Dərs vəsaiti Bakı 2023


Alüminim oksidinin alınması



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə42/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

Alüminim oksidinin alınması. 
Şəkil 4.15-də verilmiş 
sxemdən göründüyü kimi alminium almaq üçün əvvəlcə təmiz 
alüminium oksidi almaq lazımdır. 
Müasir alüminium sənayesində filizin tipi və onların 
tərkibindən asılı olaraq bir neçə üsuldan istifadə edilir. 
Qələviləşdirmə ilə alüminium oksidinin alınma üsullarından 
dahs geniş yayılmış - bişirmə üsulunu araşdıraq. 
Tərkibində 6...8%-dən 17...20%-ə qədər Si0
2
olan boksid 
və əhəng daşı 20...30 mrr ölçüsünə qədər xırdalanır və şixtədə 
Al
2
0
3
vs Fe
2
0
3
hər bir qram-molekuluna bir qram-molekula 
soda və hər bir qram-molekula Si0

üçün iki qram-mol əhəng 
daşı hesabı ilə hazırlanmış soda məhlulu ilə dozalaşdınlır.
Alınmış nəm çixtə kürəli dəyirmanlarda incə üyüdülür və 
uzunluq ölçüsü 80...150m və diametri 2,5...5m olan kiçik 
sürətlə dönən boruvari sobaya yüklənir. Alınmış maye pulpa 
sobanın soyuq qutaracağına verilir, burada temperaturu 

400


olan sobadan çıxan qazlarla görüşür. 
Nəticədə nəmlik buxarlanır və quru şixtə 1250


temperaturlu qızmar zonaya keçir. Qızdıqca şixtədə mürəkkəb 
kimyəvi proseslər gedir, onlardan ən mühümləri: 
Na
2
C0
3
+Aİ203= Na
2
0 Al
2
0
3
+C0
2

2Si0
2
+2Ca0=2Ca0 Si0
2



Şək. 4.15. Alüminium istehsalının ümumi sxemi 
Sobadan alınmış bişmiş material soyudulur, xırdalanır ve 
avtoklavda qatı soda meəhlulunda qəlevileşmeyə uğradılır. 
Avtoklav diametri 1,6...2,3 m və hündürlüyü 8 m olan 
qapaqlarla hermetik bağlana bilən metal gövdəli silindr 
şəklindədir. Avtoklava 8... 12 atm təzyiqli və 250°C 
temperaturlu buxar verilir. Avtoklavda alüminium hidrooksidi 
yeyici natrium hidrooksidlə reaksiyaya girir: 
Al
2
0
3
3H
2
0+2Na0H=Na
2
0 Al
2
0
3
+4H
2
0. 
Natrium alüminat məhlulu (Na
2
0Al
2
0
3
) pulpa şəklində 
sonrakı emala göndərilir. 


Filizin tərkibindəki dəmir, titan və kalsium oksidləri həll 
olmur və avtoklavda çöküntü şəklində ayrıiır. Zərərli aşqar Si0
2
qələvi məhlulda həll olur: 
Si0
2
+2Na0H= Na
2
0 Si0
2
+H
2
0. 
Sonradan onun kənarlaşdınlması mürəkkəbləşir və 
məhluldakı natrium alüminatla reaksiyaya girərək çöküntü 
verir: 
2(Na
2
0 Si0
2
)+Na
2
0 Al
2
0
3
+4H
2
0= Na
2
0 Al
2
0
3
Si0
2
2H
2
0+4Na0H 
Sonuncu 
reaksiyadan 
göründüyü 
kimi 
Si0
2
-nin 
kənarlaşdırılması 
Al
2
0
3
və 
NaOH-in 
sərfini 
artırır. 
Avtoklavdakı pulpa süzgəcdən keçirildikdən sonra çökdürücü 
silindrik çənlərə tökülür və burada yavaş-yavaş uzun müddət 
qarışdırılır; nəticədə alüminat məhlulundan alüminium 
hidrooksidi aynlır. Bu prosesin getməsi üçün çökdürücüyə 
katalizator - kristallik alüminium hidrooksidi əlavə edilir. 
Çöküntünün ayrılması:
Na
2
0 Al
2
0
3
+4H
2
0→2Na0H+2Al(0H)

reaksiyası üzrə gedir. Alınmış alüminium hidrooksidi təmiz 
yuyulur, süzgəcdən keçirilir və sonuncu əməliyyata - 
közərdilməyə (kalsinasiya prosesi) göndərilir. Bunun üçün 
istifadə edilən uzunluq ölçüsü 50...70 m, diametri 2,5.. 3,5 m 
olan və 1...2 dövr/dəq sürətlə dönən maili sobaya hidrooksid 
yüklənir, tədriclə 200°C temperaturlu zonadan 1200°C 
temperaturlu zonaya hərəkət etdirilir və reaksiyası 
2Al (0H)
3
→Al
2
0
3
+3H
2

üzrə təmiz Al
2
0
3
alınır. Bayer üsulu ilə apan- lan prosesdə 
Al
2
0
3
-ün çıxışı 90%-ə qədər olur. 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin