19
2. ƏSAS HƏNDƏSİ QURMALAR
2.1 Düz xətt paraçasının bərabər nisbətdə bölünməsi
Verilmiş AB düz xətt parçasını iki və dörd bərabər
hissəyə bölmək üçün
onun A və B uclarından parçanın yarısından böyük olmaq şərtilə R radiuslu çevrə
qövsləri çəkilir. Qövslərin a və b kəsişmə nöqtələri
qeyd edilir və düz xətlə
birləşib AB xətt parçasını iki bərabər hissəyə bölür (şəkil 18,a). Əgər eyni qurma
AC və CB parçaları üçün aparılarsa, onda AB düz xətt parçası dörd bərabər
hissəyə bölənəcək (şəkil 18,b).
a b
Şəkil 18
AB parçasını istənilən (məsələn,7) bərabər hissəyə
bölmək üçün onun bir
ucundan (B nöqtəsi) ona iti bucaq altında şüa çəkilir (şəkil 18) və həmin şüa
üzərində B nöqtəsindən başlayaraq ölçü pərgarı vasitəsilə ixtiyari uzunluqda 7
bərabər hissə ayrılır. 7 bölgü nöqtəsi parçanın digər uc nöqtəsi ilə (A nöqtəsi)
birləşdirilir. 1-6 bölgü nöqtələrindən 7A xəttinə
paralel xətlər çəkilir ki, bu xətlər
də AB xətt parçasını 7 bərabər hissəyə bölür.
Dostları ilə paylaş: