Məsələ 2. (A`B`C` ABC üçbucaqlı prizması,
bunun xaricində M`(M) nöqtəsi
6
və proyeksiya müs-
təvisi üzərində a düz xətti verilmişdir. a düz xəttindən
və M` nöqtəsindən keçən müstəvi ilə prizmanın
kəsiyini qurun (şəkil 94).
Həlli. Aydındır ki, a düz xətti, kəsən müstəvi ilə
proyeksiya müstəvisinin kəsişmə xəttidir və kəsiyin
təpələri kəsən müstəvi ilə prizma tillərinin kəsişmə
nöqtələrindədir. Kəsiyin, C`C tili üzərindəki təpəsini
tapmaq üçün əvvəlcə CM düz xətti ilə a düz xəttinin
X kəsişməsi nöqtəsini quraq. X nöqtəsi və habelə
XM` düz xətti kəsən müstəvi üzərində olacaqdır.
XM` düz xətti həm də CC`X müstəvisi üzərindədir
və bu müstəvi üzərindəki CC` düz xəttini 1
nöqtəsində kəsir. Deməli, 1 nöqtəsi C`C tili ilə kəsən
müstəvinin kəsişmə nöqtəsidir, yəni kəsiyin CC` tili
üzərindəki təpəsidir. A`A tili üzərindəki təpəsini
tapmaq üçün CA düz xətti ilə a düz xəttinin Y
kəsişmə nöqtəsini tapmaq və bu nöqtə ilə 1
nömrəsini birləşdirmək lazımdır. Y 1 düz xətti ilə
6
Prizmanın yan tilini proyeksiyalama istiqaməti və oturacaq müstəvisini
proyeksiya müstəvisi qəbul edirik.
Şəkil 94
A`A tilinin 2 kəsişmə
nöqtəsi axtarılan təpə
olacaqdır.
Kəsiyin A`B` və B`C`
tilləri üzərindəki 3 və 4
təpələri də həmin qayda ilə
qurulur. 1-2-3-4 dördbucaqlısı axtarılan kəsikdir.
“Xəyalda”
qurmalara
keçərkən
müəllim
şagirdlərə izah edir ki, onlar indiyədək proyeksiya
çertyojunda qurma məsələlərinin həlli ilə məşğul
olmuşlar. Bu məsələlərdə nöqtələr, düz xətlər, müs-
təvilər, kəsiklər və s. ixtiyari deyil, verilənlərdən asılı
olaraq, həqiqətdə (modellər üzərində) olduğu kimi
qurulurdu.
Fəzada
qurma
məsələlərini
proyeksiya
çertyojunda həll etməkdən başqa bir də fikirdə
(xəyalda)
həll
edirlər.
Bu
zaman
məsələ
stereometriyanın aksiomlarına və teoremlərinə əsasən
fikirdə həll olunur, çertyoj isə həllin gedişini
asanlaşdırmaq məqsədi ilə, həm də ixtiyari çəkilir. Ona
görə də belə qurmalara “xəyalda qurmalar” adı
verilmişdir. Sonra, müəllim əlavə edir ki, stereometriya
aksiomları və onlardan çıxan nəticələr olduqca
çoxdur; siz bunlardan bur çoxunu artıq bilirsiniz
(onlar təkrar edilir).
Xəyalda həll olunacaq məsələlərdən bəziləri
artıq
proyeksiya
çertyojunda
həll
edilmiş
olduğundan, həmin həlləri yeni həllər ilə müqayisə
etmək şagirdlər üçün faydalı olar. Aşağıda qurma
məsələlərinin
xəyalda
həllinə
nümunələr
göstərilmişdir.
Məsələ 1. Fəzada verilmiş düz xətt xaricindəki
nöqtədən həmin düz xəttə paralel çəkin.
Göstəriş. Dərslikdə bu məsələnin həlli qurma ilə
başlanmışdır. Müəllim məsələnin həllini analiz ilə
başlasa daha yaxşı olar.
Məsələ
2.
Fəzada verilən P
müstəvisinin
xaricindəki
M
nöqtəsindən həmin
müstəviyə paralel
düz xətt çəkin
(şəkil 95).
Həlli. 1. Analiz. Tutaq ki, A`B`||P düz xətti
qurulmuşdur; bu düz xətdən P müstəvisini AB düz
xətti boyunca kəsən ixtiyari bir Q müstəvisi keçirək,
onda Q müstəvisi AB düz xətti ilə M nöqtəsindən
keçən və AB||A`B` olar.
2. Qurma. P müstəvisi üzərində ixtiyari bir AB
düz xətti çəkək; sonra AB düz xətti ilə verilmiş M
nöqtəsindən Q müstəvisini keçirək və nəhayət Q
Şəkil 95
müstəvisi üzərində M nöqtəsindən keçib, AB-yə
paralel olan A`B` düz xəttini çəkək. A`B` düz xətti
tələb olunan düz xətdir.
3. İsbatı. A`B` düz xətti P müstəvisi üzərindəki
AB düz xəttinə paralel olduğundan, P müstəvisinə də
paraleldir.
4. Araşdırma. P müstəvisi üzərində sonsuz sayda
AB düz xətti çəkmək mümkün olduğundan, M
nöqtəsindən P müstəvisinə paralel olan sonsuz sayda
A`B` düz xətti çəkmək olar, yəni məsələnin sonsuz
sayda həlli vardır.
Müəllim bu düz xətlərin həndəsi yerinin, P
müstəvisinə paralel olan bir müstəvi olduğunu qeyd
edir.
Məsələ 3. Verilmiş düz xətdən verilmiş ikinci
düz xəttə paralel müstəvi keçirin.
Qeyd. Bu məsələnin həllindəki ikinci hala aid
şəkil dərslikdə çəkilməmişdir. Müəllim bu hala aid
uyğun şəkil çəksə, yaxşı olar.
Məsələ 4. Fəzada verilmiş nöqtədən verilmiş
düz xəttə perpendikulyar müstəvi keçirin.
Qeyd. Bu məsələnin həlli dərslikdə verilmişdir. 3-
cü məsələyə aid olan qeyd bu məsələyə də aiddir.
Məsələ 5. Fəzada verilmiş nöqtədən verilmiş
müstəviyə perpendikulyar düz xətt keçirin.
Qeyd. Bu məsələ dərslikdə həll olunmuşdur.
Məsələ 6. Verilən M nöqtəsindən, verilən P
müstəvisinə paralel və verilən a düz xəttini kəsən düz
xətt keçirin.
Həlli. 1.Analiz. Tutaq ki,
b axtarılan düz xəttdir (şəkil
96), yəni b||P-dir və b iıə a düz
xətləri B nöqtəsində kəsişir. a
düz xətti ilə P müstəvisinin
kəsişmə nöqtəsi A olsun. a və b
düz xətlərindən Q müstəvisini
keçirək;
bu
müstəvi
P
müstəvisini A nöqtəsindən keçən və b düz xəttinə
paralel olan c düz xətti boyunca kəsəcəkdir.
2. Qurma. a düz xətti ilə M nöqtəsindən Q
müstəvisini keçirək; bu müstəvi ilə P müstəvisinin
kəsişmə xətti c olsun (c düz xətti A nöqtəsindən
keçir). Q müstəvisi üzərində M nöqtəsindən c düz
xəttinə paralel olan b düz xəttini çəkək; b düz xətti
axtarılan düz xətdir.
3. İsbatı. Qurmaya görə b||c olduğundan b||P-
dir. a düz xətti b və c paralel düz xətlərindən birini
(c-ni) kəsdiyindən o birini də kəsər (a, b və c düz
xətləri bir müstəvi üzərindədir).
4. Araşdırma. a düz xətti P müstəvisini
kəsdikdə, məsələnin yeganə həlli olacaqdır. a||P
olduqda: M nöqtəsi ilə a düz xətti P müstəvisindən
Şəkil 96
eyni məsafədə olarsa, onda məsələnin sonsuz sayda
həlli olar (M nöqtəsi ilə a düz xəttinin ixtiyari
nöqtəsindən keçən düz xətt məsələnin şərtini ödəyir);
M nöqtəsi ilə a düz xətti P müstəvisindən eyni
məsafədə olmadıqda isə, məsələnin həlli olmaz.
Məsələ
7.
M
müstəvisi və a düz xətti
verilmişdir. M müstəvisi
üzərindəki
verilmiş
A
nöqtəsindən keçən və hə-
min
müstəvi
üzərində
olmaqla a düz xəttinə
perpendikulyar olan düz
xətti qurun (şəkil 97).
Həlli. a düz xətti ilə M müstəvisinin kəsişmə
nöqtəsi O olsun; a düz xəttinin ixtiyari B
nöqtəsindən BB
1
M çəkək və B
1
ilə O nöqtəsini
birləşdirək; onda B
1
O parçası BO mailinin M
müstəvisi üzərindəki proyeksiyası olacaqdır. İndi A
nöqtəsindən B
1
O düz xəttinə AC perpendikulyarını
çəkək; onda üç perpendikulyar haqqındakı teoremə
görə AC
a olar.
a düz xətti M müstəvisinə perpendikulyar
olmadıqda məsələnin həmişə yeganə həlli vardır; əks
halda məsələnin sonsuz sayda həlli vardır (M
Şəkil 97
müstəvisi üzərində olan və A nöqtəsindən keçən hər
bir düz xətt məsələnin şərtini ödəyir).
Məsələ 8. Verilən iki b və c düz xəttini kəsən
və üçüncü a düz xəttinə paralel olan düz xətti qurun
(a,b və c düz xətləri cüt-cüt çarpazdır).
Həlli.
1. Analiz. a`
axtarılan
düz xətt ol-
sun
(şəkil
98),
yəni
a`||a olub, b
düz xəttini,
məsələn, B
nöqtəsində,
c düz xəttini isə məsələn, C nöqtəsində kəsir.
Kəsişən a` ilə b düz xətlərindən P müstəvisini və
a` ilə c düz xətlərindən də Q müstəvisini keçirək;
onda a` düz xətti P və Q müstəvilərinin kəsişmə xətti
olar və a||a` olduğundan, a||P və a||Q alınar.
2. Qurma. Verilmiş b düz xəttindən verilmiş a
düz xəttinə paralel olan P müstəvisini və c düz
xəttindən də a düz xəttinə paralel olan Q müstəvisini
keçirək; onda P ilə Q müstəvisinin a` kəsişmə xətti
axtarılan düz xətt olacaqdır.
Şəkil 98
/
3. İsbatı. Qurmaya görə P||a və Q||a
olduğundan, a`||a olacaqdır (düz xətt kəsişən iki
müstəvidən hər birinə paralel olarsa, onların kəsişmə
xəttinə də paralel olar). Digər tərəfdən a` düz xətti b
düz xətti ilə eyni bir müstəvi üzərində olduğundan
onlar kəsişir, həmin səbəbə görə a` düz xətti c düz
xətti ilə də kəsişir.
4. Araşdırma. Aydındır ki, P||Q olduqda
məsələnin həlli olmaz; bu halda b||Q, c||P, və a||P||Q
olduğundan, verilmiş düz xətlərin üçü də eyni bir
müstəviyə paralel olar. Deməli, verilmiş düz xətlərin
üçü də eyni bir müstəviyə paralel olduqda, məsələnin
həlli olmaz. P ilə Q müstəviləri paralel olmadıqda,
aşağıdakı üç hal ola bilər: 1) ola bilər ki, b||Q olsun;
onda b düz xəttindən keçən P müstəvisi Q
müstəvisini b-yə paralel olan a` boyunca kəsər və
məsələnin həlli olmaz; 2) ola bilər ki, c||P olsun; onda
yenə də həmin səbəbə görə a`||c olar və məsələnin
həlli olmaz; 3) nəhayət, b düz xətti Q müstəvisinə və
c düz xətti P müstəvisinə paralel olmadıqda,
məsələnin yeganə həlli olar.
Məsələ 9. A nöqtəsi,
l düz xətti və bu düz xəttə
paralel olan M müstəvisi
verilmişdir. A nöqtəsindən l
düz xəttini kəsən elə bir düz
Şəkil 99
xətt keçirin ki, bunun l düz xətti ilə M müstəvisi
arasında qalan parçası verilmiş a uzunluğunda
olsun.
Həlli. 1. Analiz. Tutaq ki, ABC düz xətti
axtarılan düz xətdir (şəkil 99), yəni BC=a-dır.
Kəsişən AC və l düz xətlərindən N müstəvisini
keçirək; onda N müstəvisi M müstəvisini C
nöqtəsindən keçən və l düz xəttinə paralel olan s düz
xətti boyunca kəsər. N müstəvisi üzərində AC
0
s
çəkək, onda AC
0
düz xətti l düz xəttinə də
perpendikulyar olar. İndi AC
0
düz xətti ilə l düz
xəttinin B
0
kəsişmə nöqtəsindən B
0
C`||BC` çəkək;
onda B
0
C`=BC=a olar.
2. Qurma. A nöqtəsi ilə l düz xəttindən N
müstəvisini keçirək; M və N müstəvilərinin kəsişmə
xəttini s ilə işarə edək; onda s||l olar. AB
0
C
0
s çəkək
və N müstəvisi üzərində mərkəzi B
0
nöqtəsi və
radiusu a olan qövslə s düz xəttini C` və C`` nöqtə-
lərində kəsək. İndi A nöqtəsindən ABC||B
0
C` və
AB
1
C
1
||B
0
C`` çəksək, ABC və AB
1
C
1
axtarılan düz
xətlər olacaqdır.
3. İsbatı. ABC və B
0
C` paralel düz xətlərindən
birisi (B
0
C`) bunların müstəvisi üzərində olan l düz
xəttini kəsdiyindən o birisi də l düz xəttini
kəsəcəkdir. l||s və BC||B
0
C` olduğundan BC=B
0
C`=a
olacaqdır. AB
1
C
1
düz xəttinin də məsələnin şərtlərini
ödədiyini həmin qayda ilə göstərmək olar.
4. Araşdırma. A nöqtəsi ilə l düz xətti M
müstəvisindən eyni məsafədə olmadıqda və a
B
0
C
0
olduqda məsələnin həmişə həlli vardır; a
B
0
C
0
olduqda məsələnin ABC və AB
1
C
1
kimi iki həlli,
a=B
0
C
0
olduqda isə AB
0
C
0
kimi bircə həlli olacaqdır
(bu halda yuxarıdakı şərtlə çəkilən qövs s düz xəttinə
C nöqtəsində toxunacaqdır).
2.7. Qurma mяsяlяlяri hяllinin xцsusi
metodlarы
Qurma məsələsi həllindəki dörd mərhələnin
mahiyyəti məlumdur.
Qeyd etmək lazımdır ki, bir çox qurma məsələsi
həllini analiz edərkən, tələb olunan fiquru qurmaq
üçün çoxlu sayda qurmaların yerinə yetirilməli
olduğu aşkara çıxa bilər və ona görə də həmin
məsələlərin həlli çox çətin və hətta qeyri-mümkün
görünə bilər. Halbuki, burada bəzi xüsusi
metodlardan istifadə etdikdə həmin məsələlər çox
sadə və tez həll oluna bilər. Bu xüsusi metodları üç
yerə bölmək olar:
1. Həndəsi yerlər metodu;
2. Həndəsi çevirmə metodları (simmetriya,
paralel köçürmə, fırlanma, oxşarlıq və inversiya
metodları);
3. Cəbri metod.
ЫII Ф
ЯСИЛ
ЩЯНДЯСИ CИSMИN MЦSTЯVИ
KЯSИЙИНИN QURULMASI ЦSULLARI
3.1. Prizmanın təsviri və müstəvi
kəsiyinin qurulması
aralel proyeksiyalama qaydalarına
uyğun olaraq prizmanın təsviri
aşağıdaki kimi qurulur. Əvvəl otu-
racaqlardan biri - P qurulur (şəkil
100 ). Bu hər hansı müstəvi çoxbucaqlıdır. Sonra P
çoxbucaqlısının təpələrindən uzunluqları bərabər
olan paralel parçalar kimi prizmanın yan tilləri çəki-
lir. Bu parçaların uclarını birləşdirib, prizmanın o
biri
oturacağını
alırıq. Görünməyən
til-
lər çizgili xətlə çəkilir. Yan tillərə paralel müstəvilərlə
P
prizmanın kəsişməsindən alınan
kəsiklər
paraleloqramlardır.
Xüsusi halda, diaqonal kəsikləri
də paraleloqramlardır. Bu, bir
üz də olmayan iki yan tildən ke-
çən
müstəvilərlə
prizmanın
kəsişməsindən alınan kəsiklər-
dir (şəkil 101).
Praktikada, xüsusi halda, məsələlər həllində çox
vaxt prizmanın oturacaqlarından birinin üzərində
olan g düz xəttindən keçən müstəvi ilə prizmanın
kəsişməsindən alınan kəsiyi qurmaq lazım olur. Belə
düz xəttə kəsən müstəvinin oturacaq müstəvisi üzə-
rindəki izi deyilir. Prizmanın kəsiyini qurmaq üçün
kəsən müstəvi ilə prizmanın üzlərinin
kəsişməsindən alınan parçaları qurmaq kifayətdir.
Şəkil 100.
Prizmanın səthində kəsiyə aid hər hansı A
nöqtəsi məlum olduqda, kəsiyin necə qurulduğunu
izah edək (şəkil 102).
Verilmiş A nöqtəsi prizmanın o biri
oturacağına aiddirsə, onda onun kəsən müstəvi ilə
kəsişməsi, g izinə paralel və A nöqtəsindən keçən ВС
parçasıdır (şəkil 102 a)
Verilmiş nöqtə yan üzdədirsə, onda bu uzun
kəsən müstəvi ilə kəsişməsini 102 b şəklində
göstərildiyi kimi qurmaq olar. Belə ki, əvvəlcə üzün
müstəvisi ilə verilmiş g izinin D kəsişmə nöqtəsi
B
A
C
C
B
A
D
b)
g
g
a)
qurulur. Sonra A və D nöqtələrindən düz xətt
çəkilir. AD düz xəttinin ВС parçası nəzərdən
keçirilən üzün kəsən müstəvi ilə kəsişməsidir. Əgər A
nöqtəsinin aid olduğu üz g düz xəttinə paralel olarsa,
onda kəsən müstəvi bu üzü
A nöqtəsindən keçən və g
düz xəttinə paralel olan
parça üzrə kəsər.
ВС parçasının uçları
prizmanın tilləri üzərində
olduğundan onlar həm də
qonşu üzlərə aiddir. Buna
görə
göstərilən
üsulla
həmin üzlərin verilmiş
kəsən müstəvi ilə kəsiş-
məsini qurmaq olar və i.a.
Bu işi prizmanın bütün
üçün apardıqda kəsikdə çoxbucaqlı alınacaq. Bu
çoxbucaqlıya verilmiş g düz xəttindən və A
nöqtəsindən keçən prizmanın kəsiyi deyilir.
103-cü şəkildə dördbucaqlı prizmanın alt
oturacağı üzərində verilmiş g düz xəttindən və yan
tillərdən biri üzərindəki A nöqtəsindən keçən
müstəvi ilə prizmanın kəsiyinin qurulması göstəril-
mişdir.
Şəkil 103
D
2
D
1
D
3
A
X
Z
Y
g
3.2. Piramidanın təsviri və müstəvi
kəsiyinin qurulması
Paralel proyeksiyalama qaydalarına uyğun
olaraq piramidanın təsviri aşağıdaki kimi qurulur.
Əvvəl oturacaq qurulur. Bu hər hansı müstəvi
çoxbucaqlı olacaq. Sonra piramidanın təpəsi qeyd
edilir, onu yan tillərlə çoxbucaqlının təpələri ilə
birləşdiririk.
Piramidanın
təpədən
keçən
müstəvilərlə
kəsikləri üçbucaqlardır.
Xüsusi halda, üçbucaqlar diaqonal kəsikləridir.
Xüsusi halda, üçbucaqlar dioqanal kəsikləridir. Bu
kəsiklər piramidanın qonşu olmayan iki tilindən
keçən müstəvi kəsikləridir.
Piramidanın g izinə paralel
olmayan üzü üzərində kəsiyə aid hər
hansı A nöqtəsi verilmişsə, onda əvvəl
kəsən müstəvinin g izi ilə bu üzün
kəsişmə
nöqtəsi,
104-cü
şəkildə
göstərildiyi kimi D nöqtəsi qurulur. D
nöqtəsi A nöqtəsi ilə düz xətlə
birləşdirilir. Onda bu düz xəttin üzə
aid olan parçası, bu üzün kəsən
müstəvi ilə kəsişməsidir. Əgər A nöqtəsi g izinə
paralel olan üz üzərindədirsə, onda kəsən müstəvi bu
üzü g düz xəttinə paralel parça üzrə kəsir. Sonra
Şəkil 104.
A
D
X
Y
qonşu yan üzün kəsən müstəvi ilə kəsişməsi qurulur
və s. Nəticədə
piramidanın tələb olunan kəsiyi alınır.
105-ci
şəkildə
dördbucaqlı
piramidanın
oturacağının tərəfindən və onun yan tillərindən biri
üzərində olan A
nöqtəsindən keçən
müstəvi
ilə
kəsiyinin
qurulması
göstərilmişdir.
Çoxüzlülərin
müstəvi
kəsiklərinin
qurulmasının
müxtəlif üsulları vardır. Həmin üsulların bəziləri
üzərində dayanaq və onların mahiyyəti haqqında
qısa məlumat verək.
3.3. İzlər üsulu və onun tətbiqləri
Bu halda əvvəlcə kəsən müstəvi ilə verilmiş
cismin oturacaq müstəvisinin kəsişmə xətti (izi)
qurulur. Sonra bu düz xətt ilə cismin yan üzü
müstəvilərinin kəsişmə nöqtələri tapılır. Tapılmış
nöqtələr kəsən müstəvinin verilmiş nöqtələri ilə
Şəkil 108
Şəkil 105
Z
D
X
Y
D
1
birlikdə axtarılan kəsiyin tərəflərinə aid olan düz
xətləri
müəyyən
edir.
Fikrimizi
aşağıdaki
məsələlərdə aydınlaşdıraq.
Məsələ 3. SABCDE beşbucaqlı piramidasının
(şəkil 106) uyğun olaraq SA, SB və SC ilə üzərində
verilmiş M, N və P nöqtələrindən keçən müstəvi
kəsiyini
Şəkil 106
Həlli. MNP kəsən müstəvinin ABCDE
oturacaq müstəvisindəki izini qurmaqdan ötrü MNP
və ABCDE müstəvilərinə aid olan iki nöqtəni
qurmaq lazımdır. Bunun üçün ASB müstəvisində AB
və MN şualarının X kəsişmə nöqtəsini qururuq.
Beləliklə, yuxarıda söylədiyimiz müstəvilərin kəsişdi-
yi nöqtələrdən biri X bizə məlum olur. İkinci belə bir
y=z
x=u
A
E
D
C
B
S
P
H
N
M
Q
nöqtəni müəyyən etmək üçün BCD üzərində CB və
PN şualarının kəsişdiyi Y nöqtəsini qururuq.
Beblikb, M, N, P nöqtələrindən keçən müstəvi ilə
ABCDE oturacaq müstəvisinin kəsişdiyi iki nöqtə X
və Y artıq bizə məlum olur. Şərtə görə, M nöqtəsi
ASE üzərindədir. Kəsən müstəvinin bu üzdəki izini
müəyyən etmək üçün həmin üzdə ikinci bir nöqtəni
müəyyən etməliyik. Bundan ötrü EA şüası ilə XY
düz xəttinin kəsişdiyi Z nöqtəsini qururuq. ZM
şüasını çəksək, bu şüa piramidanın ES tilini Q
nöqtəsində kəsəcəkdir.
İndi də müstəvinin CSD üzərindəki izini quraq.
Bunun üçün DC şüası ilə (XY)-in U kəsişmə
nöqtəsini qurub Up şüasını çəkək. Aşkardır ki, bu
şüa DS tilini müəyyən bir H nöqtəsində kəsəcəkdir.
Bu halda MNPHQ tələb edilən kəsik olacaqdır.
M ə s ə l ə
4 .
ABCAıBıCı
kəsik
piramidasının (şəkil 107)
A
1
B
1
C
1
üst oturacağında M
nöqtəsi, ABC alt oturacaq
müstəvisində isə
tərəfləri
kəsməyən EF düz xətti
verilmişdir. Kəsik pirami-
danın EF düz xəttindən və M
nöqtəsindən keçən müstəvi
A
1
kəsiyini qurun.
H ə l l i .
Kəsik
piramidanın
(A
1
B
1
C
1
)
oturacağında M nöqtəsindən keçən (E
1
F
1
) izi (ABC)
oturacağında verilmiş (EF)-ə paralel olacaqdır.
(A
1
B
1
C
1
) oturacağında
(E
1
F
1
)
A
1
C
1
=F
1
, (E
1
F
1
)
B
1
C
1
=E
1
nöqtələrini quraq. Sonra kəsən müstəvinin BBıC
1
C
üzündəki izini tapmaq üçün bu üz ilə oturacaq
müstəvisindəki (EF)-in müəyyən bir X nöqtəsini
qurmalıyıq. Bunun üçün CB şuasının EF düz xəttini
kəsdiyi X nöqtəsini qururuq. Müstəvi üzərində olan
X və Eı nöqtələrini birləşdirsək
XE
1
BB
1
=N
qurulmuş olar. Beləliklə, (NEı) kəsən müstəvinin
(BB
1
C
ı
C) üzündəki izidir. Həmin qayda ilə AB
şüasının EF düz EF düz xəttini kəsdiyi Y nöqtəsini
tapıb YN çəksək, [YN]
[AA
1
]=K taparıq. KF
1
-i
çəkərək NE
1
F
1
K kəsiyini qurarıq.
İndi də bu metodun tətbiqi ilə bir neçə
məsələnin həllinə baxaq.
Dostları ilə paylaş: |