Dərs vəsaiti Bakı 2023



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə58/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

V

= 2 K

/ a 
harada ki, K

– poladın markalara görə əmsalıdır, a – kvadrat 
pəstahın en kəsiyidir, m. 


Şək. 5.1. Kristallaşdırıcı gilizin kəsilmiş formada ümumi 
görünüşü 
Şək. 5.2. Gilizin soyudulma cizgisi: 
DANİELİ şirkətinə məxsus “Power Mould” mis əsaslı giliz 
Nəzərə alsaq ki, PFTM - nın xətti sürətinin hər hansı bir 
normativ əmsalları olmadığından onu hesabi üsulla müəyyən 
edirlər. Bu gün dünyada əsasən müasir metallurgiya 
zavodlarında PFTM-da tökmə prinsipi ərintilərin üst-üstə 
tökülməsi qaydası ilə aparılır. Bu öz növbəsində istehsal 
həcminin artırılmasına və əlavə maye metal itgisinin 
azalmasının qarşısını alır. Belə ki, üst-üstə getməyən tökmələrdə 


hər ilk tökülən pəstahın başlıq hissələrinin kəsilməsi, hər 
tökmənin sonunda aralıq çalovunda qalan itgi və tökmənin 
başlanğıc hissəsində kristallaşdırıcıya maye metal tökülməzdən 
əvvəl tənzimləmək üçün qəza vannasına buraxılan maye metal 
itgisi üst-üstə tökmə zamanı olmur və bununla da maye metalın 
hazır məhsula olan çıxış faizi yüksək olur (ortalama 99-99.5%). 
Bu prosesin mütəmadi olaraq istehsalatda tətbiqi üçün 
maye poladın sobadan kənar emalı, yəni müasir soba-çalovun 
quraşdırılması çox önəmlidir. 
Cədvəl 5.2
Kvadrat polad pəstahın PFTM-da sürətinin seçilməsi üçün 
“K
1
” əmsalının təyini 
№ 
 Poladın markası 
“K
1
” əmsalının 
təyini 

Adi karbonlu poladlar 
0.14 

Karbonlu və azregirli konstruksiya 
poladları 
0.13 

Karbonlu, qaynayan konstruksiya 
poladları 
0,11 

Yüksək legirli poladlar və ərintilər 
0,11 

Alət poladları və diyircəkli yastıq 
poladları (ШХ) 
0,10 
 
Bütün bu göstəricilər çoxlu dəyişənlərdən asılıdr: marka 
çeşidindən, poladın ifrad qızma temperaturundan, tökmə 
sürətindən və s. 
PFTM-nın istismar prosesində mühəndis-texniki tərkib 
təcrübi yolla keyfiyyət və məhsuldarlıq üzrə ən yaxşı 
göstəricilərə nail olaraq özü bu parametrləri təyin edir. 
Kristallaşdırıcının gilizi PFTM-nın bu göstəricilərə bir başa təsir 
edən ən əsas detallarından biridir. Gilizin bütün istismar 
dövründə bərabər yeyilməsi, həndəsi ölçülərini saxlaması bu 
gilizin konstruksiyasının, materialın seçiminin və istismarının 
optimal şəraitlərinin dözümlüyünün göstəricisidir. 


İstismarda kristallaşdırıcının gilizi deformasiyaya məruz 
qalır, bu kristallaşdırıcının altında yuyulmalara və tökük 
pəstahın ovallığına (rombvariliyə) gətirə bilər. Hər tökmə 
prosesinə başlamazdan əvvəl kristallaşdırıcının işinə təsir 
göstərən cızıqların, çatların, lokal səth eroziyasına, meniskin 
səviyyəsindən qabağa çıxmağa, çirklənmələrə və digər mexaniki 
qüsurlara kristallaşdırıcının gilizinin vəziyyətinin yoxlanması 
tövsiyə olunur. 
Istehsalçıdan gilizi aldıqda hər bir gilizi müşayət edən 
formulyarla ölçmələrin məlumatlarını tutuşdurub onu dəqiq 
ölçmək zəruridir. Hər gilizin məxsusi blank kitabçasını 
aparmaqla gilizin istifadəsinin bütün tarixini əks etdirmək və 
nizamlı şəkildə ölçmələri daxil etmək zəruridir. Bu iş hər bir cari 
təmir zamanı cari aparılmalıdır. 
Gilizin daxili həndəsi formasının (profilinin) ölçülməsini 
təmin etmək üçün xüsusi, cihazları tətbiq etmək məqsədə 
uyğundur. Bunlardan EMTM-66 tipli cihaz daha geniş istifadə 
olunmaqdadır.
Bu cihazın köməyi ilə ölçmələri aşağıdakı kimi aparmağa 
imkan verir: 
-
1-6 istiqamətləri üzrə (3 dəfə hər tərəfdən) gilizin 
konusluğunu; 
-
gilizin kəsiyinin həndəsi ölçülərini; 
-
2 istiqamət üzrə gilizin diaqonalını; 
-
gilizin səthinə nisbətdə dayaq diyircəklərini qurmalı 
(tənzimləməli); 
-
kompyüterin displeyindən real rejimində ölçmə 
məlumatlarını saymalı; 
-
10-dək giliz ölçməli və radio kanal və ya kabel vasitəsilə 
məlumatları kompyuterə verməli; 
-
qrafikləri və cədvəlləri qurmaqla kompyüterdə ölçmə 
məlumatlarını emal etməli; 
-
müxtəlif vaxtda edilmiş göstəriciləri müqayisə etməli; 
-
3D formatında ölçmə məlumatlarını təsvir etməli; 


-
cihazın ölçü başlıqlarını avtomatik kalibrləməli; 
-
məlumatların və qrafiklərin çap olunması; 
-
alınmış məlumatları arxivləşdirməli; 
-
və s. 
Bu cihazla gilizin ölçmələrini kristallaşdırıcının 
gövdəsində aparmaq mümkündür. Beləliklə nəinki gilizin 
həndəsəsində ölçmələri, yeyilmənin nəticəsini izləmək, həm də 
onun sonrakı istifadəsini proqnozlaşdırmaq olar. 
Kristallaşdırıcıların yeni gilizlərinin işlənməsi və sənaye 
istehsalına 
tətbiqi 
yüksəksürətli 
PFTM 
işinin 
yaxşılaşdırılmasının istiqamətlərindən biridir. Məhz bu tədbir 
pəstahın özünün keyfiyyətini pisləşdirmədən PFTM-da 
tökmənin sürətinin artırılmasına ən yüksək təkan verdi. Bizin 
təcrübədə müxtəlif çeşid pəstahların tökülməsində PFTM-nın 
kristallaşdırıcılarının tamamilə yeni gilizlərinin daxili səth 
örtüyünün daimi istehsalçı şirkət ilə təkmilləşdirilməsi üçün 
axtarışların aparılması və elmi cəhətdən əsaslandırılması təşkil 
edir.

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin