2.4. İstehsal prosesinin təkmilləşdirilməsi zəruriliyi
Sənaye müəssisələrində müxtəlif təyinatlı və xarakterli
məhsullar hazırlandığından müxtəlif istehsal proseslərinin tətbiqi
zərurəti meydana çıxır. İstehsalın səmərəliliyinin yüksəldilməsinin
mühüm şərtlərindən biri müəssisələrdə tətbiq olunan istehsal
proseslərinin
səmərələşdirilməsindən
ibarətdir.
İstehsal
proseslərinin səmərələşdirilməsi, nəticə etibarilə, həmin prosesin
maddi
məzmununu
təşkil
edən
əmək
proseslərinin
səmərələşdirilməsi deməkdir. İstehsal proseslərinin səmərəliyi-
məhsul vahidinə düşən xammal, material, yarımfabrikat, enerji
məsrəflərinin xüsusi çəkisi, hazır məmulatın keyfiyyəti, əmək
məhsuldarlığının səviyyəsi, prosesin intensivliyi, məhsulun maya
dəyəri ilə səciyyələndirirlir. Sənaye müəssisələrində əmək
prosesləri əmək vasitələrinin və iş qüvvəsinin istehlakı
baxımından, bir tərəfdən texniki–texnoloji, digər tərəfdən isə əmək
ünsürlərinin təkmilləşdirilməsi istiqamətlərində səmərələşdirilir.
Əmək proseslərinin təkmilləşdirilməsinin ən mühüm istiqaməti
istehsalın kompleks mexanikləşdirilməsi və məhsuldarlı texnoloji
avadanlıqlarla, alət və qurğularla, mütərəqqi texnologiya ilə təchiz
olunmasından ibarətdir. Əmək proseslərinin səmərələşdirilməsi
aşağıdakı istiqamətlərdə həyata keçirilir: a) məlum iş yerinə bu və
ya digər istehsal əməliyyatlarının, texnoloji proseslərin təhkim
olunması məqsədəuyğunluğunun müəyyən edilməsi. Bu iş yerinin
ixtisaslaşdırılması dərəcəsinin artırılması, dəstədə (partiyada) olan
hissələrin sayının çoxaldılması, məlumat buraxılışının daha
səmərəli ardıcıllığının müəyyənləşdirilməsi üzrə tədbirlər aiddir;
b) texnoloji avadanlığın, alət və qurğuların işinin səmərəliliyini və
qənaət çilliyini təmin edən tədbirlərin işlənib hazırlanması. Buraya
texnoloji avadanlıq və alətlərin iş rejiminin artırılması, eyni vaxtda
emal olunan hissələrinin sayının çoxaldılması, səmərəli soyutma
qızdırma və yığma rejiminin tətbiqi, emal edilən hissələri
avtomatik yükləyən və boşaldan qurğuların tətbiqi və s. tədbirlər
aiddir; c) materialların, yarımfabrikatların və hazır məhsulların
nəql edilməsi və yerinin dəyişdirilməsi vasitələrinin və onlardan
istifadə şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin işlənib
hazırlanması; d) məlum əməliyyatların yerinə yetirilməsinin daha
səmərəli əmək proses lərinin tətbiqi, əməliyyatın və ya onun
ünsürlərinin mexanikləşdirilməsi və zamanca uyğunlaşması, artıq
ünsürlərin ləğv edilməsi hesabına onların sayının azaldılması,
yerinə
yetirilməsi
müddətlərinin
qısaldılması,
istehsal
proseslərində əmək cisimlərinin paralel hərəkət formalarının
tətbiqi, istehsalat şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər aiddir:
−
mövcud maddi-enerji ehtiyatlarından səmərəli istifadəni təmin
etmək;
−
istehsal şəraitinin və təhlükəsizlik texnikasının
yaxşılaşdırılması hesabına xəstəlik və xəsarətlərin sayını
azaltmaq;
−
müəssisə kollektivinin məcmuyu iş vaxtı fondundan
daha səmərəli istifadə olunması yollarını göstərməklə istehsalın
iqtisadi səmərəliliyinin daim artırılmasını təmin etmək və iş vaxtı
itkilərini
minimuma
endirmək.
Əmək
proseslərinin
səmərələşdirilməsinə yönəldilən bütün bu tədbirlər, nəticə
etibarilə, işçinin enerji sərfinə xeyli qənaət edilməsinə onun
əməyinin səmərəliliyinə səbəb olur, yəni əməyin intensivliyinə
böyük təsir göstərir və istehsalın həcminin artmasına imkan verir.
|