5. METALLARIN TƏZYİQLƏ EMALINDA İSTEHSAL
PROSESLƏRİ
5.1. PFTM-nin kristallaşdırıcılarının gilizləri
Poladın fasiləsiz tökmə prosesinin son məhsulu tökük
pəstahdır və bu pəstahları sonrakı emal texnologiyasına müvafiq
olaraq kvadrat, dairəvi, “it sümüyü” və yastı formada olurlar.
Fasiləsiz tökmə prosesinin məhsulu olan tökük pəstah
aşağıdakı keyfiyyət tələblərinə görə tənzimlənir:
-
həndəsi ölçülərə;
-
mikro və makrostruktura;
-
kimyəvi tərkibə görə;
-
qeyri metallik birləşmələrə olan tələbə görə;
-
N
2
, H
2
və O
2
-nin miqdarının polad markasına görə
tənzimlənməsi.
PFTM-nın əsas elementi kristallizatordur, hansındakı
maye polad son məhsulun xassələrini, həndəsi formasını, daxili
strukturunu alır. Əksər hallarda kristallaşdırıcının işi birbaşa və
ya dolayısı qüsurların yaranmasına, formalaşmasına və
inkişafına təsir edir.
Poladın fasiləsiz tökmə texnologiyasının inkişafı və onun
geniş tətbiqi kristallaşdırıcıların maye polad üçün sadə
qəliblərdən istehsalatın tələb olunan həcmlərinə və məhsulun
yüksək keyfiyyətinə nail olmaq üçün zəruri prinsipal texnoloji
komponentə çevrilməsinə kömək edir. Məmulatların istismar
müddətini artıran və onların optimal formalarını bilməklə
birlikdə istilikmübadilə xassələrini yaxşılaşdıran daima
təkmilləşdirilən materialların seçimi kristallaşdırıcını yüksək
texnoloji məhsul etdi. Məmulat kimi kristallaşdırıcının
xarakteristikası hər bir ayrıca götürülmüş PFTM üçün fərdidir
və beləliklə, o son sifarişçi ilə yaxın əməkdaşlıqda
layihələndirilməli və işlənməlidir.
Çeşid PFTM-nın kristallaşdırıcının əsas detalı, şübhəsiz
mis gilizdir. Məhz ona maye poladın axını düşür və məhz onda
polad kristallaşmağa (bərkiməyə) başlayır, pəstahın kristallaşan
qabığının materialı xassələrini tapır.
-
həndəsi (kəsik, səth, qabırğa);
-
fiziki-kimyəvi (makro və mikrostruktura, homogenlik və
seqreqasiya).
Gilizin konstruksiyası, materialın düzgün seçimi və
optimal işçi parametrlərinin seçimi məhsulun yəni fasiləsiz
tökmə pəstahının keyfiyyətini yaxşılaşdırmağa imkan verir.
Göstərilən amillərin nəzərə alınmaması fasiləsiz tökmə
pəstahlarının istehsalının tam dayanmasına gətirə bilər.
Gilizin layihələndirilməsi çox məhsulyyətli prosesdir. O
son sifarişçi ilə məsələnin qoyuluşundan başlayır:
-
tökdüyümüz tip ölçü;
-
markalı sortament (çeşid);
-
məhsuldarlıq (tökmənin sürəti).
Bu məsələləri həll edərək, PFTM-nın konstruksiyası
seçilir: nadir hallarda üfiqi və şaquli, əksər hallarda əyrixətli və
radial. Konstruksiyanın tipini təyin edib, kristallaşdırıcının tipi,
onunla birlikdə isə gilizin tipi təyin edilir. Gilizin konstruksiyası
bir məmulatda birləşmiş parametrlərin və tələblərin öz
aralarında əlaqələrinin məcmusudur. Gilizin konstruksiyasının
baş xarakteristikaları arasında aşağıdakıları ayırmaq olar:
1.
Həndəsi ölçülər və xarici konstruktiv xüsusiyyətlər;
a)
Kəsiyin forması və ölçüləri: dairə, kvadrat, düzbucaq,
çoxtərəfli və s.;
b)
Uzunluğu: qısa, uzadılmış və ya b.
Aşağıdakıları nəzərə almaqla layihələndirilir:
-
tökmə sürəti;
-
marka çeşidi;
-
kristallaşdırıcının soyuma parametrləri ilə;
-
kristallaşdırıcının konstruksiyası ilə.
c)
Əyrilik: düzünə, radial və ya b.
Aşağıdakıları nəzərə almaqla layihələndirilir:
-
PFTM-nın konstruksiyası və tipi;
-
kristallaşdırıcının konstruksiyası.
d)
Divarların qalınlığı:
Aşağıdakıları nəzərə almaqla layihələndirilir:
-
tökülən tip ölçü;
-
tökmə sürəti;
-
kristallaşdırıcının soyutma parametrləri;
-
kristallaşdırıcının konstruksiyası.
e)
Xarici səthdə tiyələrin və batıqların və b. mövcudluğu.
Aşağıdakıları nəzərə almaqla layihələndirilir:
-
kristallaşdırıcının konstruksiyası (flansıların, datçiklərin,
fiksatorların və s. quraşdırılma yerləri);
-
kristallaşdırıcının soyuma parametrləri ilə.
2.
Daxil həndəsə (profil):
a)
Konusluluq: düzünə, birkonuslu, çoxkonuslu, parabolik
və ya b.
Aşağıdakıları nəzərə almaqla layihələndirilir:
-
tökülən məhsulun tip ölçüsü ilə;
-
tökmə sürəti;
-
marka çeşidi;
-
kristallaçdırıcının soyuma parametrləri ilə.
b)
Daxili bucaqların dairələnmə radiusu
Aşağıdakıları nəzərə almaqla layihələndirilir:
-
tökülən pəstahın tip ölçüsü;
-
marka çeşidi;
-
tökmə sürəti.
Optimal istismarı təmin etmək üçün kristallaşdırıcının
gilizi orta işçi temperaturlarda mümkün qədər uzun müddətdə öz
başlanğıc xarakteristikalarını saxlamalıdır və ən başlıcası, yaxşı
istilikkeçiiciliyinə malik olmalıdır. Termiki gərginlik, hansıki
menisk zonasında kristallaşdırıcının qızdırılan səthi məruz qalıb,
çox və ya az tez və dəyişməz deformasiyaya gətirir, bu onun
istismar müddətini əhəmiyyətli dərəcədə aşağı salır. Bu
deformasıyalar birbaşa kristallaşdırıcının daxilində temperatur
səviyyələri, isti və soyuq səthləri arasında temperaturlar fərqi ilə,
menisk zonası və gilizin aşağı zonası arasında əlaqəlidir.
İstismarın hər bir mümkün şəraitləri üçün keçərli həll materialın
düzgün seçimindən asılıdır. Praktiki olaraq dünyada gilizlərin
bütün istehsalçıları oxşar materialları və mis əsasında ərintiləri
istifadə edirlər. Hazırda MDB məkanında və xarici Metallurgiya
zavodlarında gilizlərin ən geniş yayılmış məhsulu istehsal
olunan gilizlərin əsasən yüksək keyfiyyəti, (uzunömürlülüyü)
hesabına “EM Moulds” (İtaliya) firmasının gilizləri sayılır. “EM
Moulds” firmasının təsnifatına əsasən materiallar aşağıdakı
xarakteristikalara malikdir, onlar cədvəl 60-da verilib.
Dostları ilə paylaş: |