Dərs vəsaiti Bakı 2023



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə21/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

Tipləşdirmə 
- standartlaşdırmanın elə bir üsuludur ki
burada əmək alətləri, avadanlıq, məhsulun müəyyən növləri 
tipləşdirilir və yaxud cəmləşdirilir. 
Tipləşdirmə iki yolla aparılır: 
1.
Mexanizmin konstruksiyalarının tipləşdirilməsi - 
burada bir sıra hissələr üçün eyni konstruksiya layihələndirilir. 
Bu zaman bu hissələrin öz konstruksiyaları nəzərdən keçirilməli, 
optimal variant yaradılmalı və mütləq bunlara bənzər ən yeni 
konstruksiyalar nəzərdən keçirilməli, elm və texnikanın 
nailiyyətlərindən istifadə olunmalıdır. 
2.
Texnoloji proseslərin tipləşdirilməsi - burada 
konstruktiv cəhətdən bir-birinə çox oxşayan hissələr üçün 
tipləşdirilmiş texnoloji proses yaradılır. 
Simplifikasiya 
- hissələrin tiplərinin müəyyən çərçivə 
dairəsində miqdarı elə ixtisar olunur ki, bu qalan miqdar dövrün 
tələbatını ödəyə bilir. 


3.4. Standartlaşdırmanın növləri 
 
Standartlar öz istifadə yerinə, məzmununa görə üç növə 
bölünürlər: 
I.
Xassə standartları - bunlara əsasən istifadə olunan 
materialın, əmək alətlərinin, ölçü cihazlarının xasssələrini 
müəyyən edirlər. 
II.
Metod və imkan standartları - buna əsasən hissələrin 
hazırlanması, sınaqdan çıxarılması, nəzarət olunması 
metodlarını və imkanlarını əks etdirirlər. 
III.
Qarşılıqlı anlaşma yaradan standartlar - bunlar əsasən 
terminləri, şərti qrafiki, beynəlxalq fiziki və riyazi işarələri əks 
etdirirlər. 
Bu standartlar ölkələr arasında texniki əlaqələrin 
genişləndirilməsində böyük rol oynayırlar. 
3.5. Standartların kateqoriyaları 
 
Öz təsir qüvvələrinə görə standartların aşağıdakı 
kateqoriyaları var: 
1. Respublika dövlət standatları. Dövlət standartlarının 
müəssisə, təşkilat və idarələr tərəfindən istifadə olunması 
vacibdir. Bu standartlar Dövlət standartlaşdırma komitəsi 
tərəfindən təsdiq olunur. Çox böyük əhəmiyyəti olan vacib 
standartlar isə Respublika Nazirlər Soveti tərəfindən təsdiq 
olunur. 
2.
Sahə standartları. Bu standartlar müəyyən nazirliklərə 
daxil olan müəssisə, təşkilat və idarələr tərəfindən istifadə 
olunur və eləcə də digər müəssisə və təşkilatlar da bu 
standartlardan istifadə edirlər. Bu standartlar həmin nazirliklər 
tərəfindən təsdiq olunur. 
3.
Müəssisə standartları. Bu standartlar müəyyən 
müəssisə çərçivəsi daxilində istifadə olunur və həmin müəssisə 
rəhbərliyi tərəfindən təsdiq olunur. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin