Ağac tirlə metalın qarışdırılmasında qabarcıqlar çıxması
ilə əlaqədar bu əməliyyat «hirsləndirmə» adlandırılmışdır.
Süretle çıxan CO, C0
2
qabarcıqları ve su buxarı metalı qatışdırır
və ondan S0
2
və başqa qazların çıxmasına imkan yaradır.
Alovlu saflaşdırma prosesi temizlik dərəcəsi 99,5...99,7%
olan mis almağa imkan verir.
Elektrolitik saflaşdırılma
üçün maye qara mis tökmə
maşınında metal qəliblərə tökülür və T-vari şəkildə kütləsi
200...250 kq olan korputlar - «anod» tavalan alınır. Anodlar
arasında elektrolitik təmiz misdən düzəldilmiş nazik (0,6...0,7
mm) təbəqələr - katodlar asılır.
Daxili səthi qurğuşun
tebəqələrlə örtülmüş təknə sulfat turşusu ilə mis kuporosunun
sulu məhlulu (
200 q/l) ilə doldurulur. Cərəyan bu- raxıldıqda
anodun misi elektrolitdə həll olur və bıir o qədər də mis katod
üzərində oturur. İçqarışıqların (Zn, Ni, Fe və b.)
bir qismi də
anoddan aynlır və elektroliti zibilləyir. Digər həll olmayan
aşqariar,
o cümlədən gümüş, qızıl, selen, tellur berk hissəciklər
şəklində təknənin dibinə çökür (şlam adlanır). Şlam vaxtaşrı
təknədən çıxarılır, süzgəcdən keçirilir
və qiymətli elementəri
ayırmaq üçün təkrar emala göndərilir. Elektrolitik
saflaşdırılmaya sərf olunan xərclər şlamdan alınan
nadir
metaüar hesabına ödənilir. Saflaşdırılma prosesində katodun
səthində cərəyan sıxlığı 100...200 A/m
2
və dövrədə
gərginlik -
0,3...0,35 Volur; prosesin sonunda anod kütləsinin 0,2...0,5%- i
qədər şlam alınır. Anodların dəyişdirilənə qədər həll olma
müddəti 20...30 gün olur. Katodlar 7...15 gündən bir təknədən
çıxarılır. Katod misinin hər bir tonu üçün 200...400
kVt saat
elektrik enerjisi sərf olunur. Katodla^ yuyulduqdan sonra alovlu
və ya elektrik sobalarında əridilir
və yayma üçün korputlar
tökülür və yaxud da həmən sobalarda emai edilərək mis
ərintiləri (tunc, bürünc) alınır. Mis beş marka ilə istehsal olunur:
M0,
M1,
M2, M3, M4; M0 markasında - 99,95%,
M4-
də isə
99,0% mis vardır.
Dostları ilə paylaş: