15
1.5.3 Çertyojda ölçülərin göstərilməsi
Çertyojda ölçülərin göstərilməsi üçün kənaraçıxarılan və ölçü xətləri
çəkilir. Ölçü xətləri hər iki ucdan ox ilə məhdudlaşdırılır.
Oxun ölçüsü görünən
kontur xəttinin qalınlığından asılıdır və çertyojun bütün ölçüləri üçün eyni
olmalıdır (şəkil 10).
Şəkil 10
Düz xətt parçasının ölçüsünü göstərərkən
ölçü xəttini həmin parçadan
6…10
mm
aralı olan parallel, kənaraçıxarılan
xətti isə ölçü xətlərinə
perpendikulyar çəkirlər. Kənaraçıxarılan xətlər ölçü xəttinin ox işarəsinin
uclarından 1…5
mm
çıxmalıdır.
Ölçü ədədlərini xəttin üstündə, ona parallel və
onun ortasında yazırlar. Kiçik ölçüləri təsvirin konturuna yaxın, böyük ölçüləri isə
ondan uzaqda yerləşdirmək lazımdır. Bu halda kənaraçıxarılan
xətlər ölçü
xətlərini kəsməyəcəkdir (şəkil 11).
Dostları ilə paylaş: