Dərs vəsaiti Bakı 2023



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə56/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

MM3-CuCrZr
(mis-xrom-sirkonium) 
Yüksək temperaturlarda yüksək istilikkeçiricilikli mis 
ərintilərin mexanik xarakteristikalarının yaxşılaşdırılması üçün 
ekspertlər daha çox struktur sıxlaşdırılmış ərintilərin istifadəsini 
təklif edirlər. 
Bu ərintilərində istifadə olunan əsas elementlər 
aşağıdakılardır: Be, Cr, Co,Cu, Fe, Mg, Mn, Ni, Nb, P, Si, Sn, 
Ti, Zr onların ərintidə miqdarı istismarda mümkün 
temperaturdan asılıdır. Çoxlu sayda ərintilər mövcuddur, onları 
misi bu elementlərlə doydurduqda almaq mümkündür, ancaq 
nəticələr heç də həmişə istehsalatın real şəraitləri ilə, məsələn 
ətraf mühitin təmizliyi, son məhsulun dəyəri, istilikötürmənin 
yüksək itkiləri kimi tələblərlə uzlaşmır. Beləlikdə təcrübədə 
tətbiq olunan ərintilərin sayı kifayət qədər məhduddur. Yararlı 
ərintilərin faizi, həm də bərklik və istilikkeçirmə arasındakı 
zəruri balansla məhdudlaşır. Misin, xromun və sirkoniumun 
ərintisi bütün bu tələbləri ödəyir, ən əsası ona görə istifadə 
olunur ki, yüksək temperaturlarda öz bərkliyini uzun müddət 
saxlayır. Belə şəraitlərə hər şeydən əvvəl böyük kəsiklərin 
tökülməsində rast gəlinir, bu halda kristallaşdırıcının daxilində 
yüksəkaktiv istilik axınlarının və maye poladın çox yüksək 
təzyiqini saxlayan gilizin qalın divarı səbəbindən optimal 
soyutma şəraitlərinə nail olmaq çətindir. Dünyada diametri 
700mm olan giliz məhz həmin ərintidən “EM Moulds” 
tərəfindən hazırlanmışdır. 
MM8-CuNiP
(mis-nikel-fosfor) 
Belə ərinti yüksək temperaturlarda istilikkeçirməni və 
mexaniki dözümlüyü düzgün kombinasiya etmək imkanı verir, 
bu kristallaşdırıcının bütün perimetri üzrə temperatur düşmələri 
problemini miniumlaşdırmağa imkan verir. Bu, həm bərkiyən 
qabıqda və həm də kristallaşdırıcının özündə həddən artıq istilik 
gərginliyi baş vermədən bərkimə üçün mübahisəsiz üstünlükdür. 
Yuxarıda göstərilən ərintinin mülayim istilikkeçirməsi soyutma 
mərhələsinin böhran fazasını əhəmiyyətli dərəcədə aşağı salır, 


bu bir qayda olaraq üç amillə əlaqədardır: yağın qatının qalınlığı 
ilə, termiki axınla və bərk qabığın yığışması ilə. Nəticədə istilik 
zərbəsinin və səthdə çatın imkanı ləğv edilir. Belə material 
xüsusi poladların tökülməsi üçün nəzərdə tutulmuş gilizlərin 
istehsalı üçün ən geniş yayılmışdır. 
Kristallaşdırıcının gilizinin dözümlüyünə və aydındır ki, 
son məhsulun keyfiyyətinə çox böyük əhəmiyyəti gilizin 
səthində qorucu örtüyün (qatın) mövcudluğu göstərir. Ənənəvi 
olaraq belə örtük üçün xrom istifadə olunur. Müxtəlif 
istehsalçılarda örtüyün qalınlığı 0.1mm-dən 1.0mm-dək 
variyasiya olunur. Ancaq xromun qatının qalınlığı hələ istismar 
xassələrinin yaxşılaşmasına zəmanət vermir. Əgər xromun və 
istənilən baza materialın termiki genişlənmə əmsalını və 
istilikkeçiriciliyini müqaisə etsək, onda görmək olar ki, xrom 
qatı nəinki maye polad tərəfdən, həm də genişlənən mis tərəfdən 
mexaniki təsirə məruz qalır. Xrom qatının qalınlığının 
artırılması qatın daha böyük daxili gərginliyini çağıraraq onun 
nisbi istilikkeçirməsini pisləşdirir, bu xromda çatəmələgəlmənin 
aktivləşməsinə gətirir. 
Kristallaşdırıcının gilizləri üçün 
EM NC
(EM nikel-xrom) 
xüsusi örtüklər.
Öz gilizlərinin istismar xarakteristikalarını yaxşılaşdırmaq 
üçün EM Moulds firması sifarişçilərinə gilizləri üçün 
təkmilləşdirilmiş EMNC- (nikel-xrom) örtüklər təklif edir. 
Kristallaşdırıcının mis gilizləri üçün EM NC örtüyü iki 
qatdan ibarətdir: nikel qatı və xrom qatı. Gilizin mis səthinə
hansıki tökmə prosesində qızır, nikel qatı çəkilir, artıq bu qata 
xrom qatı çəkilir. Bu yeni örtük xüsusən menisk zonasında xrom 
örtükdə çatların yaranmasına qarşı xəbərdarlığı edir. Həqiqətdə 
nikel xroma nisbətən iki dəfə çox istilikdən genişlənmə əmsalına 
malikdir. Ona görə örtüyün nikel qatı misin böyük 
genişlənməsinə dözə bilər, bu tökmə zamanı menisk zonasında 
baş verir. Bir neçə zavodlarda müqayisəli istimar sınaqları 
kristallaşdırıcının üzərinə EM NC örtüyü çəkilmiş gilizin digər 


adi xrom örtük çəkilmiş gilizlə müqaisədə orta dözümlülük 
dərəcəsinin əhəmiyyəti artmasını təsdiq etmişdir. 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin