Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə99/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Şəkil 7.13. Beynəlxalq bazara hədəflənən kompaniyanın növləri və fəaliyyət dairəsi
«Trans» sözü sərhədi keçmək, «korporasiya» isə korpus sö- zündən götürülmüş, hərfi mənası «bədən» deməkdir. Bir çox ədə- biyyatlarda TMK – öz ölkəsinin hüdudlarını keçib, digər ölkələr- də fəaliyyət göstərən təşkilati idarəetmə forması kimi göstərilir. Başqa sözlə, «TMK» - dünyanın bir çox ölkələrində müəssisələri və filialları olan beynəlxalq şirkətlər birliyidir.
Biznesin mülkiyyət formasının xarakteri, təyinatı və ixtisas- laşma tiplərindən asılı olaraq TMK-lar müxtəlif növlərə bölünür- lər. Bu baxımdan korporasiyalar kommersiya və qeyri-kommer- siya məqsədli, açıq və qapalı tipli, milli, millətlərarası və trans- mili kimi növlərə ayrılırlar. Qeyd etmək lazımdır ki, kommersiya və qeyri-kommersiya məqsədilə yaradılan korporasiyalar adətən ayrı-ayrı qanunlar vasitəsi ilə tənzimlənirlər. Qeyri-kommersiya məqsədilə təşkil edilən korporasiyaların əsas məqsədi fərdlərin və ya dövlətin maraqlarını müdafiə etmək, onlar üçün çalışmaqdır. Bu qəbildən olan korporasiyalar müxtəlif sferalarda fəaliyyət gös- tərə bilərlər.
Bir çox korporasiyalar milli səviyyədə uğurla inkişaf etdikdən sonra öz ölkəsinin sərhədlərini aşaraq transmilli korporasiyalara çevrilirlər. Nəticədə korporasiyaların qloballaşan dünyada rolu əhəmiyyətli dərəcələ artır. Adətən, TMK-lar ana şirkətlə törəmə şirkətləri arasındakı funksiyaların bölüşdürülməsi əlamətlərinə görə üç böyük qrupa bölünürlər. Bunlara aşağıdakılar aiddir:

  1. Üfüqi inteqrasiyalı Transmilli korporasiyalar. Bu korpo- rasiyaların istehsal müəssisələri müxtəlif ölkələrdə yerləşir, lakin eyni və ya oxşar məhsul istehsalını həyata keçirirlər;

  2. Şaquli inteqrasiyalı Transmilli korporasiyalar. Bu korpora- siyaların bir ölkədə yerləşən müəssisələrində istehsal edilən məh- sul, digər ölkədəki istehsalı üçün yarımfabrikat rolunu oynaır;

  3. Üçüncü növ Transmilli korporasiyaların müxtəlif ölkələrdə istehsalatları olsa da, onlar bir-biri ilə üfüqi və şaquli qaydada inteqrasiyaya malik deyildir.

Transmilli korporasiyaların yaranmasının başlıca səbəbləri aşağıdakılardır:

  • istehsalın beynəlmilləşdirilməsi;

  • milli sərhədlərdə kapitalın toplanması onun başqa ölkədə yayılması;

  • ölkələrarası kapitalın hərəkətindəki maneələrin aradan qaldırılması.

Transmilli korporasiyaların meydana gəlməsi aşağıdakı bir çox amillərin təsiri nəticəsində baş vermişdir:

  • ayrı-ayrı ölkələrin malik olduğu təbii sərvətlər fərqi;

  • mövcud maliyyə vəsaitləri potensialları;

  • ayrı-ayrı ölkələrdə mövcud texniki texnoloji səviyyələr;

  • müxtəlif ölkələrin yüksək ixtisaslı mütəxəssisləri;

  • ayrı-ayrı ölkələrin mövcud iqtisadi və siyasi potensialları və onların təsir dairələri;

  • dünya ölkələri arasında beynəlxalq iqtisadi siyasi təşkilatla- rın rolu təsir dairələri;

  • beynəlxalq nəqliyyat vasitələri onların potensial imkanları;

  • müxtəlif ölkələrdə mövcud olan transmilli korporasiyaların təş- kilati xüsusi imkanları.

TMK-lar mənfi və müsbət cəhətləri ilə də xarakterikdir (şəkil 7.14).
Dünyanın ən böyük 500 TMK-ları sırasında həmçinin 50 su- per TMK arasında yapon TMK-ları ləyaqətlə təmsil olunurlar. Asiya qitəsinin ən böyük 50 TMK-ları arasında 35-nin Yaponiya- nın payına düşməsi onların dünya iqtisadiyyatındakı mövqeyin- dən xəbər verir.
1955-1970-ci illərdə Asiyanın digər ölkələrində, xüsusilə Cə- nubi Koreyada, Çində və s. TMK-ın yaranması yeni vüsət aldı. TMK-nın inkişaf etdiyi ənənəvi dövlətlərdən fərqli olaraq Asiya- nın inkişaf etmiş yeni sənaye ölkələri olan Malaziyada, Sinqapur- da, Honkonqda, Tayvanda, Filippində müasir tələblər səviyyəsin- də dünya bazarında fəaliyyət göstərə bilən TMK-lar əmələ gəldi. Hazırda Yaponiyada 81, Cənubi Koreyada 11, Hindistanda 5,
Tayvanda 2, Çində 16, Sinqapurda 1 TMK vardır.


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin