qüvvəni birtərəfli presləmədəkinə nisbətən 30...40% azaimaq
mümkündür. Mürəkkəbşəkilli və hündürlüyü üzrə dəyişən en
kəsikli pres-pəstahları presləmək üçün ovuntunu bütün həcmi
üzrə bərabər dərəcədə sıxmaq lazımdır. Belə şərait sərbəst
hərəkətli bir neçə puanson ilə preslənmədə təmin olunur.
Hidrostatik presləmə
ilə sadə şəkilli qeyri-dəqiq ölçülü
metal-keramik pəstahlar hazırlanır. Bu halda elastik rezin və ya
metal qabıqcığa qablaşdırılmış metai ovuntusu maye mühit
içərisində hərtərəfii sıxıimaya uğradılır. Alınan məmulatın
möhkəmliyi və sıxlığı presləmə təzyiqindən (100... 300 MPa)
asılı olur.
Hidravlik presləmə
üçün qurğu, konstruksiyasının sadə
olması və baha başa gələn
;
pres-qəlibə ehtiyacın olmaması ilə
fərqlənir. Bu üsul ilə sıxiığı yüksək və bərabər ölçüdə
paylanmış, həmçinin böyük ölçüdə və sadə şəkilli məmulatlar
almaq mümkündür. Mürəkkəb şəkilli hissələr əlavə mexaniki
emala uğradılmaqla hazırlanır.
Dostları ilə paylaş: