Hakim texnologiyalar sahəsində beynəlxalq elmi-texniki əməkdaşlıq
Alyansların iştirakçıları olan ölkələr
|
Strateji alyanslar
|
Texnologiyaların verilməsi
haqqında sazişlər
|
ABŞ, Qərbi Avropa ölkələri, Yaponiya
|
73,5
|
61,4
|
Yuxarıda sadalanan ölkələr yeni sənaye ölkələrilə
|
53,6
|
52,4
|
Yuxarıda sadalanan ölkələr inkişaf etməkdə olan ölkələrlə
|
23,4
|
38,5
|
Beynəlxalq biznesdə strateji alyanslar kapitalın təmərküzləş- məsi və mərkəzləşdirilməsi proseslərinə çevik forma verir, böyük şirkətlərin dünya bazarlarının artması, eləcə də kiçik və zəif rə- qiblərin aradan götürülməsi üzrə hərəkətlərinin uyğunlaşdırılması və birləşdirilməsi hesabına onların gücünü daha çox artırır.
Beynəlxalq biznesdə strateji alyansların uğursuzluğunun əsas səbəbləri:
məqsədlərin dəqiq olmaması;
qarşılıqlı etimadın qənaətbəxş olmaması;
tərəfdaşların servis öhdəliklərinin aşağı səviyyəsi;
psixoloji uyğunsuzluq;
əməliyyatların əsasının uyğunsuzluğu;
nəticələrin qiymətləndirilməsi sisteminin uyğunsuzluğu.
Strateji təyinatlı biznes-qrupların geniş yayılmış formala- rından biri beynəlxalq bazara hədəflənən kompaniyalardır. Onlar beynəlxalq, çoxmilli və qlobal növləri üzrə fərqlənirlər. Qlobal xarakterli kompaniya isə firmalararası ittifaq və transmilli korpo- rasiya formasında çıxış edirlər (şəkil 7.13).
Strateji xarakterli xüsusi təsərrüfat subyektləri içərisində transmilli korporasiyalar müstəsna rol oynayır. Onlar hələ XIX əsrin birinci yarısından başlayaraq təşkil edilmiş və təkamül yolu ilə inkişaf edərək müasir idarəetmə sisteminə çevrilmişdir.
BEYNƏLXALQ BAZARA HƏDƏFLƏNƏN KOMPANİYA
Dostları ilə paylaş: |