

53,6

Dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı

49,4


50,0


48,6


48,6


43,0


41,3


Ağaz emalı və ağacdan məmu-
latların istehsalı

82,7


83,7


87,6


76,7


76,9


64,6


Neft məhsullarının istehsalı

57,4

56,5

56,5

59,6

62,0

65,1

Kimya sənayesi

49,9

51,5

50,0

50,8

52,1

54,6

Əczaçılıq məhsullarının istehsalı

27,3

62,2

65,7

65,5

48,5

42,4

Rezin və plastmas məmulatları- nın istehsalı

60,8


66,2


45,5


62,4


64,5


48,6


Tikinti materiallarının istehsalı

54,9

51,0

38,6

43,7

41,5

42,0

Metallurgiya sənayesi

65,0

43,5

46,0

49,8

45,4

49,4

Maşın və avadanlıqlardan başqa ha-
zır metal məmulatlarının istehsalı

73,6


70,0


73,2


70,4


72,3


71,1


Elektrik avadanlıqlarının isteh- salı

74,1


69,8


66,9


75,8


48,3


33,5


Maşın və avadanlıqların istehsalı

41,0

35,4

51,1

46,5

50,0

55,6

Avtomobil və qoşquların isteh-
salı

51,3


43,7


55,4


61,6


57,0


57,7


Sair nəqliyyat vasitələrinin isteh- salı

68,1


65,6


60,4


67,5


49,6


67,3


Mebellərin istehsalı

63,1

62,1

62,2

77,3

70,5

64,2

* Azərbaycanın sənayesi. Bakı, «DSK», 2016, s. 85-86.

Deməli, texniki-texnoloji siyasətin aparılmasında konseptual yanaşmalara üstünlük verilməlidir. Belə yanaşma isə, ilk növbə- də, sənaye sahələrinin fəaliyyətini xarakterizə edən texniki-iqtisa-
di göstəricilərin səviyyəsini və dinamikasını kompleks şəkildə təhlil etməyi tələb edir.
Həmin göstəricilərə adətən aşağıdakılar aid edilir:

    • bazarın tutumu;

    • rəqabətin miqyası (yerli, regional beynəlxalq səviyyədə);

    • bazarın artım tempi və bazarın həyat dövrünün mərhələsi (ilkin artım, sürətli artım, yetkinlik dövrünün ilkin mərhələsi, yetkinliyin son mərhələsi, durğunluq, tənəzzül);

    • sahədəki rəqiblərin sayı və onların nisbi ölçüləri (sahə çoxlu kiçik müəssisələrdən ibarətdlir; sahə bir neçə iri müəssisədən ibarətdir s.);

    • alıcıların sayı onların maliyyə imkanları;

    • istehsal prosesləri və yeni məhsulların yaradılması üzrə tex- nologiyaların inkişaf istiqamətləri;

    • sahəyə daxilolma onu tərk etmədə maneələr imkanlar;

    • rəqib məhsullarının fərqli oxşar cəhətləri;

    • istehsal miqyası, nəqliyyat və marketinq xərcləri üzrə qənaət imkanları;

    • istehsal güclərinin yüklənməsinin aşağı məsrəflər üçün əhə- miyyəti;

    • sahədə investisiyaların intensivliyi;

    • sahənin mənfəətliliyi ilə ümumi mənfəətlilik arasında nisbət və s.

