Turş qövslü elektrik sobalarında polad əritmə
xüsusiyyətləri.
Turş qövslü elektrik sobasında polad əritmə
yüksək məhsuldarlığı (əridilmə qısa müddətlidir), elektrik
enerjisinin (30...40%) və odadözümlü materialların sərfınin az
olması ilə fərqiənir. Turş prosesdə poladın
tərkibinin
dəyişdirilməsi çox mürəkkəb olduğundan ferroərintilərin sərfi
artır, şixtədə kükürd və fosforun miqdarına məhdudiyyət üzrə
yüksək tələblər qoyulur. Turş qövslü elektrik sobasında
əritmənin xüsusiyyətlərindən biri də yüksək temperatur
şəraitində dəmir və karbonla hörgüdəki SiO
2
-nin bərpa edilməsi
və alınan aktiv silisiumun metalda həll olması hesabına
derin
oksigensizləşmənin getməsidir. Yüksək keyfiyyətli poladların
əridilməsi üçün əksər hallarda metalın posa ilə diffuzion
oksigensizləşdirilməsi aparılır. Turş sobalarda töküklər almaq
üçün karbonlu və az legirlenmiş poladlar əridilir.
İnduksiya
sobalarında
polad
əritmə.
Qara
metallurgiyada induksiya sobalarında
polad əritmə qövsü
sobalarla muqayisədə az tətbiq olunur. Yüksək keyfiəyyətli
poladlar və xüsusi xassəli ərintileri almaq uçün adətən dəmir
nüvəsiz sobalardan istifade edilir. Sobada yüksək temperaturlu
istilik pulsasiyalı elektrik-maqnit
sahəsinin təsirilə bərk və
maye metalda
1
(şəkil 4.7) yaranan burulğan cərəyanların
hesabına ayrılan, coul istiliyi şəklində alınır.
Pulsasiya edən elektrik-maqnit sahəsi yüksəktezlikli
generatordan yüksək tezlikli cərəyanla (100 kHs-10 MHs)
qidalandırılan induktor (birinci sarğı) ilə yaradılır.
Induksiya
sobalannda istilik metalda yaranır, posa isə yalnız metalın
istiliyi hesabına qızır. Müəyyən hallarda müasir sobaların
tutumu 15 tona qədər olur. Böyük tutumlu sobalar sənaye
tezliklı 50 1/san dəyışən cərəyanla işləyir;
kiçik sobalar uçun
500- 2500 1/san tezliklə işləyən generatorlar qoyulur. Induksiya
sobasının quruluş sxemi şəkıl 4.7-də verilmişdir.
Soba əsas horgulu putadan 4, solenoid şəklində mıs
borudan duzəldilmiş induktordan 3 ibaretdir. induktorun bousu
ilə soyuducu su dövr etdinlir, gövdəsinə isə yüksək tezlikli
çərəyan verilir. Soba döşəmə hörgüsünə, sökülən tağ 2 hissəsınə
5 ve boşaltma burun-cuğuna (novçalı axar) 4 malikdir.
İnduksiya sobalarında digər əritmə qurğularına nisbətən yüksək
temperatur və vakuum şəraitində əritmə aparmağın
mümkün
olması bilavasitə yenidən əritmə metodu ilə yüksək legirlənmiş
odadözümlü, odadavamlı və konstruksiya poladları, həmçinin
xüsusi xassəli ərintilər əridilir.
Şək. 4.7. Induksiya sobasının
quruluş sxemi
Polad istehsalı üsullarınının müqayisəsi göstərir ki,
elektrik sobalannda eritmədə poladın yararlı çıxışı 92...93%,
üstdən üfürülən adi konvertorlarda və marten sobalarında -
90%, ikitəknəli sobalarda və oksigen üfürülən marten
sobalarında - 87...88% olur
Elektrik
poladəritmə
istehsalatının
əsas
inkişaf
istiqamətləri sobalann tutumunun artırılması, oksigendən geniş
istifadə olunması və əritmə və maye metalın qəlıblərə tokülmə
proseslərinin avtomatlaşdırılmasıdır.
Poladı kombinə edilmiş üsullarla - iki əridici aqreqatda da
əritmək (dupleks proses) mümkündür. Bu halda əridici
aqreqatlann kombinə edilməsi əsas - turş marten, əsas marten -
əsas elektrik, bessemer konvertoru - elektrik sobası və ya əsas
marten sobası vanantları şəklində ola bilər.
Dostları ilə paylaş: