Dərs vəsaiti Bakı 2023


 İstehsal prosesinin müxtəlifliyi və təsnifatı



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə15/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

2.3. İstehsal prosesinin müxtəlifliyi və təsnifatı
İstehsal prosesi – maddi istehsalın əsasını təşkil edərək 
müəyyən növ məhsulların təkrar istehsalı ilə səciyyələnir. Təkrar 
istehsal – istehsal prosesinin fasiləsiz olaraq yenidən başlanması, 
daim təkrarlanması deməkdir və maddi nemətlərin, iş qüvvəsinin 
və istehsal münasibətlərinin təkrar istehsalını əhatə edir. İstehsal 
prosesinin dəyişməz ölçüdə təkrar olunduğu sadə təkrar istehsal və 
onun artan miqyasda yenidən başlanmasından ibarət olan geniş 
təkrar istehsal fərqləndirilir. Geniş təkrar istehsalda izafi məhsulun 
müəyyən hissəsi müntəzəm olaraq istehsalın artırılması və texniki 
cəhətdən təkmillşədirilməsi üçün istifadə olunur. Təkrar istehsalın 
xarakteri istehsal münasibətlərindən və tarixi şəraitdən asılıdır. 


Geniş təkrar istehsalın iki növü fərqləndirilir: ekstensiv və intensiv 
təkrar istehsal. Ekstensiv təkrar istehsal əlavə əmək və maddi 
ehtiyatların tətbiqi əsasda həyata keçirilir. İntensiv təkrar istehsal 
isə məhsul vahidi və ya onun faydalı effektinin vahidi hesabı ilə 
əmək məsrəflərinə, maddi resurslara və əsaslı vəsait qoyuluşuna 
qənaət edilməsinə səbəb olan daha səmərəli istehsal vasitələrinin 
tətbiqi əsasında aparılır. İstehsal prosesində insanlar əmək alətləri 
ilə əmək cisimlərinə təsir edərək onda əvvəlcədən düşünmüş 
keyfiyyət, bəzi hallarda isə kəmiyyət dəyişilikləri əmələ gətirir, 
yəni onu müəyyən əmək məhsuluna çevirir. İnsanın bu fəaliyyəti 
nəticəsində əmək cismi bir sıra dəyişilmə mərhələlərindən keçir. 
Texnoloji cəhətdən yekcins və bitmiş hər bir belə mərhələ bütöv 
bir istehsal prosesinin müəyyən hissəsidir. Məsələn, maşınqayırma 
zavodlarında əksər hissələrin (komplektləşdirici məmulatların) 
istehsalı hazırlıq, emaletmə və yığma mərhələlərini keçir. 39 
İnsanlar öz tələbatlarını ödəmək üçün daima təbiətlə təmasda 
olmuş, ona təsir etmiş və ondan öz məqsədlərinə görə istifadə 
etmişlər. Ancaq fərq bunun necə və hansı üsullarla əldə 
edilməsindədir. Bu onu göstərir ki, əmək həmişə cəmiyyətin 
həyatında əsas rol oynamış və daima oynayacaqdır. İnsanın əmək 
fəaliyyəti, istehsal prosesi ilə, habelə təkrar istehsalın ayrı-ayrı 
fazaları – istehsal, bölgü, mübadilə və istehlakla əlaqədardır. Belə 
ki, insanlar istehlak edə bilmək üçün istehsal etmişlər, istehlak edə 
bilməsəydilər istehsal edə bilməzdilər. Beləliklə, istehsal prosesi, 
tələbatı ödəmək üçün istehsal vasitələrindən istifadə etməklə 
maddi nemətlər istehsalı üzrə insanların fəaliyyətidir. Özüdə təbiət 
cisimlərinin dəyişdirilməsində insan əmək alətlərindən məqsədə 
uyğun şəkildə istifadə edir. Bu baxımdan əmək – insanın məqsədə 
uyğun fəaliyyətidir. Beləliklə, istehsal prosesi dedikdə, bir-birilə 
qarşılıqlı surətdə əlaqədar olan və məhsulun hazırlanmasının 
texnoloji hazırlığı üzrə aparılan müxtəlif əməliyyatların məcmusu 
nəzərdə tutulur. Ümumi şəkildə istehsal prosesi iki hissədən: əmək 
və təbii proseslərdən ibarətdir. Onlardan əmək prosesi əsas təşkil 
edir. Əmək prosesi mürəkkəb ictimai və iqtisadi hadisə olub, yeni 


istehlak dəyəri yaratmaq məqsədilə əməyin daşıyıcısı kimi çıxış 
edən işçi qüvvəsinin və istehsal proseslərinin birləşdirilməsi və 
istehlakı prosesidir. Əmək prosesi fizioloji və ictimai mahiyyətə 
malikdir. O, bir tərəfdən insanın təbiət cisimlərinə təsir edərək onu 
özünün tələbatına uyğunlaşdırılması prosesidir. İnsan təbiət 
cisimlərinə təsir edərkən fiziki enerji sərf edir. Bu vəziyyət əmək 
prosesinin fizioloji tərkibini səciyyələndirir. Digər tərəfdən, əmək 
prosesində insanlar əmək alətlərinin vasitəsilə əmək cisimlərinə 
təsir göstərərək bir-birləri ilə müəyyən münasibətdə olurlar. Bu 
baxımdan əmək prosesi ictimai mahiyyət kəsb edir. Beləliklə, 
əmək prosesi insanın əmək cisimlərinə təsiri prosesi baxımından 
konkret iş yerində hər hansı bir tapşırığı icra edən işçilərin 
məqsədəuyğun fəaliyyətinin məcmusudur. Bu mənada “əmək 
prosesi” anlayışı “istehsal prosesi” anlayışına nisbətən daha dar 
anlayışdır. Bundan başqa istehsal prosesində əmək cisimlərinə 
yalnız insanlar təsir göstərmir, bir sıra hallarda onlar əmək 
proseslərindən kənarda, yəni insanın iştirakı olmadan təbii 
proseslərin təsiri altında olur. Məsələn, çörək bişirmə zavodlarında 
xəmirin təbii acıması (qıcqırması) prosesi, mebel fabrikində 
odunacağın təbii surətdə qurulması, süxurların elektrik peçlərində 
qurudulması və s. Lakin, istehsal prosesinin tərkibində təbii 
proseslərin xüsusi çəkisi elmi-texniki tərəqqinin təsiri altında, yəni 
mütərəqqi texnoloji proseslərin tətbiqi nəticəsində getdikcə azalır 
və yaxud tamamilə yeni mütərəqqi süni proseslərlə əvəz olunur. 
Məsələn, süxurların, taxta-şalbanın və s. xüsusi qızdırıcı peçlərdə 
qurudulması təbii proseslərin tamamilə aradan qaldırılmasına 
imkan 
verir. 
Qeyd 
edək 
ki, 
istehsal 
proseslərinin 
mexanikləşdirilməsi 
və 
avtomatlaşdırılması 
səviyyəsinin 
yüksəldilməsi nəticəsində əmək proseslərinində xüsusi çəkisi 
azalır, çünki insan fəaliyyətinin xarakteri dəyişilir, yəni bu zaman 
insan fəaliyyətinin əsas funksiyası əmək alətlərinə proqram tərtib 
etməkdən və əmr (sərəncam) verməkdən ibarət olur. Digər 
tərəfdən, 
istehsal 
proseslərinin 
mexanikləşdirilməsi 
və 
avtomatlaşdırılması səviyyəsinin yüksəldilməsi istehsal vaxtı ilə 


əmək arasında fərq əmələ gəlməsinə səbəb olur. İstehsal vaxtı 
dedikdə, müəssisə vəsaitinin istehsal sahəsində olması müddəti 
başa düşülür. İstehsal vasitələrinin müəssisəyə daxil olduğu andan 
hazır məhsul buraxılışına kimi olan dövr (müddət) istehsal vaxtı 
adlanır. Adətən, istehsal vaxtı özündə üç dövrü birləşdirir: istehsal 
vasitələrinin ehtiyatda olması dövrü (məsələn, xammal və 
materialların müəssisə anbarında olduğu vaxt); emal dövrü (əmək 
prosesində əmək cisimlərinin əmək alətlərinin təsirinə məruz 
qaldığı vaxt) və nəhayət, təbii proseslər dövrü (əmək cimlərinin 
fiziki, kimyəvi, bioloji və s. proseslərə məruz qaldığı vaxt). 
İstehsal vaxtının qısaldılmasının böyük iqtisadi əhəmiyyəti vardır. 
Çünki istehsal vaxtının qısaldılması iş növbəsi ərzində istehsal 
olunan məhsulların miqdarının artmasına, dövriyyə fondlarında 
istifadənin yaxşılaşdırılmasına imkan verir. İstehsal vaxtının 
qısaldılmasının əsas yolları yeni texnika və mütərəqqi texnoloji 
prosesləri tətbiq etməkdən, möcud texnoloji avadanlıqları 
modernləşdirməkdən, istehsal texnologiyasını təkmilləşdirməklə, 
istehsalı və əməyin daha səmərəli təşkil etməkdən, iş vaxtı 
itkilərini və boş dayanma hallarını aradan qaldırmaqdan və s. 41 
ibarətdir. Əməyin xarakterindən və istehsal prosesinin həyata 
keçirilməsində fəhlənin (işçinin) rolundan asılı olaraq əmək 
proseslərinin aşağıdakı növlərini fərqləndirirlər. a) əl əməyinin 
tətbiqinə əsaslanan proseslər – zamanı əmək prosesi ya tamamilə 
əldə, ya da heç bir enerji növündən məmulatın üzərinə çəkilməsi, 
məmulatların taralara qablaşdırılması, kərpicin qoyulması və s; b) 
əl-mexanikləşdirilmiş proseslər – bu və ya digər enerji növlərindən 
istifadə etməklə hər hansı mexanikləşdirilmiş əmək vasitələrinin 
köməyi ilə fəhlənin (işçinin) bilavasitə yerinə yetirdiyi 
proseslərdən ibarətdir. Məsələn, ütü ilə parçanın ütülənməsi, 
elektrik burğusu ilə deşik açma, pnevmatik alətlə hissənin 
pərçimlənməsi və kəsilməsinə və s; c) maşın-əl prosesləri – icrası 
mexanizmlərin, maşınların həyata keçirdikləri proseslərin fəhlə 
tərəfindən istiqamətləndirilməsidir. Məsələn, tikiş maşınında 
məmulatın tikilməsi, metal kəsən və ağac emalı dəzgahlarında əl 


ilə verilməklə hissənin emalı və s; d) maşınlı proseslər-onunla 
səciyyələnir ki, burada əmək cisimləri fəhlənin idarəetdiyi maşının 
icra mexanizminin köməyi ilə emal olunur, köməkçi işlər isə əl ilə 
fəhlə tərəfindən həyata keçirilir. e) avtomatlaşdırılmış proseslər – 
avtomatlaşdırılmış mexanizmlər, cihazlar və s. vasitəsi ilə həyata 
keçirilir. Belə proseslərdən fəhlənin funksiyası mexanizmin 
düzgün sazlanmasına, onun vaxtlı-vaxtında xammal və materiala 
yüklənməsinə və hazır məhsulun boşaldılmasına nəzarət etməkdən 
ibarətdir; f) aparatlaşdırılmış proseslər – xüsusi aqreqatlarda 
(məsələn, marten peçlərində, elektrik vannalar da və s.) əmək 
cisimlərinə istilik, elektrik və ya kimyəvi enerjinin təsiri ilə yerinə 
yetirilir. Bu zaman işçi istehsal prosesinin gedişini müşahidə edir. 
Əmək (istehsal) prosesləri və ayrı-ayrı əməliyyatlara, əməliyyatlar 
keçidlərə, keçidlər isə əmək fəndlərinə, fəaliyyətinə və 
hərəkətlərinə ayrılır. Əmək proseslərinin əməliyyatlara ayrılması 
dərəcəsi və onların tərkibi istehsalın miqyasından və 42 
ixtisaslaşdırılması səviyyəsindən, tətbiq olunan texnika və 
texnoloji proseslərin xarakterindən, istehsalın və əməyin 
təşkilindən asılıdır. Əməliyyat – məlum iş yerində əmək cismi 
üzərində həyata keçirilən istehsal (əmək) prosesinin ayrılmış bir 
hissəsidir. Əməliyyat bir və ya bir qrup fəhlə tərəfindən prosesində 
fəhlənin bütün ardıcıl hərəkətlərini əhatə edir. Odur ki, fasiləsiz 
istehsal proseslərində əməliyyat dedikdə, şərti olaraq müddəti bir 
iş növbəsinə bərabər olan istehsal proseslərinin müəyyən bir 
hissəsi nəzərdə tutulur. Əməliyyat əmək alətləri və əmək 
cisimlərinin daimiliyi ilə, habelə əmək məhsulunun texnoloji 
tamlığı ilə səciyyələnir. Keçid – istehsal prosesinin texnololji 
cəhətdən yekcins və təşkilati nöqteyinəzərdən isə bölünməz 
hissəsidir. Məsələn, topnaçı torna dəzgahında pəstahı emal 
edərkən onun ucunu kəsir, burğulayır, yonur və deşir, beləliklə o, 
dörd keçiddən ibarət bir əməliyyat həyata keçirir. Əmək fəndi – 
fəhlənin müəyyən məqsədi təyinatı olan bitmiş fəaliyyətinin 
məcmusudur. Əmək fənləri əsas və köməkçi ola bilər. Təyinatlı 
əmək cisminin dəyişilməsi üzrə məlum texnoloji prosesin 


məqsədinin bilavasitə həyata keçirilməsindən ibarət olan fəndlərə 
əsas fondlar, əsas fondların normal gedişatını təmin edən fəndlərə 
isə köməkçi fondlar deyilir. Əmək fəaliyyəti əmək fəndinin bir 
hissəsi olub, fəhlənin özünün, onun növbəsinin, bilək və 
barmaqlarının bir sıra fiziki hərəkətləri məcmusundan ibarətdir. 
Əmək proseslərinin mürəkkəbliyinə baxmayaraq, hər bir əl işi iki 
əsas fəaliyyətin birləşməsi kimi çıxış edir: onlardan birincisi, əmək 
cismini götürmək, ikincisi isə onun yerini dəyişdirmək (məsələn, 
qoymaq, çıxarmaq, döndərmək və s.) İstehsal prosesində 
əməliyyatlar istehsalın təşkilatının əsas ünsürləri ilə həm məkan, 
həm də zaman etibarı ilə elə əlaqələndirilməlidir ki, istehsal 
vasitələrindən səmərəli istifadə edilmiş olsun. Müxtəlif sənaye 
müəssisələrində bu əlaqələndirmənin üsulları müxtəlif ola bilər, 
lakin istehsal proseslərinin mütərəqqi təşkili bütün hallarda 
mütanasiblik, fasiləsizlik, ahəngdarlıq, paralellik, düzaxanlılıq, 
avtomatiklik və ixtisaslaşdırma prinsiplərinə əsaslanmalıdır. 43 
Sənaye müəssisələrində müxtəlif təyinatlı və xarakterli məhsullar 
hazırlandığında müxtəlif istehsal proseslərinin tətbiqi zərurəti 
meydana çıxır. Belə bir hal istehsal proseslərinin səmərəli təşkilini 
və həyata keçirilməsini müəyyən qədər çətinləşdirir. Odur ki, bəzi 
əlamətlərə görə istehsal proseslərini təsnifləşdirmək lazım gəlir. 
Adətən, istehsal prosesləri aşağıdakı əlamətlərə görə 
təsnifləşdirilir: a) məhsulun hazırlanmasındakı roluna görə – 
istehsalın prosesləri üç qrupa: əsas, köməkçi və xidmətedici 
istehsal proseslərinə ayrılır. Əsas istehsal prosesləri nəticəsində 
bilavasitə maddi nemətlər istehsal olunur. Əsas istehsal 
proseslərinə misal olaraq maşınqayırma zavodlarında hazırlıq, 
emaletmə və yığma proseslərini göstərmək olar. Köməkçi istehsal 
prosesləri bilavasitə məhsulun hazırlanmasında iştirak etmir, lakin 
onlar əsas istehsal proseslərinin normal gedişatı üçün bütün zəruri 
şəraiti yaradır. Belə proseslərə misal olaraq binaların, maşın və 
avadanlıqların təmirini, xammal və materialların qəbulunu, 
saxlanılmasını və iş yerlərinə paylanmasını göstərmək olar. 
Xidmətedici proseslər və köməkçi proseslər kimi bilavasitə 


məhsulun hazırlanmasında iştirak etmir, lakin onlar həm əsas, həm 
də köməkçi proseslərin normal gedişatını təmin edirlər. 
Xidmətedici proseslərə misal olaraq binaların qızdırılmasını, iş 
yerlərinin töküntülərdən təmizlənməsini və s. göstərmək olar; b) 
mürəkkəblik dərəcəsinə görə – sintetik, analitik və birbaşa istehsal 
prosesləri fərqləndirilir. Sintetik istehsal prosesində bir neçə növ 
xammal və materialdan bir növ məmulat (məsələn, avtomobil, 
saat, televizor, ayaqqabı və s.), analitik istehsal prosesində bir növ 
xammal və materialdan bir neçə növ məhsullar (məsələn, neftdən 
300-ə yaxın məhsullar alınır) və bir başa istehsal proseslərində isə 
bir növ xammal və materialdan yalnız bir növ məhsul (məsələn, 
pambıqdan ipliyin alınması) hazırlanır; c) əmək cisimlərinə 
etdikləri təsirə görə – mexaniki və fiziki-kimyəvi prosesləri 
fərqləndirirlər. Mexaniki istehsal prosesləri zamanı əmək 
cisimlərinin formasının, ölçüsünün və vəziyyətinin dəyişməsi 
mexaniki qüvvələrin təsiri altında baş verir. Mexaniki proseslər 
özləridə emaledici, forma əmələ gətirən və yığma proseslərə 
ayrılır. Fiziki-kimyəvi proseslər – istilik, kimyəvi və elektrik 
enerjisinin 44 təsiri altında materialların və onların daxili 
quruluşunun fiziki-kimyəvi və mexaniki xassələrində dəyişiliklər 
əmələ gətirən proseslərdir; d) mexanikləşdirilməsi və 
avtomatlaşdırılması dərəcəsinə görə – istehsal prosesləri əl, 
mexanikləşdirilmiş və avtomatlaşdırılmış proseslərə ayrılır. Bu 
zaman istehsal prosesləri ya əl ilə, yaxud maşın və mexanizmlərin 
köməyi ilə ya da avtomatik cihazların tətbiqi ilə həyata keçirilir, 
yəni insan nəzarət funksiyasını icra edir; e) ixtisaslaşdırılması 
dərəcəsinə görə – universal və ixtisaslaşdırılmış istehsal prosesləri 
fərqləndirilir. Fərdi və kiçik seriyalı istehsal şəraitində universal 
proseslər, iri seriyalı və kütləvi istehsal şəraitində isə 
ixtisaslaşdırılmış proseslər tətbiq edilir. Məsələn, maşınqayırmada 
ixtisaslaşdırılmış proseslər daha geniş tətbiq edilir; f) təşkili tipinə 
görə – istehsal prosesləri fərdi, seriyalı və kütləvi istehsal 
proseslərinə ayrılır. İstehsal proseslərinin bu və ya digər tipə 
ayrılması məhsul buraxılışının kütləvilik dərəcəsindən asılıdır;


g) təşkili üsuluna görə – istehsal prosesləri fərdi, dəstəli və axınlı 
proseslərə bölünür.
Bunlardan iqtisadi cəhətdən ən səmərəlisi axınlı istehsal 
prosesləridir. Bu onunla izah edilir ki, axınlı istehsal proseslərinin 
tətbiqi 
istehsalın 
kompleks 
mexanikləşdirilməsini 
və 
avtomatlaşdırılmasını nəzərədə tutur. 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin