5
1. STANDARTLAR
1.1 Çertyoj alətləri və ləvazimatları
Çertyoj çəkməyə başlamazdan əvvəl ilk növbədə düzgün
iş yeri seçməli,
çertyoj stolunu çertyoj lövhəsini hazırlamaq lazımdır. Çertyoj lövhəsi iki ölçüdə:
A1(594x841
mm
) formatda və A2(594x420
mm
) formatda hazırlanır.
Çertyoj
lövhəsinə sol tərəfdən T-şəkilli xətkeş – reysşina (şəkil 1) bərkidilir.
Şəkil 1
Üçbucaqların və reysşınanın köməyi ilə çertyojda
müxtəlif istiqamətlərdə
parallel və perpendikulyar xətlər çəkmək mümkündür. Reysşına
əvəzinə eyni
zamanda koordinat sistemli çertyoj alətlərindən də istifadə (şəkil 2) edilir. Bu
alət həm işin surətini və keyfiyyətini artırır, həm də reysşina, üçbucaq, miqyaslı
xətkeş və transportiri əvəz edir.
6
Şəkil 2
Çertyoj çəkmək üçün müxtəlif bərkliyə malik karandaşlardan istifadə olunur. Bu
karandaşlar on dörd bərklik dərəcəsinə bölünürlər: 7
H
-dan 2
H
-a qədər – bərk;
H
,
HB
,
B
– aralıq;
2B
-dən 6
B
-yə qədər – yumşaq. Çertyoj işləri üçün əsas etibarı ilə
H, 2H, HB, B
və 2
B
karandaşlarından istifadə olunur. Karandaşlar
əvvəlcədən iti
yonulmalıdır. İlkin qurmalar nisbətən yumşaq karandaşla
yerinə yetirilməlidir ki,
lazım gəldikdə asanlıqla pozulsun.
Dostları ilə paylaş: