ixtisaslaşmaprinsipi – müəssisənin ayrı-ayrı bölmələri və iş yerləri arasında əməyin peşələrə görə düzgün bölgüsünü və onların kooperasiyasını əks etdirir;
paralellik prinsipi – müəyyən məhsulun istehsalı ilə əlaqə- dar istehsal prosesinin ayrı-ayrı mərhələlərinin eyni zaman kəsi- yində həyata keçirilməsini nəzərdə tutur;
mütənasiblik prinsipi – müəssisənin qarşılıqlı əlaqəli və bir-birindən asılı olan bölmələrinin vaxt vahidi ərzində mümkün olan bərabər məhsuldarlığını nəzərdə tutur;
düzxətlilik prinsipi – xammal, material və ya yarımfabrika- tın istehsala buraxılıb hazır məhsul alınana qədər qısa yolun tə- min edilməsinə əsaslanır;
ahəngdarlıq prinsipi – müəyyən miqdar məhsulun hazır- lanması üzrə istehsal prosesi və onu təşkil edən ayrı-ayrı tərkib hissələrinin eyni vaxtdan bir təkrar olunmasına əsaslanır.
Müəssisədə istehsalın təşkili prosesində əməliyyatların əlaqə- ləndirilməsi vaxt və məkan baxımından həyata keçirilir və bun- larsız istehsalın səmərəli təşkili qeyri-mümkündür.
İstehsalın təşkilinin vaxt strukturu istehsal prosesinin ele- mentlərinin vaxta görə qarşılıqlı təsiri qaydası ilə müəyyən edilir. Vaxt strukturunun növlərinə görə istehsalın təşkili formalarıəmək predmetlərinin istehsala verilməsinin ardıcıl, paralel vəparalel-ardıcıl (qarşılıqlı) formaları fərqləndirilir. Əmək predmetlərinin texnoloji prosesə ardıcıl verilməsinə əsaslanan istehsalın təşkili forması emal edilən materialın bütün istehsal sahələri üzrə istənilən miqdar partiyalarla hərəkətini tə- min edən istehsal amillərinin əlaqələndirilməsini özündə əks etdi- rir. Belə halda əmək predmetləri növbəti iş yerlərinə əvvəlki əməliyyatda bütün partiyanın emalı başa çatdıqdan sonra verilir, Yəni hər bir əməliyyatda detallar partiyalarla emal edilir. Belə forma bazarın tələbinə uyğun istehsal proqramında yarana biləcək dəyişikliklərə qarşı daha çevik olur və avadanlıqlardan tam isti- fadəyə imkan verir. İstehsalın təşkilinin bu formasının çatışmaz- lığı istehsal tsiklinin nisbətən – nisbi mənada – uzunluğu ilə əla- qədar olur. Belə ki, hər bir detal üzrə növbəti əməliyyatın yerinə yetirilməsi bütün partiyaya daxil olan detalların emalının başa çatmasından sonra baş verir.
Əmək predmetlərinin texnoloji prosesə ardıcıl verilməsi zamanı istehsal tsiklinin uzunluğu (Ti.t.a) aşağıdakı düsturun köməyi ilə müəyyən edilir:
Ti.t.a. = Td N.Burada, Td – dəstədəki detalların sayı;
N – bütün əməliyyatlarda bir detalın emalına faktiki vaxt məsrəfidir.
Əmək predmetlərinin paralel verilməsi prinsipinə əsaslanan istehsalın təşkili forması əmək predmetlərinin əməliyyatdan əmə- liyyata tək-tək və partiyadakı bütün detalların emalını gözləmə- dən buraxmağa imkan verən istehsal amillərinin əlaqələndirilmə- sinə əsaslanır. İstehsalın belə təşkili emala verilən detalların sayı- nı, anbar və keçidlər üçün zəruri olan sahəyə tələbatı azaltmağa gətirib çıxarır. İstehsalın təşkilinin paralellik formasının çatış- mazlığı əməliyyatların yerinə yetirilməsi müddətlərindəki fərq- lərlə əlaqədar avadanlıqların və fəhlələrin boşdayanması ilə mü- şayət olunur.
İstehsalın paralellik prinsipinə əsaslanan təşkili formasında istehsal tsiklinin uzunluğu (Ti.t.p) aşağıdakı kimi hesablanır:
Ti.t.p. = Td + (N – 1)Tə.u.
Burada Tə.u. – ən uzun vaxt tələb edən əməliyyatın yerinə yetiril- məsinə sərf olunan vaxtdır.
Əmək predmetlərinin texnoloji prosesə paralel-ardıcıl (qarı- şıq) verilməsinə əsaslanan istehsalın təşkili forması ardıcıl və pa- ralel formalarının ortaq forması olub ayrı-ayrılıqda onlardan hər birinə məxsus çatışmazlıqları qismən aradan qaldırır. Məmulatlar əməliyyatdan əməliyyata nəqliyyat partiyaları ilə verilir. Bu zaman avadanlıqlardan və işçi qüvvəsindən fasiləsiz istifadə tə- min edilir, texnoloji prosesin əməliyyatları üzrə detallar partiyası- nın paralel verilməsi də mümkün olur.
Bu planı həm də strateji adlandırırlar. O, planlar sisteminin zirvəsi olub, təşkilatın əsas təyinatını, onun məqsəd və vəzifələ- rini xarakterizə edir. Bu plan qalan bütün planlar üçün əsas fə- aliyyət istiqamətləri və qərar qəbulu üçün məhdudiyyət rolunu oynayır.
Hər bir strateji plan mütləq proqram və layihə planları kom- pleksi ilə möhkəmləndirilməlidir. Məsələn, təşkilatın inkişaf planı ona daxil olan tədbirləri kontekstləşdirən qısa, orta və uzunmüd- dətli planlarla əsaslandırılır. Bu, yeni növ məhsulların hazırlan- ması və tətbiqi proqramları; yeni idarəetmə informasiya sistemlə-
rinin hazırlanması və tətbiqi; təşkilati strukturun yenidən qurul- ması və s. proqramlar ola bilər. Bu proqramlar öz növbəsində konkret layihələrlə əsaslandırılır. Hər bir layihə isə məbləği, rea- lizə qrafiki və texniki-iqtisadi parametrlərə görə nadir sayıla bilər. Strateji planlaşdırmada sənədlər sisteminin formalaşdırılma- sının metodiki xüsusiyyətlərinin vacibliyini, təşkilati planların dəyişən xarici mühitə adaptasiya mexanizminin zəruriliyini qeyd etmək lazımdır. Planın adaptivlik xarakteri onların kifayət qədər çevik olması və xarici mühitin gözlənilməz dəyişikliklərə asan uyğunlaşmasını nəzərdə tutur. Nəticə etibarı ilə strateji planın adaptivliyini təmin etmək üçün bütün növ, xüsusilə də taktiki planlar gözlənilməz vəziyyətlər üçün fəaliyyəti nəzərdə tutma- lıdır. Bu fəaliyyət metodiki üsullarla, situasiyalı planlaşdırma ilə
reallaşdırılmalıdır.
Bütün bunların əsasında isə texnoloji siyasətin inkişaf ssenari- ləri dayanır. Onun ilk mərhələsi rəqiblərin mövqelərinin müəyyən edilməsidir. Sahədə rəqiblərin mövqelərini müəyyən etmək üçün təhlil vasitələrindən olan «strateji qrupların xəritəsi» hazırlanır. Belə təhlil sahənin ümumi təhlili və konkret müəssisənin sahədə- ki mövqeyi arasında əlaqəni göstərir.
Sahədə strateji qrup dedikdə, eyni rəqabət vasitələrindən isti- fadə edən oxşar mövqeli müəssisələr nəzərdə tutulur. Sahədə yal- nız bir strateji qrup o zaman olur ki, sahənin bütün müəssisələri eyni strategiya ilə çıxış edir.
Sahədə strateji qrupları müəyyən etmək üçün aşağıdakı alqoritmdən istifadə oluna bilər:
sahənin müəssisələrini bir-birindən fərqləndirən xüsusiyyət- lərin müəyyən edilməsi. Bu xüsusiyyətlərə qiymət/keyfiyyət nisbəti (aşağı, orta, yüksək), fəaliyyətin coğrafi sərhədləri (yerli, regional, milli, beynəlxalq), şaquli inteqrasiyanın dərəcəsi (qismən, tam, inteqrasiyasız), məhsulun çeşidi (də- rinlik, genişlik), satış kanallarından istifadə (sadə və ya uzun kanallar, bir və ya bir neçə kanal), satışdan sonrakı xidmətin səviyyəsi və digər belə göstəricilər aid olunur;
göstəriciləri iki-iki istifadə edərək koordinat sistemi düzəlt- mək və müəssisələrin həmin sistemlərdə koordinatlarını müəyyənləşdirmək;
bir strateji fazaya düşən müəssisələri strateji qruplar üzrə bölüşdürmək;
hər bir strateji qrupu elə dairələrə almaq lazımdır ki, həmin dairələrin diametrləri müvafiq strateji qrupların sahədəki xüsusi çəkilərinə uyğun gəlsin.
Belə təhlilin nəticələri sahənin rəqabət və hərəkətverici qüv- vələrinin strateji qruplara təsirini müəyyən etməyə və bu təsirin nəticələri barədə fikirləri əsaslandırmağa kömək edir. Belə ki, hərəkətverici və rəqabət qüvvələri müxtəlif mövqelərdə olan stra- teji qruplara müxtəlif dərəcədə təsir göstərir. Bu qüvvələrin mənfi təsirində olan strateji qrupa daxil olan müəssisə öz mövqeyini dəyişməyə və daha yaxşı mövqedə olan qrupa daxil olmağa isti- qamətlənir. Belə cəhtlərin uğuru yeni strateji qrupa daxilolma maneələrinin səviyyəsindən asılı olur. Sözügedən yerdəyişmələr rəqabətin intensivliyini artırmaqla onun təbiətinə təsir göstərir.
Sahədə müəyən olunmuş strateji qrupların mənfəətlilik po- tensialı da müxtəlif olur. Bu potensialı müəyyən edən qüvvələrin aşkar edilməsi və onların təsirinin qiymətləndirilməsi müəssisə- nin strategiyasının hazırlanması üçün çox mühümdür. Hər bir qrupun mənfəətlilik potensialı təchizatçıların, alıcıların, əvəzedici məhsulların, mövcud və yeni rəqiblərin təsiri altında formalaşır.