C fakepath stehsal proseslerinin texnoloji saslar kitab
Mis şteynin emalı. Maye şteyn ərintisini üfüqi
konvertorlarda üfürməklə qara mis alınır. Şəkil 4.14a-da
konvertorun ümumi görünüşü, şəkil 4.14b-də isə onun kəsiyi
verilib.
Konvertor diyircəklərin üstündə yerləşir və maye posänı
və qara misi boşaltmaq üçün soba döndərici mexanizmə
malikdir. Çalovlarla nəql edilən maye şteyn boğazcıqdan
sobaya tökülür və xüsusi tərtibatla kvars qumu - flüs verilir.
Konvertorun hörgüsündəki furma deşiklərindən əridilmə
zonasına 80... 120 kPa təzyiqlə hava üfürülür.
Mis əritmə konvertorunda gedən prosesləri iki mərhələyə
bölmək olar. Birinci mərh- ələdə dəmir sulfid sürətlə yanır və
kükürd oksidi əmələ gəlir:
FeS+1,50
2
→
Fe0+S0
2
.
Dəmir oksidi flüs ilə posalaşir
2FeO + Si0
2
→
Fe
2
Si0
4
kükürd qazı isə qaz kəməri ilə tozdan təmizlənmək və kükürd
turşusu istehsalı məqsədi ilə aparılır.
Posa konvertordan çalovlara boşaldılır və sonra ondakı
misi çıxarmaq üçün əksetdirici sobalarla emal edilir. Dəmir
yandıqdan və posanın tərkibinə keçdikdən sonra konvertorda
təmiz mis sulfidi Cu
2
S - ağ şteyn 98% Cu qalır Bununla
əritmənin birinci mərhələsi qurtarır. Posanı kənarlaşdırdıqdan
sonra qara mis almaq üçün ağ şteyn hava ilə üfürülür (ikinci
mərhələ). Bu zaman mis suifidiəri oksidləşir:
Cu
2
S+1,50
2
-»Cu
2
0+S0
2
.
Mis oksidi mis sulfidlə qarşılıqlı reaksiyaya girir və
nətıcədə mis alınır:
2Cu
2
0+Cu
2
S
→
6Cu+S0
2
.
Mıs şteynlərinin konvertoılianma müddəti 10 12 saat
davam edir, lakin misi az olan şteynin emalında bu müddət
uzana bilər. Kükürd və dəmirin oksidləşməsi hesabına
konvertorda temperaturun 1250...1350°C həddində saxlanılması
təmin edilir.
Şək. 4.14. Üfüqi konvertorun görünüşü (
a ) və en kəsiyinin (
b )
sxemi: 1 – boğazcıq; 2 – odadözümlü hörgü; 3 – furma; 4 –
diyircək