Ovuntunun
tökülmə sıxlığı
vahid həcmdə onun sərbəst
tökülmə halındakı kütləsinin qiyməti (kq/m
3
)
ilə xarakterizə
oiunur. Tökülmə sıxlığı presləmədə ovuntu ilə müxtəlif
konfiqurasiyalı həcmləri
dəqiq doldurmağa imkan verir,
presləmə rejiminə və bu yol ilə bişirilmə prosesində pres-
pəstahın oturma dərəcəsinə təsir göstərir.
Konstruksiya hissə-
lərini hazırlamaq üçün böyük, yüksək məsaməli hissələri almaq
üçün isə tökülmə sıxlığı az olan ovuntulardan istifadə edilir.
Metal ovuntuJarın
axıcılığı
müəyyən diametrli deşikdən
ovuntunun keçmə sürətini xarakterizə edir. Axıcılıq pres-
qəlibin bərabər ölçüdə dolmasına, presləmədə sıxlaşma sürətinə
böyük təsir göstərir.
Ovuntunun hissəciklərinin ölçüsü azaldıqca onun axtcılığı
pisləşir. Metal ovuntuların
preslənmə qabiliyyəti
onların sıxıcı
qüvvələrin təsiri altında sıxlaşmaq, şəkillənmək və alınmış şəkli
saxlamaq xüsusiyyətindən ibarətdir.
Dostları ilə paylaş: