Dərs vəsaiti Bakı 2023


Alüminiumun saflaşdırılması



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə44/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

Alüminiumun saflaşdırılması. 
Yüksək təmiz alüminium 
markaları almaq üçün onu əlavə saflaşdırmaq tələb olunur. 
Üçqatlı elektrolitik saflaşdırma üsulu daha geniş istifadə edilir. 
Alüminiumun üçqatlı üsulla elektrolitik saflaşdsrılma 
üsulunun mahiyyəti belədir. Elektrolitik təknənin dibində 
sıxlığı 3,5, tərkibi 25% Cu və qalanı xam alminiumdan ibarət 
əridilmiş anod ərintisini yerləşdirib müsbət qutblə 
birləşdirdikdən sonra üstündən sıxlığı 2,7 olan kriolit və barium 
xloriddən ibarət elektrolit yerləşdirib onlardan sabit cərəyan 
buraxılır; bir müddət sonra təknənin üst hissəsindəki katodda 
sıxlığı 2,3 olan təmiz alüminium aynlmağa başlayır. Prosesin 
gedişində tədricən anod ərintisinin tərkibındə alüminium azalır, 
katodda isə təmiz alüminiumun miqdarı artır. Prosesin gedişi 
boyu vaxtaşn xüsusi cibcik vasitəsilə anod ərintisinə xam 
alüminium əlavə edilir, katodda artan təmiz alüminium isə 
götürülür. 
Təknədə anod ərintisinin hündürlüyü 200...250 mm, 
elektrolitin - 120...150 mm olur. Bu qalınlıqda elektrolit 
qatından elektrik cərəyanı keçdikdə 760...800°C temperaturun 
alınması təmin edir. Katodda metal qatının qalınlığının ~100 
mm olması məsləhət görülür. Katod metalının səthinə 
ovuntuvari elek- trolit səpilməklə onun oksidləşməsinin qarşısı 
alınır. Təknədə gərginlik 6..7 V, cərəyan şiddəti isə 40...50 A 
həddində saxlanılır. Nəticədə təmizliyi 99,99% olan alüminium 
alınır. Bu üsul ilə saflaşdırma çox baha başa gəlir; hər bir t 
metala -18 00 kVt-saat elektrik enerjisi sərf edilir. 
Alüminiumun saflaşdınlması başqa üsullarla da aparıla 
biler, meselen maqnezium üsulu ilə saflaşdınlma Qısmən 
əridilmə ilə maye və bərk fazalar arasında aşqarların qeyri-
bərabər paylanmasına əsaslanan zonah yenidən əridilme üsulu 
xususi təmiz aiüminium (və ya başqa saflaşdırılan metal) almaq 
üçün geniş tətbiq olunur 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin