materialından silisiumun bərpa edilməsini
təmin edən yüksək
miqdarda Si0
2
-li turş döşəmənin olması lazımdır:
Si0
2
+2Fe = Si + 2FeO - 326,7 kC;
Si0
2
+ 2C = Si + 2CO - 600 kC.
Turş sobalarda bərpa olunmuş silisium aktiv
oksigensizləşdirici rolunu oynayır.
Marten
prosesinin
təkmilləşməsində
və
sürətləndirilməsində mühüm məsələ metal təknəsinin oksigenle
üfürülməsinin tətbiqi ilə əlaqədardır. Marten sobasında polad
əritmə proseslərində oksigenden istifade edilmənin iqtisadi
əlverişli iki real yolu qeyd olunur.
Birinci yol – üfürülən havanı 25. . .35%-ə qədər oksigen
qazı ilə zənginləşdırməkdir.
Metalın oksidləşmə qabiliyyətinin
yüksəlməsi və
yanmanın sürətlənməsi sayəsində ümumi əridilmə müddəti
xeyli qısalır və sobanın məhsuldarlığı artır. Belə ki, üfurülən
havaya 30% oksigen qatdıqda hər bir ton əridilən polada 55...70
m
3
oksigen sərf edilir, əritmə müddəti 9 saatdan 3 saat 30 dəq-
dek qısalır, sobanın məhsuldarlığı 2,5 dəfədən çox artır,
yanacaq sərfi hər birton polad hesabı ilə 150 kq-dan 92 kq-dək
azalır. Üfürməni oksigenlə zənginləşdirmə və sürətli əritmə
sobanın tağ hissəsini ifrat qızdırır, buna göre də onun yüksək
odadözümlü materiallardan hörülmə- sini tələb olunur.
İkinci yol - içqarışıqların oksidləşməsini sürətləndirmək
məqsədiylə sobaya qısa müddətli oksigen verməkaən ibarətdir.
Bu istiqamətdə sobanın maye metal təknəsıni su ilə soyudulan
furmalarla texniki oksigenlə üfürmə (oksigen-konvertor
prosesinə oxşar) aparmaq daha əlverişlidir.
Üfürilən oksigen
soba nın təknəsində içqarışıqların oksidləşmə müddətini kəskin
azalmış olur, lakin sobada ayırılan qazlarda tozun miqdarını 5..
8 dəfə çoxaldır. Müasır poladəritmə müəssisələrində marten
sobalarında oksigendən istifadə edilməsinin bu istiqamətləri
birləşdirlməklə iki təknəli sobalarda
ərilmə üsulu tətbiq edilir
(şəkil 4.5). Sobanın tağ hissəsində hər iki təknənin üstündə
qazyandıncılar 2 qoyulur və oksigen üfürmək üçün su ilə
soyudulan furmalar
1
yerləşdirilir. Sobanın teknələrindən
birində (məsələn, şəkildə solda) poladın 3
tərkibinin
tamamlanması və içqarışıqların oksidləşməsi
4
getdikdə
oksigen furmaları aşağı buraxılır və oksigen üfürülür. Burada
əmələ gələn artıq istilik (təribində CO olan qazlarla) şixtənin 5
yüklənməsi və onların qazyandırıcılar vasitə-silə əridilməsi
aparılan ikinci təknənin atmosferinə keçir.
Şək. 4.5. İki təknəli sobanın sxemi:
1 -
oksigen furmaları; 2 - qazyandırıcılar;
3 -
maye polad,
4 -
posa; 5 - bərk şixtə
Qızmar qazların
istiliyi, eyni zamanda onların
tərkibindəki dəm qazının yanmasından ayrılan əlavə istiliyin
hesabına şixtənin qızması və əriməsı sürətlənir. İkinci təknədə
şixtə əridildikdən və birinci təknədən maye polad buraxıldıqdan
sonra qaz axınının istiqameti avtomatık deyişdirilir. İki təknəli
sobalarda havaqızdırıcılara ehtiyac yoxdur; bu prosesde mühüm
məsələ sobadan çıxan qazlann təmizlənməsı ve onlann
istiliyindən səmərli istifade edilməsıdir İki təknəli poladəritmə
sobalarının məhsuldarlığı iri oksigen konvertorlarının
məhsuldarlığına yaxındır.
Dostları ilə paylaş: