2.2. İstehsal prosesinin səmərəli təşkilinə qoyulan əsas
tələblər
İstehsal, qeyd etdiyimiz kimi, cəmiyyətin mövcud olması və
inkişafı üçün zəruri olan maddi nemətlər istehsalı prosesidir.
İstehsal insan həyatının təbii şərti olub, digər fəaliyyət
növlərinində maddi əsasıdır. İstehsal cəmiyyətin inkişafının bütün
pillələrində mövcuddur. Konkret istehsal şəraitindən asılı olaraq
istehsalın məzmunu əmək prosesi müəyyən edir və aşağıdakı üç
şərti nəzərdə tutur: a) əməyin özü, yəni insanın məqsədə uyğun
fəaliyyəti; onun köməyi ilə insan şeylərə (predmetlərə) və təbiət
qüvvələrinə təsir göstərib onların tələbatını ödəyə biləcək formaya
salır. Əmək insan cəmiyyətinin həyat fəaliyyəti və inkişafının
əsasıdır. Əməyin məzmunu - tətbiq edilən texnikanın,
texnologiyanın və istehsalın təşkilinin növü ilə müəyyən olunur.
Texniki tərəqqi nəticəsində istehsalda ağır əl əməyinin xüsusi
çəkisi azalır, əqli əməyin əhəmiyyəti və payı artır. Əmək həmişə
istehsal vasitələri üzərində mülkiyyət formasından asılı olaraq
tarixdən müəyyən ictimai-iqtisadi formada olur. Hazırda əməyin
yaradıcı
məzmununun
gücləndirilməsinə,
mədəniyyətin
yüksəldilməsinə, yüksək ixtisaslı və yüksək məhsuldar işin
genişləndirilməsinə xüsusi əhəmiyyət verilir; b) əmək cisimləri,
yəni əmək prosesində bu və ya digər dəyişikliklərə məruz qalan və
istehlak dəyərinə çevrilən təbiət məhsulları. Əmək cisimləri
təbiətdən hazır şəkildə götürülən və ilk emaldan keçən əmək
cisimlərinə (məsələn, xammal və xammaterial) bölünür. Məhsulun
maddi əsasını əmələ gətirən əmək cisimləri - əsas materiallar,
əmək prosesinin özünə səbəb olan və ya əsas materiala yeni xassə
verən əmək cisimləri isə yardımçı materiallar adlanır. Elmi-texniki
inqilab şəraitində əmək cisimlərinin təbii qıtlığı yeni, təbiətdə
olmayan materiallar yaradılmasını sürətləndirir; onlar qabaqcadan
müəyyən edilən xassəyə malik olmaqla bir çox parametrlərinə
görə əvəz olunanlardan üstündür. Belə əmək cisimləri xalq
təsərrüfatının bir çox sahələrinin inkişafında inqilabi rol
oynayırlar. Belə materiallara misal olaraq konstruksiya
materiallarını göstərmək olar. Konstruksiya materialları
strukturunun keyfiyyətinin yaxşılaşdırılması, metal məhsullarının,
sintetik və digər mütərəqqi materialların qənaətcil növləri
istehsalın güclü inkişaf etdirilməsi, yeni texnika və texnologiyanın
işlənib hazırlanmasında xassəsi qabaqcadan müəyyən edilən
materiallardan, xüsusilə mütərəqqi konstruksiya, o cümlədən
sintetik, kompozisiya, çox təmiz materialdan və xalq
təsərrüfatında yüksək iqtisadi səmərəni şərtləndirən digər
materiallardan daha dolğun istifadə olunması bir vəzifə kimi
qarşıda durur. İstehsalın intensivləşdirilməsi və qənaət rejiminin
gücləndirilməsi şəraitində əmək cisimlərindən kompleks və
səmərəli istifadə olunması və istehsalın material tutumunun aşağı
salınması vəzifələri həll edilir; v) əmək alətləri, yəni insanların
əmək cisimlərinə təsir göstərib öz tələbatına uyğun şəkilə salmaq
üçün istifadə etdiyi mexaniki əmək vasitələri - maşınlar,
dəzgahlar, avadanlıqlar, mühərriklər, texnoloji alət və tərtibatlar;
bunlar məcmusunu K.Marks istehsalın sümük və əzələ sistemi
adlandırmışdır (bax Marks K., Kapital, c.1, B., 1969, səh. 186).
Onlar əməyin texniki silahlanması ölçüsüdür iş qüvvəsinin inkişaf
meyarıdır, cəmiyyətin təbiət qüvvələrinə yiyələnmə dərəcəsi
göstəricisidir.
Əmək
məhsuldarlığı
əmək
alətlərinin
mövcudluğundan, tərkibindən, texniki səviyyəsindən və istifadə
dərəcəsindən çox-çox asılıdır. Elmi-texniki inqilab şəraitində
maşın-avtomat kompleksi, elektron-hesablama texnikası, rəqəmli
proqramla idarə olunan dəzgahlar, çevik avtomatlaşdırılmış
istehsal və digər mütərəqqi texnika kimi əmək alətlərinin
əhəmiyyəti kəskin artır. Odur ki, maşınqayırma elə yüksək texniki-
iqtisadi səviyyəli maşın, avadanlıq və cihazlar kompleksləri
buraxmalıdır ki, onlar istehsalın texnologiyasında və təşkilində
inqilabi
dəyişilikləri,
əmək
məhsuldarlığının
qat-qat
yüksəldilməsinin, istehsalın material tutumunun və məhsulun
enerji tutumunun azalmasını, buraxılan məhsulun keyfiyyətinin
yaxşılaşdırılmasını, fond veriminin artırılmasını təmin etmiş
olsun. Avtomatlaşdırmanın müasir mərhələsi elektron hesablama
texnikasındakı inqilaba, xalq təsərrüfatının elektronlaşdırılmasına,
çevik istehsal sisteminin sürətlə inkişafına əsaslanır. Əmək
alətlərində inqilabi dəyişiliklər cəmiyyətin madditexiniki
bazasının yeniləşdirilməsinin, elmi-texniki və sosial-iqtisadi
tərəqqinin sürətləndirilməsinin, maşınqayırmada və xalq
təsərrüfatının bütün digər sahələrində yüksək texniki səviyyəyə
nail olunmasının mühüm şərtidir. İnsanın fəaliyyəti əmək
alətlərinin köməyi ilə əmək cisimlərində əvvəlcədən nəzərdə
tutulan dəyişiklikləri yaradır. Başqa sözlə, məhsuldar qüvvələrin
hər bir konkret inkişaf səviyyəsində əmək prosesinin (istehsalın)
üç sadə anından ikisi, yəni əmək cisimləri və əmək alətləri daimi,
yalnız biri (əməyin özü) dəyişəndir. Bu baxımdan əmək alətləri və
əmək cisimləri istehsalın əşya, maddi ünsürü olub məhsuldar
qüvvələrin konkret inkişaf səviyyəsi ilə şərtlənir, insanın məqsədə
uyğun fəaliyyəti və ya əməyin özü isə canlı ünsür olmaqla
məhsuldar qüvvələrin konkret inkişaf səviyyəsində ictimai
istehsalın səmərəliliyinə mühüm təsir göstərir. İstehsalın iki
növünü: maddi və qeyri-maddi növlərini fərqləndirirlər. Maddi
istehsalın əsas meyarı əmək vasitələrinin köməyi ilə təbiət
cisimlərinə təsir göstərməsidir. Maddi istehsal sahəsində insanlar
maddi nemətləri təklikdə, təcrid olunmuş şəkildə istehsal etmirlər.
Onlar maddi nemətləri birlikdə istehsal edir və bu zaman müəyyən
istehsal münasibətlərinə girirlər. Buna görə də maddi nemətlər
istehsalı həmişə ictimai istehsaldır. Maddi istehsal sahələrində
ümumi ictimai məhsul və milli gəlir yaradılır. Maddi istehsal
sahələrində sərf edilən əmək maddi nemətlərdə - istehsal
vasitələrində, yaxud istehlak predmetlərində maddiləşir. Maddi
istehsal sahəsinə sənaye, kənd təsərrüfatı, tikinti, yük nəqliyyatı
istehsala xidmət edən rabitə, habelə istehsalın gedişini davam
etdirdikdə və maddi nemətlərin istehlakçıya çatdırdıqda ticarət,
ictimai iaşə, maddi-texniki təchizat tədarük və satış işi aiddir.
Sənaye müəssisələrində çalışan bütün işçilərin təqribən 50%-i
maddi istehsal sahələrində çalışırlar. Maddi istehsal - insan
fəaliyyətinin həlledici sahəsidir; maddi rifahın artması və ölkənin
müdafiəsinin möhkəmləndirilməsi imkanı onun inkişafından
asılıdır. Odur ki, hazırda təsərrüfat mexanizminin, investisiya
siyasətinin, elmi-texniki tərəqqinin sürətləndirilməsi sahəsində
həyata keçirilən kompleks tədbirlər ilk növbədə maddi istehsal
sahəsinin hər tərəfli inkişafına və təkmilləşdirilməsinə, onun
yüksək dünya səviyyəsinə uyğunluğunun təmin edilməsinə
yönəldilmişdir. Qeyri-maddi istehsal sahələrində bilavasitə maddi
nemətlər yaradılmır, lakin o, maddi istehsalın normal və fasiləsiz
inkişafı üçün lazım olan bütün zəruri şəraiti təmin edir. Qeyri-
maddi istehsal sahəsinə müəssisənin tibb məntəqəsi,
mənzilkommunal təsərrüfatı, idman bazası, kulub və mədəniyyət
evi və s. aiddir. İqtisadiyyatın sosial inkişaf istiqamətinin
gücləndirildiyi şəratində ictimai tələbatın ödənilməsində qeyri-
istehsal sahəsinin rolu xeyli yüksəlir. İctimai istehsalın 34 inkişafı
xeyli dərəcədə xalq təsərrüfatının, elm və mədəniyyətin təşkili və
idarə edilməsindən asılıdır. Həm əhalinin tələbatının ödənilməsi
üçün və həm də istehsalın inkişafı üçün mənzil-kommunal
təsərrüfatının, səhiyyənin, maarifin təkmilləşdirilməsinin böyük
əhəmiyyəti vardır. Statistik məlumatların araşdırılması göstərir ki,
son illərdə xalq təsərrüfatında məşğul olanların ümumi sayında
qeyri-istehsal sahələrində çalışanların sayı tədricən artır. İstehsalın
iki tərəfi var: məhsuldar qüvvələr və istehsal münasibətləri.
Məhsuldar qüvvələr - istehsal vasitələri və onların öz əmək vərdişi,
istehsalat təcrübəsi və biliyi sayəsində hərəkətə gətirən insanlardır.
İstehsal vasitələrinə əmək vasitələri və əmək cisimləri aiddir.
İstehsal vasitələrinin daima təkmilləşdirilməsi məhsuldar
qüvvələrin inkişafının mühüm şərtidir. Məhsuldar qüvvələrin
müasir inkişaf mərhələsi üçün yüksək məhsuldar maşın-
avtomatların,
robottexnika
komplekslərinin,
mütərəqqi
texnologiyanın (məsələn, elektron-şua, plazma və s.) tətbiqi
səciyyəvidir. Məhsuldar qüvvələrin başlıca ünsürü insandır.
İstehsal münasibətləri - maddi nemətlər istehsalı, bölgüsü,
mübadiləsi və istehlakı prosesində insanlar arasındakı
münasibətləri xarakterizə edir. İstehsal münasibəti iki formada:
təşkilati-istehsal və ictimai-istehsal formalarında çıxış edir.
Təşkilati-istehsal münasibətləri məhsuldar qüvvələrin təşkilini və
xarakterini, məsələn, əməyin təşkili və bölgüsünü, ictimai-istehsal
münasibətləri isə istehsal vasitələrinin ictimai mənimsənilməsi
forması və xarakteri ilə müəyyən olunan insanlar arasındakı
münasibətləri ifadə edir. İstehlak - iqtisadi tələbatın ödənilməsi
prosesində ictimai məhsulun istifadə edilməsidir. İstehlak özünü
iki formada: məhsuldar istehlak və qeyri-məhsuldar istehlak
formasında büruzə verir. Məhsuldar istehlak istehsal prosesində
istehsal vasitələrinin və iş qüvvəsinin istehlakını, qeyri-məhsuldar
istehlak isə əmək kollektivinin və ictimai tələbatın ödənilməsi
istehlakını ifadə edir. İstehlakla istehsal vəhdətlik təşkil edir, yəni
hər hansı bir istehsal prosesi eyni zamanda yeni maddi nemətlər
yaradılması üçün istifadə edilən istehsal vasitələrinin istehlakı
prosesidir. İstehsal prosesinin ictimai formasından asılı olmayaraq
bu proses fasiləsiz getməlidir, yəni hər bir iş yerində kifayət qədər
istehsal vasitələri olmalıdır. Başqa sözlə, istehlak - istehsalın son
məqsədidir. İstehsalsız istehlak olmadağı kimi istehsalsızda
istehsal yoxdur. Bölgü - ictimai istehsalın zəruri ünsürlərindən
biridir. O, istehsal vasitələri və istehsalçıların cəmiyyətdəki
bölgüsü və istehlak şeylərinin bölgüsündən ibarətdir. Bölgünün
xarakteri hakim istehsal üsulunun xarakteri ilə müəyyən edilir.
Odur ki, bölgü istehsala müəyyən təsir edir, yəni onun inkişafını
sürətləndirə, yaxud ləngidə bilər. Mübadilə - istehsal və bölgü ilə
istehlak arasında əlaqələndirici vasitədir (halqadır). Başqa sözlə,
mübadilə arzu olunan obyektin kimdənsə alınması əvəzinə ona hər
hansı başqa bir şeyin təklif edilməsi hadisəsidir. Mübadilənin baş
verməsi üçün aşağıdakı beş şərt olmalıdır: birincisi, ən azı iki tərəf
olmalıdır; ikincisi, hər tərəf digərinə lazım olan nəyəsə malik
olmalıdır; üçüncüsü, hər bir tərəf öz əmtəəsini istehlakçılara
çatdırmaq imkanına malik olmalıdır; dördüncüsü, hər bir tərəf
digərinin təklifini qəbul, yaxud rədd etməkdə müstəqil olmalıdır;
nəhayət, hər bir tərəf digəri ilə iş görməyin (əlaqəyə girməyin)
məqsədə uyğunluğuna və faydalılığına əmin olmalıdır. Sənaye
müəssisələrində maddi-enerji, əmək və maliyyə ehtiyatlarından
səmərəli istifadə olunmasında istehsalın düzgün təşkili müstəsna
rol oynayır. Belə ki, sənaye müəssisələrində istehsal səmərəli
təşkil edilərsə, onda müəssisə nəinki ən az xərclə daha çox məhsul
istehsal etmiş olar, eyni zamanda istehsal vaxtı və tsikli qısalar,
istehsal tullantıların və zay məhsulların miqdarı xeyli azalar,
növbədaxili və növbələrarası boşdayanma halları minimuma
endirilər, yaxud da tamamilə aradan qaldırılır, istehsal aparatından
və elmi-texniki potensialdan daha dolğun istifadə olunar ki, bütün
bunlarında əsasında əmək məhsuldarlığı artar, məhsulun
keyfiyyəti yüksələr və maya dəyəri aşağı düşər. Bunlar isə
istehsalın səmərəliliyinin yüksəldilməsinin əsas amillərindəndir.
İstehsalın təşkili – konkret sosial-iqtisadi şəraitdə canlı əməyin
istehsalın maddi ünsürləri ilə səmərəli əlaqələndirilməsinə
yönəldilmiş kompleks tədbirləri əhatə edir. Xalq təsərrüfatı,
sənaye və müəssisə səviyyələrində istehsal təşkilini fərqləndirirlər.
Xalq təsərrüfatı miqyasında istehsalın təşkili səmərəli sahə
strukturunun seçilməsi, respublikanın regionlarının proporsional
inkişafını tələb edir. Sənaye səviyyəsində istehsalın təşkili onun
təmərküzləşdirilməsində, sənaye müəssisələrinin səmərəli
ölçüsünün əsaslandırılmasında və seçilməsində, onların
ixtisaslaşdırılmasında, kooperativləşdirilməsində, kombinələş-
dirilməsində və ərazicə yerləşdirilməsində təzahür edir. Müəssisə
miqyasında istehsalın təşkili ilə məkan, zaman və funksional
aspektlərdə həyata keçirilir. Funksional aspekt istehsal
proseslərinin müxtəlif mərhələlərində (pillələrində) qarşılıqlı
əlaqələrin yaradılmasını, məkan aspekti – müəssisə və onun
istehsal bölmələrində həyata keçirilən istehsal proseslərinin məkan
etibarilə, zaman aspekti isə həmin proseslərin vaxt etibarilə bir-
birlərinə uyğunluğunu nəzərdə tutur. Lakin buna baxmayaraq
bütün hallarda istehsalın səmərəli təşkili aşağıdakı əsas prinsipləri
gözlənilməsi tələb edir. Mütanasiblik Prinsipi – müəssisənin sex,
istehsal sahəsi və iş yerləri üzrə məhsul buraxılışının
uyğunlaşmasını nəzərdə tutur. İstehsalın mütanasibliyinin təmin
edilməsi – onun “dar, zəif” yerlərinin aradan qaldırılması və
beləliklə də müəssisənin, sexin, istehsal sahəsinin və ayrı-ayrı iş
yerlərinin mövcud istehsal güclərindən, məhsul buraxma
qabiliyyətindən tam istifadə olunması deməkdir. İstehsalın
mütənasibliyini müəyyən etmək üçün mütənasiblik əmsalından
istifadə edilir. Bu əmsalı hesablamaq üçün iş həcminin normativ
əmək tutumunu hər bir işçinin vaxt məsrəfinin tam bərabərliyi
şəraitində icraçının əməliyyatı yerinə yetirilməsi vaxtının
icraçıların sayına olan hasilinin nisbətinə bölmək lazımdır.
Fasiləsizlik Prinsipi – istehsal vaxtının qısaldılmasının və deməli,
onun səmərəliliyinin yüksəldilməsinin ən mühüm şərtlərindən
biridir. İstehsalın fasiləsizliyi Prinsipi onun elə təşkilini nəzərdə
tutur ki, bu zaman təşkilati-texniki səbəblər üzündən texnoloji
avadanlıqların və digər texniki vasitələrin boş dayanma halları
olmasın, bütün iş vaxtı ərzində normal iş rejimi təmin edilsin,
avadanlığın işinin növbəlik əmsalı artırılsın. İstehsalın
fasiləsizliyini müəyyən etmək üçün fasiləsizlik əmsalından
istifadə edilir ki, bunuda hesablamaq üçün növbə ərzindəki fasilə
vaxtlarının məcmusu, həmin növbənin faydalı iş vaxtı fondunun
kəmiyyətinə bölmək lazımdır. Ahəngdarlıq Prinsipi – dövrlər (ay,
ongünlük, günlük və saat) üzrə bərabər, yaxud artan ölçüdə (əgər
belə bir artım planda nəzərdə tutulmuşdursa) məhsul buraxılışını
nəzərdə tutur. İstehsalın qeyri – ahəngdarlığı mövcud istehsal
güclərindən, maddi-enerji və əmək ehtiyatlarından istifadəni
pisləşdirir, məhsulun keyfiyyətinə mənfi təsir göstərir və s.
İstehsalın ahəngdarlığının təmin olunmasında onun operativ
planlaşdırılması mühüm rol oynayır. İstehsal ahəngdarlığını
müəyyən etmək üçün ahəngdarlıq əmsalından istifadə edilir. Bu
əmsalı təyin etmək üçün ongünlüklər üzrə buraxılan məhsulun
həcmini, bütövlükdə ay üzrə məhsul buraxılışının həcminə bölmək
lazımdır. Ahəngdarlıq əmsalını nəinki ongünlüklər üzrə, həmçinin
eyni qayda ilə günlük, növbəlik və saatlıq üzrə də hesablamaq olar.
Paralellik Prinsipi – istehsal prosesinin bütün mərhələləri üzrə
ayrı-ayrı əməliyyatların eyni vaxtda, yəni paralel surətdə yerinə
yetirilməsi ilə xarakterizə olunur. İstehsal prosesinin paralelliyi
eyni vaxtda həyata keçirilən əməliyyatların sayını artırır ki, bu da
istehsal vaxtının və tsiklinin qısaldılmasına səbəb olur. İstehsalın
paralelliyini müəyyən etmək üçün paralellik əmsalından istifadə
edilir və onu hesablamaq üçün paralel surətdə həyata keçirilən
əməliyyatların sayını, ümumi əməliyyatların sayına bölmək
lazımdır. Düzxətlilik Prinsipi – elə bir istehsalın təşkilini nəzərdə
tuturki, bu halda aralıq həlqələr aradan qaldırılır və istehsal
prosesində əmək cisimlərinin ən qısa hərəkət yolu təmin edilir.
İstehsalın təşkilinin düzxətliliyini müəyyən etmək üçün düzxətlilik
əmsalından istifadə edilir. Bu əmsalı hesablamaq üçün əməliyyatın
yetirilməsinin ən qısa hərəkət yoluna sərf olunan vaxtı, həmin
əməliyyatın faktiki hərəkət yoluna sərf olunan vaxta bölmək
lazımdır. Avtomativlik Prinsipi – butövlükdə istehsalın iqtisadi
cəhətdən məqsədə uyğun avtomatlaşdırılmasını nəzərdə tutur. Bu
zaman istehsal prosesləri (əməliyyatlar) işçinin iştirakı olmadan
avtomatlaşdırılmış mexanizmlər vasitəsilə həyata keçirilir.
İstehsalın təşkilinin avtomatiklik səviyyəsi avtomatiklik əmsalı ilə
xarakterizə olunur və avtomatik mexanizmlərin köməyi ilə yerinə
yetirilən əməliyyatların ümümi əməliyyatlara olan nisbəti kimi
təyin edilir. İxtisaslaşdırma prinsipi – icraçıların iş funksiyalarının
ixtisaslaşdırılmasını nəzərdə tutur. Bu, əmək bölgüsü və əmək
kooperasiyasının həddinin dəqiq müəyyənləşdirilməsi nəticəsində
əldə edilir. İstehsalın ixtisaslaşdırılması səviyyəsini müəyyən
etmək üçün işçilərin sayını həmin işçilərin yerinə yetirdikləri
əməliyyatların miqdarına bölmək lazımdır.
Dostları ilə paylaş: |