Sahənin iqtisadi göstəriciləri strategiyanın seçilməsi üçün çox əhəmiyyətlidir. Belə ki, iri həcmli sərmayələr tələb edən sahədə daimi xərclərin azaldılması istehsal güclərindən intensiv istifa- dəni təmin edən strategiyanın işlənməsini tələb edir. Nümunə üçün, polietilen istehsalı üçün naftalin emal edilməsində sobaların gücündən nə qədər tam istifadə edilərsə, məhsul vahidinə enerji və digər daimi xərclər bir o qədər az olar. Şirkətlər əvəzedici və rəqib məhsulları çox olan sahələrdə yeniliklərin yaranmasına və onların bazara daha tez daxil edilməsinə böyük həcmli xərclər çəkməli olurlar.
Əmək tutumlu sahələrdə «təcrübə əyrisi» xərclərin azaldılma- sında əhəmiyyətli rol oynadığı üçün istehsal həcminin daha
böyük sürətlə artırılması strategiyası istifadə olunur. «Təcrübə əyrisi» daha çox olan sahələrdə məhsulun ilk istehsalçısı və ya bazar payı çox olan istehsalçı rəqabət üstünlüyü üzrə güclü mövqeyə malik olur.

  • Qloballaşmanın daha əhəmiyyətli hərəkətverici qüvvə ol- duğu sahələrin əsas xüsusiyyətlərini qeyd edək:

  1. materialtutumluğu (neft hasilatı və emalı, metal istehsalı, pambıq və s.) böyük olan sahələr;

  2. qiymət amilinin əsas rolu – məsrəflərin aşağı salınması üçün resursların ucuz olduğu ölkələrdə istehsal sahələrinin yerləşdirilməsi;

  3. daha çox ölkələrdə liderlik mövqeyini əldə etmək istəyən müəssisələrin mövcudluğu.

  • Məhsuldarlığın və məsrəflərin strukturunda dəyişikliklər. İstehsal miqyası və təcrübə effektinin təsiri böyük olan sahələrdə istehsal həcmini artıra bilən müəssisələr rəqibləri qarşısında üs- tünlüklər qazana bilir. İqtisadi resursların qiymətlərində kəskin dəyişikliklər rəqibləri daha etibarlı təchizatçılar axtarmağa vadar edir və yaxud əvəzedici məhsullara istiqamətləndirir. İstehsal məsrəflərinin strukturunda ciddi dəyişikliklər müəssisələrin rəqa- bət üstünlüyü mənbələrinin əhəmiyyətini dəyişməklə rəqibləri ye- ni strategiyalar tətbiq etməyə istiqamətləndirə bilər.

  • Alıcıların seçmə meyarlarında dəyişikliklər. Alıcıların məhsuldan gözlədikləri faydalar adətən müxtəlif olur. Məhsuldan alınan əlavə faydalara görə ödənən daha yüksək qiymət özünü həm iqtisadi, həm də mənəvi cəhətdən doğrultmalıdır. Nisbətən bahalı məhsullar alan alıcı məhsulda əhəmiyyətli fərq hiss etmə- dikdə öz tələbatını standart və ucuz məhsullarla ödəməyə istiqa- mətlənir. Bu halda sahədə qiymət rəqabəti meydana gəlir. Məh- sullardan əldə edilən faydalar yüksək olduqda isə rəqiblər öz məhsullarını daha dərin diferensiyasiya etməyə üstünlük verərək məhsulun istehlak xassələrində, satış və xidmət şərtlərində, məh- sulun obraz və reklamında fərqləndirici əlamətləri artırmağa yö- nəlirlər. Bu halda müəssisələrin əsas vəzifəsi öz məhsullarının

fərqləndirici xüsusiyyətlərini rəqib məhsullarla müqayisəsi üçün alıcılara imkan yaratmaqdır.

  • Hökumətin iqtisadi siyasətində və qanunvericilikdə dəyi- şikliklər. Ölkədə iqtisadi fəaliyyəti tənzimləyən qanunvericilik bazası və hökumətin müvafiq qərarları sahələrdə fəaliyyətin sərhəd və qaydalarının müəyyən edilməsində mühüm rol oynayır. Nümunə üçün, «Tənzimlənən qiymətlər haqqında» Azərbaycan Respublikasının Qanunu müəyyən olunmuş siyahıya düşən məh- sulların qiymətqoyma mexanizmini dəqiq müəyyən edir.

  • Cəmiyyətdə ictimai, mənəvi və mədəni dəyişikliklər. İcti- mai həyatda meydana çıxan ümumi problemlər, həyat tərzində baş verən dəyişikliklər bir çox məhsullara tələbatlı dəyişməklə sahənin strukturuna əhəmiyyətli təsir göstərir. Nümunə üçün, xal- qımızın qədim adətlərdən olan toy mərasimlərinin keçirilməsində baş verən dəyişikliklər ölkəmizdə yeni bir sahənin, «şadlıq ev- ləri» biznesinin geniş vüsət almasına və sürətli inkişafına gətir- mişdir. Cəmiyyətdə ekoloji problemlərə artan maraq müəssisələri ekoloji cəhətdən daha təmiz məhsulların istehsalına yönəldir, müəssisənin obrazında ekoloji məsələlərdən daha çox istifadə olunmağa başlayır və s.

  • Qeyri-müəyyənlik və risk amilinin təsirinin azalması. Ar- tan tələbatlı yeni sahələrdə tələbatın həcmi barədə proqnozlar müəyyən risklərlə müşayiət olunur. Belə sahələrə adətən daha təşəbbüskar müəssisələr daxil olmaq istəyir. Lakin, sahə özününü yetkinlik səviyyəsinə çatdıqca vəziyyət nisbətən sabitləşir, tələba- tın həcmi və onun artım templəri barədə mülahizələr daha inamlı xarakter daşıyır. Bütün bunlar müəssisələrə öz investisiya siyasət- lərini daha aktiv reallaşdırmağa imkan verir. Böyük maliyyə im- kanlarına malik olan iri şirkətlər belə sahələrə ya hər hansı müəssisənin alınması ilə, ya da yeni müəssisənin yaradılması ilə daxil olur.

Sənayenin inkişafının müasir texnologiyalar əsasında təmin olunması, texnoparkların, sənaye məhəllələrinin, klasterlərin və s. sənayeləşdirmədə əsas strateji layihələr kimi yer alması «Azər- baycan-2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında da öz
əksini tapmışdır. Belə ki 2020-ci ilədək ölkənin iri şəhər və rayonlarında yeni sənaye istehsalı müəssisələrinin yaradılması və həmin müəssisələrdə innovasiya yönümlü texnologiyaların tətbi- qinin stimullaşdırılması, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərçiklərinin yaradılması qarşıya məqsəd qoyulmuşdur. Kon- sepsiyanın icrası ilə əlaqədar artıq real addımlar atılmış, xüsusi iqtisadi zonaların, sənaye şəhərçiyinin yaradılması reallığa çevril- mişdir. Artıq qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin – kimya, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti və aqroemal sənayesinin və s. inkişafı, ix- rac imkanlarının artırılması ilə yanaşı, rəqabətqabiliyyətli yeni is- tehsal sahələrinin yaradılması da dəstəklənmişdir.
Qeyd edilən istiqamətlərdə daha uğurlu nəticələr əldə etmək üçün texnoloji siyasətin inkişaf missiyasının əsas istiqamətləri müəyyən edilməlidir. Onun əsasında isə istehsal prosesinin təşkili durur. Buna da texnoloji əməliyyatların yerinə yetirilməsinin sə- mərəli üsul və fəndlərinin müəyyən edilməsi, istehsal prosesinin əməliyyatlara bölüşdürülməsi, sexlərdə və istehsal sahələrində is- tifadə edilən avadanlıqların düzgün yerləşdirilməsi, məhsul bura- xılışının ahəngdarlığını və birqərarlığını təmin etmək üçün iş yerləri arasında qarşılıqlı səmərəli əlaqələrin təmin olunması aid- dirlər.
İstehsal prosesinin təşkili müəyyən prinsiplərə söykənir və onlar aşağıdakılardır:
1   ...   103   104   105   106   107   108   109   110   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin