Dərs vəsaiti Bakı 2023



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə19/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

4.
 
Erqonomik. 
5.
 
Texniki estetika. 
Etibarlılıq 
- hər hansı bir obyektin verilmiş müddət 
ərzində öz istismar xassələrini saxlamaq qabiliyyətinə deyilir. 
Uzunömürlük 
- hər hansı bir obyektin öz qabiliyyətini 
son ana qədər saxlaması ilə xarakterizə edilir. 
 


Maşının dinamik keyfiyyəti 
- iş prosesində yaranan 
titrəmələrlə xarakterizə olunur. İş prosesində yaranan titrəmələr 
hazırlanan hissələrin keyfiyyətinə təsir edir. Onların ölçülərinin 
düzgün alınmasına, səthin kələ-kötürlüyünün artmasına və 
beləliklə də, keyfiyyətin aşağı düşməsinə səbəb olur. Deməli, 
dəzgahlar nə qədər sakit işləsələr, o qədər keyfiyyət yüksk olar. 
Hər bir maşın üçün dinamik keyfiyyət göstəriciləri müəyyən 
olunmalı və nəzarət edilməlidir. 
Erqonomik göstəricilər 
- insan, maşın və şərait arasında 
asılılıq yaratmaqdan ibarətdir. Bu o deməkdir ki, fizioloji, 
psixoloji, gigiyena cəhətdən elə bir optimal şərait yaratmaq 
lazımdır ki, insan belə bir şəraitdə öz iş qabiliyyətindən tam 
istifadə edə bilsin və yüksək məhsuldarlıq əldə olunsun 
(Məsələn, dünyanın və bəzi şəhərlərin - Riqanın dövlət 
elektrotexnika zavodunda bəzi əməliyyatlar həyata keçirməklə 
yüksək erqonomik göstəricilər əldə olunmuşdur). 
1.
İş yeri dövri olaraq 1-2 dəqiqəliyə 20% artıq işıqlandırılır. 
2.
Növbə ərzində “funksional” musiqi translyasiya edilir. 
3.
Növbə ərzində iki
dəfə iş yerinə kofe verilir. 
Bunlardan başqa zavodda xüsusi psixoloqlar var ki, 
fəhlələr arasında ziddiyyətlər yarandıqda, bu ziddiyyətləri 
aradan qaldırırlar. 
3.2. Dövlət standartlaşdırma sistemi 
 
TexniKi tərəqqidə standartlaşdırmanın rolunu artırmaq 
məqsədi ilə məhsulun keyfiyyətini yüksəltmək üçün keçmiş 
SSRİ 
Nazirlər 
Sovetinin 
qərarına 
əsasən 
Dövlət 
Standartlaşdırma sistemi yaradılmış və xalq təsərrüfatında tətbiq 
edilmişdir. 
Bu sistem müəyyən qayda və qanunların məcmusudur ki, 
burada standartlaşdırmanın əsas məqsəd və vəzifələri, onun 
idarə orqanlarının hüquq və vəzifələri, standartlaşdırma 
sahəsində görülən işlərin metodikası müəyyən olunmuşdur. 


Bundan başqa Dövlət standartlaşdırma sisteminin əsas vəzifəsi 
xalq təsərrüfatının bütün sahələri üçün standartlar tərtib etmək, 
çap etdirmək, müəssisələrə yaymaq, onların həyata 
keçirilməsinə nəzarət etməkdən ibarətdir. 
Beləlikİə, Respublikada Dövlət standartlaşdırma sistemi 
xalq təsərrüfatının bütün sahələrində standartlaşdırmanın 
təşkilati, metodoloji və təcrübi əsaslarını təşkil edir. 
Respublikada 
standartlaşdırma 
sistemi 
standartlaşdırmanın əsas vəzifələrini belə müəyyən edir: 
1.
Xalq təsərrüfatının bütün sahələrində texniki tərəqqini 
sürətləndirməli və əmək məhsuldarlığını yüksəltməli. 
2.
Hissələrin layihələndirilməsi prosesində, EH - 
maşınlarının tətbiqini genişləndirməli. 
3.
Məhsulun keyfiyyətini yaxşılaşdırmalı və onun 
optimal səviyyəsinə çatmalı. 
4.
Beynəlxalq 
iqtisadi 
və 
texniki 
əlaqələri 
genişləndirməli. 
5.
Xaricə ixrac olunan malları artırmalı və onların 
keyfiyyət göstəriciləri dünya bazarının tələblərini ödəməlidir. 
6.
İstifadə olunan materiala qənaət etməli. 
7.
Əhalinin sağlamlığını qorumalı və işçilərin əməyinin 
təhlükəsizliyini təmin etməli. 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin